Azarga 5 ml nə üçündür?

Azarga 5 ml - Qlaukomada istifadə olunan preparatdır. Haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Oct 20, 2024 - 08:57
Oct 20, 2024 - 08:58
 0
Azarga 5 ml nə üçündür?
Azarga 5 ml

Azarga haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Azarga qiyməti

Azarga 5 ml qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Azarga 5 ml qiyməti 20 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Azarqa qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Azarga göz damlasının beynəlxalq patentləşdirilməmiş adı: Azarga – Brinzolamid + Timolol

Təsiredici maddələr: 1 ml göz damcısının tərkibində 10 mq Brinzolamid, 5 mq Timolol (6,8 mq timolol maleat şəklində) vardır.

Köməkçi maddələr: benzalkonium xlorid (50%-li məhlul şəklində) dinatrium edetat, natrium- xlorid, tiloksapol, mannitol, karbomer (974P), natrium-hidroksid və / və ya qatılaşdırılmış (pH çatdırmaq üçün), xlorid turşusu, təmizlənmiş su.

Təsviri

Ağ və ya təqribən ağ rəngli homogen suspenziya.

Qlaukomaəleyhinə kombinəedilmiş (karboanhidrazanın inhibitoru + beta-adrenoblokator) preparat.

АТC kodu: S01ED51

Brinzolamid karboanhidraza II-nin inhibitorudur. Karboanhidraza II-nin inhibə edilməsi nəticəsində ardınca natrium və mayenin nəqlinin azalması gələn bikarbonat ionlarının yaranmasının yavaşıması baş verir, bu isə gözün siliar cismində gözdaxili mayenin hasilinin azalmasına gətirib çıxarır. Nəticədə gözdaxili təzyiqin (GDT) azalması baş verir.

Timolol – beta-adrenoreseptorların simpatomimetik aktivliyi olmayan qeyri-selektiv blokatorudur, miokarda birbaşa depressiv təsir göstərmir, membranstabilləşdirici aktivliyə malik deyil.

Yerli istifadə zamanı sulu nəmliyin yaranmasının azalması və onun axınının bir az çoxalması hesabına gözdaxili təzyiqi azaldır. Brinzolamid və timololun kombinəolunmuş təsiri hər bir maddənin ayrı-ayrılıqda təsirini üstələyir.

Farmakokinetikası

Yerli istifadə zamanı brinzolamid və timolol sistem qan dövranına daxil olur.   Brinzolamid  əsasən karboanhidraza II ilə selektiv birləşmə nəticəsində eritrositlərdə udulur. Brinzolamidin eritrositlərdə maksimal konsentrasiyası (Cmax) təqribən 18,4 μМ. Plazma zülalları ilə birləşməsi təqribən 60% təşkil edir. Brinzolamidin metabolizmi N-dealkilləşmə, О- dealkilləşmə və N-propil yan zəncirinin oksidləşməsi yolu ilə baş verir. Əsas metabolit – N-dezetilbrinzolamid əsasən brinzolamid olduqda karboanqidraza I ilə birləşir və həmçinin eritrositlərdə toplanır.

İn vitro tədqiqatlar göstərir ki, brinzolamidin metabolizminə, başlıca olaraq, CYP3A4 izofermenti, eləcə də CYP2A6, CYP2В6, CYP2С8 və CYP2С9 izofermentləri cavab verir. Brinzolamid əsasən dəyişilməmiş şəkildə – təqribən 60%  böyrəklər vasitəsi ilə xaric olur. 20% yaxın metabolizm şəklində: əsas metabolit (N-dezetilbrinzolamid) və digər metabolitlərin (N-dezmetoksipropil və O-desmetil) iz konsentrasiyaları ilə xaric olur. Timololun qanın plazmasında Cmax təqribən 0,824 nq/ml təşkil edir və aşkar edilmə hüduduna qədər 12 saat ərzində qalır. Timololun T1/2 Azarqanın yerli istifadəsindən sonra 4.8 saat təşkil edir. Timololun metabolizmləri iki yol ilə baş verir: tiadiazol halqada etanolamin yan zəncirinin yaranması və morfolinin azotunun etanol yan zəncirinin formalaşması və azot ilə birləşmiş karbonil qruplu anoloji yan zəncirinin formalaşması ilə baş verir. Timololun metabolizmi əsasən CYP 2D6 izofermenti ilə həyata keçir. Timolol və yaranan metabolitlər böyrəklər vasitəsi ilə xaric olur. – böyrəklər vasitəsi ilə xaric olur. Timololun təqribən 20%   dəyişilməmiş şəkildə, qalan hissəsi isə – metabolitlər şəklində xaric olur.

Monoterapiyanın kifayət etmədiyi pasiyentlərdə açıqbucaqlı qlaukoma və gözdaxili hipertenziya zamanı gözdaxili təzyiqin azaldılması üçün .

Preparatın  komponentlərinə qarşı fərdi yüksək həssaslıq.

Anamnezdə bronxial astma, ağciyərlərin ağır xroniki obstruktiv xəstəlikləri, bronxların hiperaktivliyi, sinus bradikardiyası,  II-III dərəcəli atrioventrikulyar blokada, kəskin ürək çatışmazlığı,  kardiogen şok,  ağır allergik rinit, beta-adrenoblokatorlar qrupuna qarşı hiperhəssaslıq, hiperxloremik asidoz, ağır böyrək çatışmamazlığı  (kreatinin klirensi < 30 ml/dəq), qapalı bucaqlı qlaukoma, sulfonamidlərə qarşı hiperhəssaslıq, karboanhidrazanın peroral inhibitorları ilə eyni zamanda istifadə, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaq yaş dövrü.

Ehtiyatla

Hipertireoz, Printsmetal stenokardiyası, periferik və mərkəzi qan dövranı pozuntusu  və arterial hipotenziyası olan pasiyentlər.

Azarqanın psevdoeksfoliativ qlaukoması, piqmentli qlaukoması olan pasiyentlərin müalicəsi üçün istifadəsi təcrübəsi məhduddur: belə hallarda preparatı ehtiyatla istifadə etmək və gözdaxili təzyiqi daimi nəzarətdə saxlamaq lazımdır.

Anafilaktik reaksiyalar. Atopiya və ya anamnezində müxtəlif allerqenlərə ağır  anafilaktik reaksiyaları olan, beta-adrenoblokatorlar alan pasiyentlər anafilaktik reaksiyaların müalicəsi zamanı adrenalinin adi dozalarına qarşı resistent   ola bilərlər.

Sistem effektləri. Brinzolamid və timolol sistem adsorbsiyasına məruz qala bilər.

Timolol yerli istifadə zamanı sistem beta-adrenoblokatorları kimi ürək-damar və tənəffüs sistemləri tərəfindən əlavə təsirlər yarada bilər. Pasiyentin timolol ilə terapiyadan əvvəl və terapiya zamanı vəziyyətinə nəzarət etmək lazımdır. Timololun istifadəsi zamanı bronxial astmalı xəstələrdə bronxların spazmından və ürək çatmamazlığından ağır tənəffüs və ürək-damar pozuntusu halları qeyd olunur (ölüm daxil olmaqla).

Beta-adrenoblokatorları hipoqlikemiyaya meylli və ya diabeti olan (xüsusilə labil gedişatlı diabet) pasiyentlərə ehtiyatla təyin etmək lazımdır, çünki bu preparatlar kəskin hipoqlikemiya simptomlarını gizlədə bilər.

Planlı əməliyyatdan qabaq beta-adrenoblokatorların istifadəsi tədricən (bir anda deyil!) ümumi anesteziyadan 48 saat öncə dayandırılmalıdır, çünki ümumi anesteziya zamanı onlar ürəyin fəaliyyəti üçün lazım olan simpatik stimullaşdırmaya miokardın həssaslığını azalda bilər. Azarqanın tərkibində sulfonilamid olan brinzolamid var. Yerli istifadə zamanı preparatın absorbsiyası baş verdiyindən sulfonilamidlər üçün səciyyəvi olan əlavə reaksiyalar yarana bilər.

Karboanhidraza inhibitorlarının peroral formalarının istifadəsi zamanı turşu-qələvi tarazlığın pozulmasının inkişafı qeyd edilir.

Xüsusi göstərişlər:

Peroral istifadə olunan karboanhidrazanın inhibitorları yaşlı adamlarda yüksək diqqət və ya koordinasiya tələb edən fəaliyyətlə məşğul olmaq qabiliyyətinə təsir edə bilər. Bu effekt Azarqanı təyin edərkən nəzərə alınmalıdır, çünki yerli istifadə zamanı preparat qan dövranına daxil olur.

Kontakt linzalar taxan pasiyentlərin  brinzolamiddən istifadəsi zamanı buynuz  qişanın vəziyyətinə nəzarət etmək lazımdır, çünki karboanhidrazanın inhibitorları onun hidratasiyasının pozulmasına gətirib çıxara bilər. Buynuz  təbəqəsinin anomaliyası, şəkərli diabet və ya buynuz təbəqəsinin distrofiyası olan pasiyentlərin əsaslı monitorinqini həyata keçirmək tövsiyə olunur.

Azarqa preparatına daxil olan benzalkoniy xlorid nöqtəvi keratopatiya və/və ya toksik yara keratopatiyasını yarada bilər.  Preparatın uzunmüddətli istifadəsi zamanı pasiyentlərin əsaslı monitorinqini aparmaq tövsiyyə olunur.

Benzalkoniy xloridi kontakt linzalarla udulur. Preparatı istifadə etməzdən öncə linzaları çıxarıb preparatın istifadəsindən sonra 15 dəqiqə tez olmayaraq yenidən taxmaq lazımdır.  

Preparatı istifadə etdikdən sonra  görmə itiliyi müvəqqəti aşağı düşə bilər, o bərpa olunana qədər avtomobili idarə etmək və yüksək dəqiqlik tələb edən fəaliyyət növləri ilə məşğul olmaq məsləhət görülmür.

Flakon-damcıladıcının və onun tərkibinin çirklənməsinin qarşısını almaq üçün flakon-damcıladıcının ucu ilə hər hansı bir səthə toxunmaq olmaz.

Hər istifadədən sonra flakonu bağlamaq lazımdır.

Yerli. İstifadədən öncə flakonu silkələyin.

Gözün konyunktival kisəciyinə gündə 2 dəfə 1 damcı damızdırılır. 

Sistem əlavə təsirlərin riskinin azaldılması üçün preparatı istifadə etdikdən sonra gözün daxili bucağı nahiyəsinə preparatın instilyasiyasından sonra 1-2 dəqiqə ərzində barmaqla yüngül basmaq tövsiyə olunur – bu, preparatın absorbsiyasını azaldır.

Əgər doza buraxılıbsa, müalicəni cədvəl üzrə növbəti dozanın istifadəsi ilə davam etdirmək lazımdır.

Doza gözün konyunktival kisəciyinə gündə 2 dəfə 1 damcıdan artıq olmamalıdır.

Hər hansı qlaukomaəleyhinə preparatdan Azargaya keçdikdə, Azarganın istifadəsini əvvəlki preparatı dayandırdıqdan sonra növbəti gün başlamaq lazımdır.

Yerli. 1-10% hallarda görmənin dumanlaşması, gözdə ağrılar, gözlərin qıcıqlanması, yad cisim hissi müşahidə olunur.

0,1-1% hallarda – buynuz qişasının eroziyası, nöqtəvi keratit, “quru göz” sindromu, gözdən ifrazatlar, gözdə qaşınma, blefarit, allergik konyunktivit, gözün ön kamerasında ekssudat, konyuktivanın hiperemiyası, göz qapaqlarının kənarlarında  qabıqların yaranması, astenopiya, gözdə narahatlıq hissi, qıcıqlanma, göz qapaqlarının eriteması, allergik blefarit.

Sistem əlavə təsirləri

1-10% hallarda – disgevziya

0,1-1% hallarda – yuxusuzluq, arterial təzyiqin aşağı düşməsi, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağız-udlaq nahiyəsində ağrı, rinoreya, öskürək, tüklərin uzanmasının pozulması,  yastı dəmrov.

Yerli əlavə təsirləri. Keratit, keratopatiya,  görmə siniri diskinin ekskavasiyasının dərinləşməsi,  buynuz qişa epitelinin qüsuru, gözdaxili təzyiqin artması, buynuz qişada yığıntılar, buynuz qişasinin qüsurlarının yaranması, buynuz qişasının ödemi, konyunktivit, meybomi vəzlərinin iltihabı, diplopiya, fotofobiya,fotopsiya, görmə itiliyinin azalması, pteriqium, “quru” keratokonyunktivit, gözün hipesteziyası, skleranın piqmentləşməsi, subkonyunktivial kista,  gözün sulanması, görmə qabiliyyətinin pozulması, gözün ödemi, gözün allergik reaksiyaları, madaroz, göz qapaqlarının şişməsi.

Sistem əlavə təsirləri.

Psixonevroloji pozuntular: apatiya, depresiya, libidonun aşağı düşməsi,  gecə qarabasmaları, əsəbilik, yuxululuq, motor disfunksiyaları, amneziya, yaddaş zəifləməsi, başgicəllənmə, paresteziya, tremor, baş ağrısı, hipesteziya, aqevziya.

Ürək-damar sistemi tərəfindən: ürək-damar çatmamazlığı, tənəffüs çatmamazlığı, stenokardiya, bradikardiya, aritmiya, taxikardiya, arterial təzyiqin artması, hipertenziya.

Tənəffüs sistemi tərəfindən: təngnəfəslik, astma, bronxların hiperaktivliyi, burun qanaxması, boğazın qıcıqlanması, burunun, yuxarı tənəffüs yollarının tutulması, asqırma, burunda quruluq hissi.

Mədə-bağırsaq sistemi tərəfindən: ağızda quruluq, ezofaqit, qusma,  diareya, ürək bulanması, dispepsiya, qarın boşluğunun yuxarı hissəsində ağrı, qarın boşluğunda narahatlıq, mədədə narahatlıq hissi, peristaltikanın güclənməsi, mədə-bağırsaq pozuntusu, ağız boşluğunun hipesteziya və paresteziyası, meteorizm, qara ciyər funksiyasının göstəricilərinin pozulması.

Digərləri: nazofarinqit, farinqit, sinusit, rinit, eritrositlərin sayının azalması, qanda xloridlərin miqdarının artması, qulaqda cingilti, vertiqo, örə, makulapapulez səpgi, səpgi, ümumiləşdirilmiş qaşınma, alopesiya, dərinin qalınlaşması, dermatit, eritema, beldə ağrı, əzələ spazmı, mialqiya, artralqiya, əl-ayaqda ağrı, böyrək nahiyəsində ağrılar, pollakiuriya, erektil disfunksiya, asteniya, sinədə narahatlıq hissi, yorulma, anomal hisslər, həyəcan hissi, tez hirslənmə, sinədə ağrı, periferik ödemlər, əzginlik.

Yerli. Konkyunktivit, diplopiya, ptoz, keratit, görmə qabiliyyətinin pozulması.

Sistem əlavə təsirləri. Hipoqlikemiya, depressiya,  serebral işemiya, serebrovaskulyar pozuntular, özündən getmə, miasteniya gravis, parasteziyalar, baş ağrıları, başgicəllənmə, ürək dayanması, ürək çatmamazlığı, aritmiya, atrioventrikulyar blokada, bradikardiya, ürək döyünməsi, hipotenziya, tənəffüs çatmamazlığı, bronxospazm, təngnəfəslik, burun tutulması, diareya, ürək bulanması, alopesiya, səpgi, asteniya, sinədə ağrı.

Yerli istifadə zamanı doza həddinin aşılması halları haqqında məlumatlar mövcud deyil.

Doza həddinin aşılmasının simptomları: elektrolit balansın pozulması, asidoz vəziyyətin inkişaf etdirilməsi, mərkəzi sinir sistemi tərəfindən pozuntular.

Müalicə. Dərhal gözləri su ilə yumaq. Simptomatik və yardımçı terapiya.

Elektrolitlərin və qanın рН səviyyəsini nəzarətdə saxlamaq lazımdır. Hemodializ az effektivdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmayıb.

Karboanhidrazanın peroral inhibitorlarla eyni zamanda istifadə etmək tövsiyə olunmur, çünki sistem əlavə reaksiyaların güclənmə ehtimalı var.

Brinzolamidin metabolizminə Р-450 sitoxromun CYP3A4 (əsasən) CYP2A6, CYP2В6, CYP2С8 və  CYP2С9 izofermentləri cavab verir.

Ketokonazol, itrakonazol, klotrimazol, ritonavir və troleandomisin kimi CYP3A4 izofermentini inhibasiya edən preparatları ehtiyatla təyin etmək lazımdır, çünki brinzolamidin metabolizminin inhibasiyası baş verə bilər. CYP3A4 izofermentinin inhibitorlarının birgə təyini zamanı ehtiyatlı olmaq lazımdır. Lakin brinzolamidin toplanması az ehtimal olunandır, çünki o böyrəklər vasitəsi ilə xaric olur. Brinzolamid Р-450 sitoxromunun izofermentlərinin inhibitoru deyil.

Timololun kalsium kanallarının blokatorları, quanetidin, beta-adrenoblokatorlar, antiritmin preparatlar, ürək qlikozidləri və parasimptomimetiklər ilə eyni zamanda istifadə zamanı hipotenziv təsirin və/ və ya ifadə edilmiş bradikardiyanın güclənmə ehtimalı var.

Klonidinin birdən dayandırılmasından sonra beta-adrenoblokatorlarının bir vaxtda qəbulu zamanı hipertenziyanın inkişafı güclənə bilər.

Beta-adrenoblokatorlarının sistem təsirinin güclənməsi (ürək vurmalarının tezliyinin aşağı düşməsi) CYP2D6 inhibitorları (xinidin, simetidin) və timololun eyni vaxtda istifadəsi zamanı inkişaf edə bilər.

Beta-adrenoblokatorları diabet əleyhinə vasitələrin hipoqlikemik təsirini gücləndirə bilər. Beta-adrenoblokatorlar hipoqlikemiyanın simptomlarını gizlədə bilər. Digər yerli oftalmoloji preparatlarla birgə istifadə zamanı onların istifadə intervalı 5 dəqiqədən az olmamalıdır.

Göz damcısı. 5 ml, «DroptainerTM»  plastik flakon-damcıladıcıda.

1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Flakonu açdıqdan sonra 4 həftə ərzində istifadə etmək lazımdır.

2 °С-30°С temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Resept əsasında buraxılır. 

İstehsalçı

ALCON- COUVREUR,

В-2870 Puurs, Belçika.

Azarga nə üçündür?

Qlaukomada istifadə olunan vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow