Sitikol (Citicol ) 1000 mg
Sitikol (Citicol ) 1000 mg beyin qan dövranı pozğunluğunda, kəllə-beyin və digər travmalar zamanı istifadə olunan preparatdır.

Sitikol (Citicol ) 1000 mg haqqında məlumat
Sitikol qiyməti
Sitikol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sitikol qiyməti 19 azn - 21 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan citicol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Köməkçi maddələr: inyeksiya üçün su.
Ümumi xüsusiyyətləri
Sitikolin neyron membranının struktur komponenti olan fosfolipidlərin biosintezini stimulə edir, bu da ion mübadiləsi nasosu və modulyasiyası, sinir impulslarının örtülməsi üçün zəruri olan reseptorların funksiyalarını yaxşılaşdırır. Sitikolin neyron membranına stabiləşdirici təsir göstərərək, beyin ödemi simptomlarını aradan qaldırır. Klinik tədqiqatlar göstərir ki, sitikolin beyin qan dövranının pozulması və kəllə-beyin travmaları nəticəsində yaranan serebral disfunksiyanın gedişini yaxşılaşdırır. Sitikolin həmçinin amneziya əlamətlərini azaldır, yuxarıda göstərilən patologiyalarla əlaqədar koqnitiv, hissi və hərəki pozulmaları aradan qaldırır.
Göstərişləri
Beyin qan dövranının pozulmasının kəskin və yarım kəskin fazaları, kəllə-beyin travmaları və onların fəsadları, müxtəlif mənşəli koqnitiv pozulmalar
Əks göstərişləri
- Sitikolinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
- Parasimpatik sinir sisteminin hipertonusu.
- Vaqotoniya.
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi müəyyən edilmişdir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 – <1/10), bəzən (≥1/1,000 – <1/100), nadir (≥1/10,000 – <1/1,000), çox nadir (<1/10,000), tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil).
Nadir hallarda (≥1/10,000 – <1/1,000) parasimpatik sinir sisteminə stimuləedici təsir və qısamüddətli hipotenziv effekt müşahidə oluna bilər. Anafilaktik şok, yuxusuzluq, başgicəllənmə, hallüsinasiya, baş ağrısı, arterial hipertenziya, qızdırma, respirator, torakal, mediastenal pozuntular, dispnoe, mədə-bağırsaq xəstəlikləri, ürəkbulanma, iştahsızlıq, qarın ağrısı, qaşınma, bəzən ishal, qızartı, səpgi, titrətmə, övrə, ödem.
Aptekdən buraxılma şərti
Reseptli
İstifadə qaydası və dozası
Sitikol əzələdaxili, venadaxili şırnaqla ləng (3-5 dəq.) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) yeridilir.
1 ampuldan (1000 mq) gündə 1 dəfə təyin olunur.
Gündəlik doza xəstəliyin klinik elementlərindən asılı olaraq 500-2000 mq olaraq dəyişir.
Şüurun bərpası gecikdikdə, bu bərpanı asanlaşdırmaq üçün ilkin mərhələdən başlayaraq Sitikol-un davamlı təyinatı tövsiyə olunur.
Tənəffüsə, nəbzə və qan təzyiqinə təsir göstərmədiyi üçün Sitikol-u uzunmüddətli və davamlı istifadə etmək mümkündür.
Sitikol antihemorragik vasitələrlə, kəllədaxili təzyiqi azaldan maddələrlə və infuziya üçün mayelərlə eyni vaxtda istifadə edilə bilər.
Parkinson xəstəliyi və parkinson sindromları olduğu zaman Sitikol 500-1000 mq/gün dozada əzələdaxili, venadaxili şırnaqla ləng və ya damcı üsulu ilə yeridilir.
Sitikol bütün venadaxili izotonik məhlullarla uyuşur və hətta qlükozanın hipertonik məhlulunda həll oluna bilər.
18 yaşın altındakı uşaqlarda dərman vasitəsinin təhlükəsizliyi təsdiq olunmamışdır.
Buraxılış forması
4 ml inyeksiya üçün məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Sitikol nə üçündür?
- Kəllə-beyin və digər travmalar
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






