Exnabet kids

Exnabet kids-in tərkibi orqanizmdə immun sisteminin işinin aktivləşməsində mühüm rolu olan komponentlərdən ibarətdir və  sinergist təsir göstərərək bir-birinin terapevtik effektini gücləndirir.

Jul 5, 2024 - 15:24
Jul 5, 2024 - 15:42
 0
Exnabet kids
Exnabet kids

Exnabet kids haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Exnabet kids tərkibi      

10 ml-də: 

  • Beta Qlükan (Beta Glucan 1,3/1,6).....................125 mq 
  • Qara gəndəlaş (Sambucus nigra).........................50 mq 
  • Açerola (Barbados albalısı) - (Malpighia glabra)...5 mq
  • C vitamini (Ascorbic acid)………...........................30 mq 
  • D3 vitamini (Cholecalciferol)……….....................400 BV
  • A vitamini (Retinyl palmitate)............................ 300 mkq 
  • E vitamini (Tocopheryl Acetate)………...................10 mq 
  • Sink sulfat (Zinc sulphate)......................................25 mq 
  • Se - Natrium selenit (Sodium selenite)...............180 mkq 

Farmakoterapevtik  qrupu

İmmunostimulyator; Antioksidant.

Farmakoloji xüsusiyyətləri

Exnabet kids nə üçündür?

Exnabet kids-in tərkibi orqanizmdə immun sisteminin işinin aktivləşməsində mühüm rolu olan komponentlərdən ibarətdir və  sinergist təsir göstərərək bir-birinin terapevtik effektini gücləndirir.

Beta-Qlükan – təbii polisaxarid kompleksidir, orqanizmin təbii immun cavabının formalaşmasında və immun mexanizmlərin aktivləşməsində rolu vardır. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmır, tam biomənimsənilməyə malikdir. Nazik bağırsağın Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, onların virus, bakteriya, göbələk  və parazitlərə qarşı təbii immun cavabını aktivləşdirir (faqositoz prosesini stimullaşdırır, interferon, interleykinlər, şiş hüceyrələrini nekrozlaşdırıcı faktor və s. sintez olunur, digər immun hüceyrələr aktivləşir).

Biomənimsənilmiş beta-qlükanın böyük qismi qana keçməklə, qapı venası ilə qaraciyərə gəlir, burada Kupfer hüceyrələri tərəfindən udulur və onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta-qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.

Qara gəndəlaş (Sambucus nigra) - tərqovucu, iltihab əleyhinə, dezinfeksiyaedici təsirə malikdir. Soyuqdəymə, qrip, yuxarı və aşağı tənəffüs yollarının iltihabı (laringit, bronxit və s.), böyrək və sidik kisəsinin iltihabi xəstəliklərində istifadə olunur. Hüceyrələr virusla yoluxan zaman antioksidantla zəngin qara gəndəlaş xəstəliyin gecikmiş mərhələlərində qrip virusunun yayılmasının qarşısını alır. Bu antiviral aktivlik onun antosiyanidin birləşmələrinə (xüsusilə onun əsas aktiv maddəsi, siyanidin-3-qlükozid) hesabına baş verir.

Açerola (Barbados albalısı) - (Malpighia glabra) – tərkibində yüksək miqdarda C vitamini var, C vitamininin miqdarı portağal suyunun tərkibindən 32 dəfə çoxdur. Həmçinin, tərkibində A vitamini, dəmir və fol turşusu da var. Açerola çox güclü antioksidant və immunostimulyator effektlərə malikdir. Sərbəst radikalları neytrallaşdıraraq toxumaları oksidativ zədələnmələrdən qoruyur. Humoral və hüceyrəvi immuniteti gücləndirməklə orqanizmin infeksion xəstəliklərə qarşı immun müqavimətini artırır. Açerolanın tərkibindəki polifenollar plazmada qlükoza və maltoza səviyyəsini aşağı salır, maltaza və α-qlükozidazanı inhibə edir, nəticədə, qlükozanın bağırsaqdan mənimsənilməsini ləngidir və onun postprandial səviyyəsini (qida qəbulundan sonra qanda qlükozanın səviyyəsi) aşağı salır. Tərkibindəki üzvi maddələr antibakterial, antikarsinogen təsirlərə malikdir.

C vitamini - metabolik təsirə malikdir. Dəmir, fol turşusu, histamin, lipid, zülal mübadiləsində, karnitin sintezi, immun reaksiyalarda, toxumaların regenerasiyasında iştirak edir. İmmun reaksiyaları tənzimləyir (antitellərin, komplementin С3-komponentin, interferonun sintezini aktivləşdirir), faqositozu aktivləşdirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Histaminin xaric olmasını tormozlayır və parçalanmasını sürətləndirir, prostaqlandinlərin, iltihab və allergik reaksiyaların digər mediatorlarının yaranmasının qarşısını alır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. Superoksid, hidroksil radikalları və singlet oksigen kimi zərərli oksigen törəmələri ilə birbaşa reaksiyaya girib zinciri qıran suda həll olunan antioksidantdır. Gözlər, ağciyərlər, qan və immun sistemi oksidləşdirici stresdən qorumaqda kliniki əhəmiyyətə malikdir. C vitamini qlütation və alfa-lipoy turşusu ilə qarşılıqlı əlaqədə olur və E vitaminini bərpa edir. C vitamini beta-qlükanla birlikdə sinergist təsir göstərərək bir-birinin təsirini gücləndirir.

D3 vitamini – yalnız sümük sağlamlığı üçün deyil, güclü immun sistemi üçün də vacib vitamindir. İmmun sistemin fəaliyyətinin aktivləşməsində və tənzimlənməsində əsas funksiyalara malikdir. D3 vitamini defisiti zamanı T və B limfositlər və digər anticisimlər kifayət qədər aktivləşə bilmir, infeksiyalara yoluxma riski artır. D3 vitamini humoral və hüceyrəvi immuniteti gücləndirməklə infeksion törədicilərə qarşı müqavimətini artırır, immun müdafiəni təmin edir. T və B-limfositlərin sayını, makrofaqların aktivliyini artıraraq immun və faqositoz proseslərini sürətləndirir, törədicilərin sürətli neytrallaşmasını həyata keçirir.

A vitamini - immunostimulyator təsirə malikdir. Timus vəzinin fəaliyyətini stimulə edərək T-limfositlərin (əsasən də T-helperlərin) sayını artırır, orqanizmin immun müqavimətini gücləndirir. Peroksid rabitələrini inaktivləşdirməklə güclü antioksidant təsir göstərir. Makrofaqların aktivliyini stimulə edərək orqanizmdə baş verən faqositoz proseslərini sürətləndirir və kənardan daxil olan yad maddələrin sürətli neytrallaşmasını həyata keçirir.

E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, antioksidant təsiri ilə hüceyrələri zədələnmələrdən qoruyur. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir.

Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir. Timus vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir. Orqanizmdə insulinin toplanmasını və insulinə həssaslığı artirir.

Selen - müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyətində vacib rol oynayır. Güclü antioksidant təsirə malikdir, hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında E vitamininə sinergik təsir göstərir. Arsen və civənın antoqonisti olub orqanizmdə  sərbəst radikalların və ağır metalların neytrallaşmasını təmin edir. İmmun sistemin formalaşmasında mühüm rol oynayır

İstifadəsinə göstərişləri

  • İmmunodefisit vəziyyət, tez-tez xəstələnmə halları
  • Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi
  • KRVİ (qrip) müalicəsi və profilaktikası
  • Yuxarı və aşağı tənəffüs yollarının iltihabi-infeksion xəstəlikləri zamanı: Sinusitlər, faringit, bronxit, pnevmoniya
  • Ağız boşluğunun iltihabi-infeksion xəstəlikləri: Gingivit, qlossit, parodontoz, stomatit
  • Tez-tez, yaxud uzun müddətli antibakterial terapiya zamanı
  • Virus infeksiyalarının kompleks müalicəsi zamanı; Təkrarlanan herpes virusu zamanı
  • Bakterial və virus mənşəli bağırsaq infeksiyaları; Enterit; Kolit
  • Dərinin virus, bakterial və göbələk mənşəli xəstəlikləri: Furunkul, karbunkul, impetiqo
  • Gözün virus, bakterial və göbələk mənşəli xəstəlikləri: Konyuktivit, keratit, blefarit, dakriosistit
  • Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: Uretrit, sistit, pielonefrit, qlomerulonefrit
  • Bakteriyal, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı
  • Xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmə
  • Şəkərli diabetli xəstələrdə oksidativ stres və immunodefisit zamanı.

Exnabet kids dozalanması və istifadə qaydası

Exnabet kids - Banan aromalı sirop

1 yaşa qədər uşaqlar: 2,5 ml;
1-3 yaş uşaqlar: 5,0 ml;
3-6 yaş uşaqlar: 7,5 ml;
6-12 yaş uşaqlar: 10 ml;

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 1-2 dəfə yeməkdən 30 dəq. əvvəl və ya yeməkdən 1 saat sonra təyin edilir.

Müalicə müddəti: 1-4 həftədir.

Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə bilər.

İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. 

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.

Exnabet kids əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması

200 ml flakon.

Exnabet kids qiyməti

Exnabet kids qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Exnabet kids qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow