Neovita vitamin
Neovita vitamin qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Neovita vitamin haqqında məlumat
Neovita vitamin qiyməti
Neovita tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Neovita vitamin qiyməti 25 azn - 27 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Neovita qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- OMEGA 3 (Balıq yağı) ----------------- 500,5mq
- EPA (Eykozapentaen turşusu) -------- 90,09mq
- DHA (Dokozaheksaen turşusu) ------- 60,06mq
Xüsusiyyətləri
Neovita Omeqa 3 - qızılbalığın yağından alınan omeqa-3 tərkibli preparatdır.Tərkibindəki aktiv komponentlər eykozopentayen və dokozoheksayen turşuları - vazodilyatasiya, antiaritmik, hipotenziv, antiaqreqant, membranstabilləşdirici, antioksidant xüsusiyyətə malikdir, lipid mübadiləsini normallaşdırır.
DHA (Dokozaheksaen turşusu) qəbulu hippokampsinapsların xarici qıcıqlara qarşı işini sürətləndirir, emosiyaların formalaşmasına, yaddaşın güclənməsinə səbəb olur. Ateroskleroz və trombozun inkişafını ləngidir. Qanın özlülüyünü normallaşdırır, qaraciyərin piy filtrasiyasının qarşısını alır. Damar divarı elastikliyini artırır, möhkəmləndirir. Hüceyrə membranının bərpasında aktiv iştirak edir. Hüceyrə üçün enerji mənbəyidir. ASLP –nin qanda səviyyəsinin azalmasına gətirib çıxarır.
EPA (Eykozapentaen turşusu) orqanizm üçün mühüm omeqa 3 yağ turşusu olub, orqanizmin antioksidant sisteminin effektivliyini gücləndirir, yağların transport prosesini normallaşdırır, hüceyrə membranının bərpasını, immun sistemi hüceyrələrinin aktivliyini təmin edir. Yağların mədə-bağırsaq traktından sorulması prosesinin yaxşılaşmasına səbəb olur. Ürəyin işemik xəstəliklərinin, arterial təzyiqin yüksəlməsinin, iltihabi proseslərin yaranma riskinin qarşısını alır.
İstifadə qaydası
14 yaşdan yuxarı 1-2 kapsul gündə 1 dəfə
Göstərişləri
- Dağınıq skleroz, miqren, baş ağrıları, kəllə-beyin travmaları
- Şəkərli diabet, diabet angiopatiyaları
- İnfarkt və insultun reabilitasiya dövrü, ateroskleroz
- Tromboflebit, varikoz xəstəliyi, trombozlar, revmatizm
- Bronxial astma
- Ağrılı aybaşı sindromu, aybaşı önü sindromu
- Hamiləlik zamanı fetoplasentar çatışmazlıq,dölün inkişafdan qalması
- Allergik xəstəliklər, psoriaz, ekzema, ixtioz
- Öddaşı xəstəliyi, bitişmə sindromu
- Sınıqlar, artrit və artrozlar
- Uşaqlarda əqli inkişafının ləngiməsində
- Yaddaş zəifliyində, diqqət defisiti ilə müşayiət olunan hiperaktivlik sindromunda
- Görmə qabiliyyətinin pozulmalarında
Neovita vitamin nə üçündür?
- Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






