Spazmolizin şam nə üçündür? istifadə qaydası necədir?

Spazmolizin şam - Daxili orqanlarda ağrılar zamanı, öd xəstəliklərinin müalicə və profilaktikasında, mədə və 12 barmaq bağırsaq xorasında, kolit zamanı, uşaqlığın hipertonusu zamanı istifadə olunan preparatdır.

Sep 21, 2024 - 17:33
Sep 21, 2024 - 17:35
 0
Spazmolizin şam nə üçündür? istifadə qaydası necədir?
Spazmolizin şam

Spazmolizin şam haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Spazmolizin şam qiyməti

Spazmolizin rektal qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Spazmolizin şam qiyməti 9 azn - 11 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Spazmolizin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.


Beynəlxalq patentləşdirilməmiş adı: Drotaverine hydrochloride

Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 40 mq drotaverin hidroxlorid vardır.
Köməkçi maddələr: bərk yağ.

Dərman formasının qısa təsviri 

Silindrik-konik formada, ağ və ya sarımtıl- ağ rəngdə rektal suppozitoriylardır. Kəsikdə hava ya məsaməli mil, qıfabənzər dərinləşdirilmə, parlaq və/ya tutqun səthi mümkündür.
Farmakoterapevtik qrupu
Bağırsaq funksiyasının pozğunluqlarında istifadə olunan preparatlar. Papaverin və onun törəmələri.
ATC kodu: A03AD02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Drotaverin izoxinolin törəmələrinə aid olan spazmolitik maddə olub, fosfodiesterazanı inaktivləşdirərək vǝ SAMF-in hüceyrədaxili toplanmasına mane olaraq, saya əzələlərə bilavasitə təsir göstərir. Bu isə miozinkinazanın inaktivləşməsi nəticəsində saya əzələlərin boşalmasına səbəb olur. Drotaverinin spazmolitik təsiri veqetativ innervasiyanın xarakterindən asılı deyil. Preparat qastrointestinal, biliar, urogenital və ürək-damar sisteminin saya əzələlərinə qarşı aktivdir. Spazmolitik təsir gücünə və müddətinə görə preparat
papaverindən üstündür.

Farmakokinetikası

Drotaverin MBT-dan tez absorbsiya olunmur. Per oral qəbulundan sonra qan zərdabında maksimal konsetrasiyası 45- 60 dəq sonra qeyd olunur. Qaraciyərdə metabolizə olunur. Yarımxaricolma dövrü 16-22 saat təşkil edir. Orqanizmdən 72 saat ərzində praktiki olaraq tam xaric olur (əsasən, metabolitlər şəklində), təxminən 50%-i sidiklə, 30%-i nəcislə. Dəyişilməmiş şəkildə sidikdə aşkar olunmur. Drotaverin və/və ya onun metabolitləri praktiki olaraq plasentar baryeri keçmir.

İstifadəsinə göstərişlər

  • öd yollarının xəstəlikləri (xolelitiaz, xolangiolitiaz, xolesistit, perixolesistit, xolangit, papillit) ilə əlaqədar saya əzələlərin spazmı;
  • nefrolitiaz, uretrolitiaz, pielit, sistit, sidik kisəsinin tenezmləri zamanı sidik traktının saya əzələlərinin spazmı; 

Köməkçi vasitə qismində:

  • həzm sistemi orqanlarının saya əzələlərinin spazmı: mədənin və 12-barmaq bağırsağın peptik xora sil xəstəliyi, enterit, spastik kolit, qastroduodenit, yoğun bağırsağın qıcıqlanma sindromu, spastik qəbizlik, meteorizm, pankreatit;
  • ginekoloji xəstəliklər: dismenoreya, adneksit, uşaqlığın tetaniyası, güclü və ağrılı doğuş tutmaları, abort təhlükəsi olduqda;
  • damar mənşəli baş ağrıları.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.


Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tac damarlarda nəzərəçarpan aterosklerozu olan xəstələrə preparat ehtiyatla təyin edilir. Mədənin və 12-barmaq bağırsağın xora xəstəliyinin müalicəsində preparat xolinolitiklərlə birgə istifadə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Spazmolizini levodopa ilə birgə istifadə etdikdə ehtiyatlı olmaq lazımdır, çünki levodopanın antiparkinsonik təsiri azalır və bunun nəticəsində tremor və rigidlik güclənə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Belə hallarda preparat ehtiyatla təyin edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pasiyentin preparata qarşı fərdi reaksiyasının qiymətləndirilməsindən sonra sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmağa icazə verilir.

İstifadə qaydası və dozası

Preparat rektal istifadə olunur: gündə 2-3 dəfə 1 suppozitoriya düz bağırsağa yeridilir.

Əlavə təsirləri

Başgicəllənmə, istilik hissi, tərləmə, allergik reaksiyalar, ürək döyüntüsü ola bilər.

Doza həddinin aşılması

Məlumat yoxdur.

Buraxılış forması

Tərkibində 40mq drotaverin hidroxlorid olan rektal suppozitoriyalar.
5 suppozitoriya, PVX/PE konturlu yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, dondurulmamaq şərti ilə, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır.

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

FARMAPRİM MMC.
Krinilor küç.5, Porumben s., Kriulen r-nu.,
MD-4829, Moldova Respublikası.

Spazmolizin şam nə üçündür?

  1. Spazmolitiklər
  2. Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
  3. Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  4. Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
  5. Kolit zamanı istifadə olunan dərmanlar
  6. Uşaqlığın hipertonusu zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow