Feminiti (Feminity) vaginal şam haqqında məlumat
Feminiti (Feminity) şam - Protozoy infeksiyası zamanı, göbələk zamanı, bakterial xəstəliklər zamanı, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan preparatdır.

Feminiti şam haqqında məlumat
- Feminiti şam qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Feminiti şam nə üçündür?
Feminiti şam qiyməti
Feminity şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Feminiti şam qiyməti 18 azn - 21 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Feminiti qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 300 mq metronidazol, 100 mq mikonazol nitrat, 48,80 mq neomisin sulfat, 4,40 mq polimiksin B sulfat, 15 mq asiya sentellası vardır.
Köməkçi maddələr: laktoza, vitepsol C.
Farmakoterapevtik qrupu
Kombinǝedilmiş antibakterial, antiprotozoy və göbələkəleyhinə vaginal dərman vasitəsi.
ATC kodu: GO1AF20.
Farmakoloji xüsusiyyətləri
FEMİNİTİ vaginal şamın tərkibində olan metronidazol antiprotozoy, mikonazol antifungal, polimiksin və neomisin antibakterial, sentella isə yerli regenerator təsir gösterir. Metronidazol 5-nitroimidazol qrupuna aid olub, Gardnerella vaginalis, Trichomonas vaginalis, Giardia intestinalis, anaerob grammüsbət və qrammənfi mikrofloraya qarşı aktivdir. Təsir mexanizmi mikroorganizmlərin DNT-də nuklein turşularının sintezini inhibə etməsi ilə bağlıdır. Mikonazol isə dermatomisetlər və maya göbələklərinə qarşı effektiv olub, funqisid və funqistatik təsiri göbələk membrani erqostero- llarının biosintezini pozması ilə əlaqədardır. Polimiksin polipeptid quruluşlu antibiotikdir, qrammənfi bakteriyalara - Esherichia coli, Shigella spp, Salmonella spp, Pseudomonas aeruginosa qarşı bakterisid təsir göstərir. Neomisin aminqlikozidlərin əksər qrammənfi və qrammüsbət bakteriyalara - Esherichia coli, Shigella spp,Proteus spp, Staphylococcus aureus, Streptococcus pneumoniae, Mycobacterium tuberculosisə qarşı bakterisid aktivdir. Asiya sentellası-aktiv maddəsi olan aziatikozidlər hesabına selikli qişanın reepitelizasiyasını sürətləndirir, vaginal eroziv nahiyənin sağalmasını tezləşdirir, kollagen və fibroblast hüceyrələrinə regenerativ təsir edir, damar divarını möhkəmləndirir, lokal mikrosirkulyasiyanı yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Uşaqlığın və uşaqlıq boynunun müxtəlif mənşəli erroziyası. Müxtəlif mənşəli (bakterial, göbələk, trixomonad) spesifik və qeyri-spesifik vulvova-ginitlər.
Trixomonad vaginiti və uretriti.
Vulvovaginal, servikovaginal kandidoz.
Qarışıq vaginal infeksiya,
Vaginal disbakterioz və vaginal pH-in pozulması. Ginekoloji infeksion-iltihabi halların profilaktikası.
Ginekoloji prosedurlardan öncə
Əks göstərişlər
Bu dərman vasitəsinin hər hansı komponentinə və ya imidazol törəmələrinə qarşı yüksək həssaslıq. Hamiləliyin I trimestri.
Laktasiya dövrü. Qan xəstəlikləri, epilepsiya və ya MSS-nin funksional xəstəlikləri zamanı əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərman vasitəsinin istifadəsi cinsi yolla ötürülən xəstəliklərin yaranma riskini aradan qaldırmır. Şam əsasının tərkibində olan maddələr qoruyucular və ya vaginal kontraseptiv diafraqmalar kimi lateks məhsulları zəiflədə bilər: ona görə də müalicə müddətində onların istifadəsi tövsiyə olunmur. Müalicə zamanı və 48 saat sonra müddətində spirtli içkilər gəbul etmək olmaz. Trixomoniozu olan xəstələrin cinsi partnyorları da eyni zamanda müalicə almalıdır.
Ağır qaraciyər çatışmazlığı zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Lokal istifadə zamanı tərkib komponentləri cüzi sorulsa da aşağıda sadalanan hallar nəzərə alınmalıdır. Alkoqol: disulfiram istifadəsinə bənzər psixotik hallar.Peroral antikoaqulyantlar: antikoaqulyant təsirin yüksəlməsi. Fenitoin: fenitoinin plazma səviyyəsinin yüksəlməsi və metronidazolun plazmada səviyyəsinin azalması mümkündür. Litium: litiumun plazma səviyyəsinin yüksəlməsi və toksikliyinin artması mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Vaginal absorbsiya əhəmiyyətli dərəcədə olmasa da, hamiləliyin I trimestrində və laktasiya dövründə bu dərman vasitəsinin istifadəsi tövsiyə olunmur.
İstifadə qaydası və dozası
6-10 gün müddətində hər axşam bir vaginal şam yatmazdan vvəl uşaqlıq yoluna dərinə yeridilir. Müalicə müddəti həkim tərəfindən müəyyən edilir.
Əlavə təsirləri
Feminiti müalicəsi heç bir yan təsir ilə müşayiət olunmur. Va- ginal şamın tərkibində olan metronidazolun dozasından asılı olaraq aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər: tez-tez rast gələn (>1%): başağrısı, qaşınma, ürəkbulanma, dismenorreya,səpgi.
Nadir rast gəlǝn(<1%): həzm pozğunluğu: anoreksiya, qəbizlik, qusma, dispepsiya, MSS-a: depressiya, başgicəllənmə və yuxusuzlug.
Tənəffüs sisteminə: astma,rinit.
Dəriyə və dəri artımlarına: səpgi, tərləmə, övrə,
Sidik-cinsiyyət sisteminə: sidiyəgetmənin pozulması, axıntı, aybaşı qanının artması, böyrək infeksiyaları, tez-tez sidiyǝgetmə.
Doza həddinin aşılması
Əgər doza həddindən çox qəbul olunarsa, ürəkbulanma və qusma, qarın ağrısı, diareya, qaşınma, ağız nahiyəsində metal dadı, başgicəllənmə, paresteziya, leykopeniya, sidiyin tündləşməsi kimi effektlərə rast gəlinə bilər. Doza həddinin aşılması zamanı simpto-matik müalicə və yardımçı tədbirlərdən istifadə olunur.
Buraxılış forması
6 vaginal şamdan ibarət blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-30°C temperaturda, quru, qaranlıq, rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
LAZAR
İstehsalçı
Dr. Lazar y Cia. S.A.Q.e İ. Av. Velez Sarsfield 5855.
Munro, Pcia de Buenos Aires, Argentina.
Feminiti şam nə üçündür?
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
- Göbələk əleyhinə dərmanlar
- Protozoy infeksiyası əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






