Prusun tabletka

Prusun tabletka xroniki yorğunluq sindromu və asteniya zamanı, görmə zəifliyi zamanı, qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Aug 4, 2024 - 11:15
Aug 4, 2024 - 11:25
 0
Prusun tabletka
Prusun tabletka

Prusun tabletka haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Prusun qiyməti

Prusun qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prusun qiyməti 26 azn - 29 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prusun tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Balıq yağı – 1000 mq
  • EPT – 180 mq
  • DHT – 120 mq
  • Vitamin E – 10 mq

Xüsusiyyətləri

Balıq yağının tərkibi  (Omeqa -3) eykozapentaen turşusu  (EPT) və  dokozaheksaen  turşusu  (DHT) ilə zəngindir. Omeqa -3 insan orqanizminin doymamış  yağ turşularına olan sutkalıq tələbatını  ödəyir. Sübut olunmuşdur ki, qida rasionuna balıq  yağının əlavə olunması  ürək – damar sisteminin funksional vəziyyətinə müsbət təsir göstərir. Eyni zamanda Omeqa-3 beyinin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edən enerjinin qısa müddət ərzində yaranmasına səbəb olur. Tərkibindəki doymamış yağlar (EPA və DHA) hamilə ana orqanizmində dölün formalaşmasını və inkişafını təmin edərək vaxtından əvvəl doğuş və düşük riskini aradan qaldırır.

Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonodotropinin biosintezində iştirak edir. Vitamin E avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.

İstifadəsinə göstərişlər

  • Sinir sistemi xəstəliklərinin kompleks müalicəsində, yaddaş gücləndirici və diqqət nizamlayıcı kimi
  • Ateroskleroz və onun damarlarda törətdiyi ağırlaşmaların qarşını almaq üçün, hiperlipidemiya
  • Göz xəstəliklərinin kompleks müalicəsində (piqmentli retinit, kseroftalmiya, keratomalyasiya, konyuktivit, göz qapaqlarının ekzematoz zədələnməsi)
  • A və D vitaminlərinin hipovitaminozu (tez-tez respirator xəstəliklərə tutulma, sümüklərin inkişafının ləngiməsi, görmənin zəifləməsi, dəri, dırnaqlar və saçların strukturunun pozulması hallarında)
  • İmmunitetin gücləndirilməsi və müqaviməti artırmaq məqsədilə
  • Osteopatiyaların müalicə və profilaktikasında (osteoporoz, osteomalyasiya), cərrahi əməliyyatlardan sonra sümük döyənəklərinin əmələ gəlməsini sürətləndirmək üçün
  • Şəkərli diabet
  • Revmatizm, revmatoid artrit

Əks göstərişləri

Balıq yağına qarşı fərdi həssaslıq və hemorragik sindrom.

İstifadə qaydası

1 kapsul gündə 1 dəfə qida qəbulu zamanı daxilə təyin olunur.

Əlavə təsirləri

Adətən yaxşı qəbul olunur. Nadir hallarda dəridə qızartı və ya qaşınma ola bilər.

Buraxılış forması

30 jelatin kapsullar.

Məhsulun və əmtəə n işanının sahibi

PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland

Prusun nə üçündür?

  1. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  2. Görmə zəifliyi zamanı istifadə olunan dərmanlar
  3. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  4. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow