Kalsidens nə üçündür?
Kalsidens raxit zamanı, sınıq zamanı, kalsium defisitli xəstəliklər zamanı istifadə olunan preparatdır.

Kalsidens haqqında məlumat
Kalsidens qiyməti
Kalsidens qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kalsidens qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kalsidens tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Kalsium – 500 mq
- Maqnezium – 50 mq
- Sink – 5 mq
- Vitamin D3 – 2.5 mkq (100 BV)
- Vitamin K2 – 20 mkq
Xüsusiyyətləri
Kalsium – orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium və fosfor mübadiləsini tənzimləyən kompleks preparatdır. Orqanizmdə kalsium və D3 vitamini çatışmazlığını aradan qaldırmaqla kalsiumun rezorbsiyasını zəiflədir və sümük toxumasında miqdarını artırır. Dişlərin mineralizasiyasında vacib rol oynayır. Kalsium neyronların normal fəaliyyəti üçün vacib elementlərdən biri olmaqla yanaşı, əzələlərin yığılması və qanın laxtalanmasında da iştirak edir. Kalsium və D3 vitamininin qəbulu sümük toxumasının rezorbsiyasını sürətləndirən paratiroid hormonunun sintezini zəiflədir. D3 vitamininin aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsindən sürətli sorulması təmin olunur.
Maqnezium – bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji olaraq maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium sümük toxumasının inkişafında və formalaşmasında yüksək rol oynayır, orqanizmdə maqnezium defisiti osteoporozlara səbəb olur.
Sink – Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun mənimsənilməsini artırır. Sink defisiti osteoporozun inkişafına və boy artımın ləngiməsinə səbəb olur. Orqanizmdə yüzlərlə müxtəlif fermentlərin tərkib komponentidir, fermentativ reaksiyalarda iştirak edir, normal boy artımını və inkişafı sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
D3 vitamini- əsas funksiyası nazik bağırsaqlardan kalsiumun və fosforun qana sorularaq yüksək konsentrasiya yaratmasında iştirak edir. Hipovitaminozu nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulması və raxit xəstəliyi ilə nəticələnir. Böyüklərdə D vitamini çatışmazlığı osteomalyasiyaya səbəb olur.
K2 vitamini, yaxud menaxinon, əsasən bağırsaqda mikroorqanizmlər tərəfindən sintez olunurlar. Ca-un bağırsaqdan sorulub sümük toxumasına çatdırılmasında vacib vitamindir. K2 vitamini aktiv forma osteokalsinin yaranmasında iştirak edir. Osteokalsin əsas sümük zülalı hesab olunur, sümüklərin yenilənmə və minerallaşma proseslərində Ca-un funksiyasını tənzimləyir. K2 vitamini qanın laxtalanma prosesini tənzimləyir, qanaxmanı dayandırır, yaranın tez sağalmasını təmin edir. K2 vitamininin defisiti zamanı koaqulyasiya proseslərində iştirak edən qanın müxtəlif komponentlərinin sintezi azalır, kapillyarların keçiriciliyi artır.
İstifadəsinə göstərişlər
- Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə.
- Kalsium və D3 vitamininin çatışmazlığının bərpası məqsədi ilə.
- Kalsium və D3 vitamininə tələbatın artdığı hallar – hamiləlik və laktasiya dövrü və s.
Əks göstərişləri
Hiperkalsiemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Əlavə təsirləri
Allergik reaksiyalar, mədə-bağırsaq traktının disfunksiyaları (ishal və ya diareya, meteorizm, qusma, qarın nahiyyəsində ağrılar), hiperkalsinemiya və hiperkalsiuriya (sidikdə və qanda kalsiumun miqdarının artması).
İstifadə qaydası
Böyüklərdə: Osteoporozun profilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə təyin edilir. Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə: 14 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 1-2 tablet təyin olunur.
Buraxılış forması
Kalsidens № 30 tablet.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ
PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland
Kalsidens nə üçündür?
- Raxit zamanı istifadə olunan dərmanlar
- Kalsium defisitli xəstəliklər zamanı istifadə olunan dərmanlar
- Sınıqlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






