Vitasolis

Vitasolis omeqa-3 və Lütein ilə kombinə olunmuş vitamin-mineral kompleksidir

Jul 5, 2024 - 14:42
Jul 5, 2024 - 15:04
 0
Vitasolis
Vitasolis

Vitasolis haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vitasolis tərkibi

1 kapsulda: 

  • Omega-3 (EPA-90 mq; DHA-60 mq).....300 mq
  • Lütein (Lutein)........................................10 mq 
  • C vitamini (Ascorbic acid)....................100 mq
  • D3 vitamini (Cholecalciferol)……….….400 BV 
  • E vitamini (Tocopheryl Acetate)…......400 mkq
  • B1 vitamini (Thiamine)............................5 mq      
  • B2 vitamini (Riboflavine).........................5 mq      
  • B6 vitamini (Pyrdoxine HCl)....................2 mq    
  • B7 vitamini (Biotin)..............................75 mkq
  • B9 vitamini  (Folic acid).....................300 mkq
  • B12 vitamini (Cynacobalamine)............9 mkq
  • Kalium sitrat..........................................40 mq 
  • Maqnezium............................................50 mq 
  • Dəmir.....................................................25 mq   
  • Kalsium.................................................60 mq 
  • Sink........................................................25 mq  
  • Selen....................................................75 mkq 
  • Yod......................................................100 mkq 
  • Molibden...............................................45 mkq

Farmakoterapevtik  qrupu

Omeqa-3 və Lütein ilə kombinə olunmuş vitamin-mineral kompleksi.

Farmakoloji xüsusiyyətləri

Vitasolis nə üçündür?

Orqanizmdə avitaminozu aradan qaldırır, makro və mikro elementlərə olan təlabatını ödəyir. İmmun sistemin müqavimətini artıraraq orqanizmi bir çox xəstəliklərdən qoruyur. Reproduktiv sağlamlığı təmin edir.

Omeqa-3 - doymamış yağ turşularının - eykozapentaen turşusu (EPA) və dokozaheksaen turşusu (DHA) kombinasiyasıdır, 2:1 nisbətindədir. Omeqa-3 koqnitiv funksiyaları - diqqəti, yaddaşı artırır. Retinada damar patologiyasının qarşısını alaraq görməni yaxşılaşdırır Antioksidant, iltihab əleyhinə, regenerasiyaedici və hipoqlikemik təsirlərə malikdir. ASLP və OSLP miqdarını tənzimləməklə onların hüceyrə membranına zədələyici təsirlərinin qarşısını alır, hüceyrə membranının struktur elementlərinin sintezini stimulə edərək onların sürətli regenerasiyasını təmin edir. Essensial yağ turşularının  biosintezini sürətləndirərək Pg E2-nin sintezini aktivləşdirir, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki doymamış yağ turşularının təsiri ilə lipid mübadiləsini tənzimləyir, aterosklerozun yaranma riskini azaldır.

Lütein (Lutein) - hidroksilləşmiş karotinoidlər-ksantofillər qrupuna aid olan təbii piqmentdir. Orqanizmdə sintez olunmur, orqanizm onu xaricdən alır. Bütün karotinoidlər arasında lütein ən yüksək - 80% biomənimsənilməyə malikdir. Lütein gözdəki sarı ləkənin vitamin və mineral dəyərini artıraraq görmə itkisini azaldır. Göz xəstəliklərinin qarşısını alır. Büllurda və torlu qişanın mərkəzi (makulyar) hissəsində toplanır, işıq filtri funksiyasını yerinə yetirir və gözün vacib strukturlarını gündüz işığının daha aqressiv, mavi hissəsindən qoruyur. İmmuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Xolesterol səviyyəsini aşağı salır.

C vitamini (Ascorbic acid) - metabolik təsirə malikdir. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir. Orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

D3 vitamini (Cholecalciferol) - qanda kalsiumun tənzimlənməsində və fosforun saxlanmasında mühüm rol oynayır; Sağlam sümüklərin qorunması üçün son dərəcə əhəmiyyətli olan amildir. Bağırsaqlarda kalsiumun sorulması və böyrəklər tərəfindən rearbsorbsiyası üçün D vitamini lazımdır.

E vitamini (Tocopheryl Acetate) - orqanizmdə oksidləşmə-reduksiya reaksiyalarını zəiflətməsi hesabına sərbəst radikalların miqdarını azaldaraq antioksidant təsir göstərir. Damar divarının tonusunu və keçiriciliyini normallaşdırır, angioprotektiv təsir göstərir. Tokoferol bir sıra reproduktiv proseslərin normal gedişatını təmin edir. E vitaminin avitaminozu zamanı kişilərdə cinsi funksiyaların aşağı düşməsi, spermatogenezin pozulması, qadınlarda isə menstruasiya tsiklinin pozulması və hamiləlik zamanı düşüklərə meyilliyin artması müşahidə olunur.

B1 vitamini (Thiamine) - karbohidrat, enerji, zülal, yağ, və su-duz mübadiləsində iştirak edir, sinir sisteminin fəaliyyətinə tənzimləyici təsir göstərir. Bu vitaminin orqanizmdə çatışmazlığı zamanı süd və sirkə turşusu əzələ toxumasında toplanır, bu zaman asetilxolin sintezi pozulur, nəticədə sinir, ürək-damar və həzm sisteminin funksiyası pozulur. Tiamin əqli qabiliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırdığına görə beyinin işini optimallaşdırır.

B2 vitamini (Riboflavine) - katexolaminləri inaktivləşdirən monoaminoksidazaların aktivləşməsində iştirak edərək simpatik mediatorların fəaliyyətini zəiflədir. Sinir-əzələ reflekslərini normallaşdırır. Həmçinin, eritrositlərin oksidləşdirirci fermentlərdən mühafizə edən qlutation reduktaza fermentinin aktivləşməsində iştirak edərək toxumalara oksigenin daşınmasında iştirak edir.                                                                                                                                        

B6 vitamini (Pyrdoxine HCl) - əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmuniteti gücləndirir. Amin-transferaza fermentinin kofermentidir. Qlütamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir.

B7 vitamini (Biotin) - orqanizmdə karbohidratların, yağların və zülalların mübadiləsində mühüm rol oynayır və hüceyrələrin normal böyümə və inkişafı üçün çox vacibdir. Karboksilazanın  kofermenti kimi fəaliyyət göstərir, insulinəbənzər təsir edir və qlükoneogenez prosesində iştirak edir. Bununla da qanda şəkərin səviyyəsini sabitləşdirir, sinir sisteminin funksiyasını yaxşılaşdırır. Sinir sisteminin normal fəaliyyətini təmin edir, psixoloji funksiyaları yaxşılaşdırır. Saç, dəri, selikli qişaların sağlamlığını qoruyur.

B9 vitamini  (Folic acid) - Fe defisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasınıda vacib rola malikdir.

B12 vitamini (Cynacobalamine) - eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.

Kalium sitrat - sidiyin PH-ı artırır, yəni qələviliyə doğru dəyişərək turş mühitdə yaranmış urat, oksalat kristallarını və daşlarını tədricən həll edib yox edir, bununla da sidikdə duz kristallarının əmələ gəlməsinin qarşısını alır.

K yumşaq toxumaların normal vəziyyətini qoruyur, onların elastikliyini mühafizə edir və Na ilə yanaşı bir sıra proseslərdə iştirak edir. K-un   orqanizmdə nəzərə çarpacaq dərəcədə defisiti boyun inkişafını ləngidir, orqanizmin ümumi müqavimətini  zəiflədir.

Maqnezium - Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Mg ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq sinir-əzələ ötürücülüyünü zəiflədir. Mg defisiti orqanizmdə   tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.   

Kalsium - Ca və P mübadiləsini tənzimləyir. Orqanizmdə kalsium və D3 vitamininin  çatışmazlığını  bərpa  edərək  sümük toxumasının sıxlığını  artırır  və rezorbsiyanı azaldır, dişlərin  minerallaşmasına səbəb olur.  Kalsium sinir keçiriciliyinin, əzələ yığılmalarının tənzimlənməsində, hormonların  əmələ   gəlməsində iştirak edir. Ca hamiləlik, laktasiya və inkişaf edən dövrdə xüsusilə vacibdir.

Dəmir - Hamiləlik dövründə ananın və dölün O2-ə olan tələbatının təmin edilməsi və dölün inkişafı üçün dəmirə olan tələbat əhəmiyyətli dərəcədə artır. Fe çox vacib element olub, qanyaranmada iştirak edərək O2-nin hüceyrələrə daşınmasını təmin edir.

Sink - hüceyrə metobolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olmaqla hüceyrələrdə zülal və karbohidrat sintezini requlə edir. Qonodotrop hormonların (FSH, LH) tərkibinə daxil olmaqla sintezini və sekresiyasını aktivləşdirərək oogenezi (spermatogenezi) stimullaşdırır və cinsi funksiyaların yerinə yetirilməsində iştirak edir. Qadınlarda  estrogendən asılı prosesləri tənzimləyərək uşaqlıq əzələlərinin inkişafını stimulaşdırır, nəticədə  dölün inkişafını təmin etməklə yanaşı düşüklərin də qarşısını alır.

Selen - 200-ə yaxın ferment və hormonun tərkibinə daxil olmaqla bir çox həyati vacib proseslərin  yerinə yetirilməsində, eləcədə orqanizmin enerji ilə təmin edilməsində  mühüm rola malikdir. Qlutationperoksidaza fermentinin əsas tərkib komponentlərindən olub, sintezini stimulə edir və orqanizmin antioksidant müdafiəsini təşkil edir. İmmun sistemi formalaşdıran hormonların, tiroid və  cinsi hormonların sintezində birbaşa iştirak edir. Antikanserogen təsirə malikdir.

Yod - qalxanvari vəz üçün çox önəmli olan mikroelement olub, hormonlarının istehsal prosesi üçün zəruridir. Hamiləlik dövründə yod defisiti körpənin zehni inkişaf pozğunluqlarına səbəb olur. Yod defisiti endemik zob, kretinizm, hipotireoz kimi xəstəliklərə səbəb olur.    

Molibden - olmadıqda orqanizmdə ölümcül sulfitlər və zəhərli maddələr toplana bilər. Molibden zərərli sulfitlərin parçalanmasına səbəb olur və toksinləri neytrallaşdırır. Zülal və purin əsaslarının mübadiləsində iştirak edir. Hüceyrələrdə enerji istehsalı, neyronlarda impuls ötürülməsi proseslərində iştirak edir. Hemoqlobinin sintezində mühüm rol oynayır. E, A, B1, B2, PP vitaminlərinin biomənimsənilməsini və terapevtik effektini yaxşılaşdırır.

İstifadəsinə göstərişləri

  • Vitamin, mineral, makro və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral, makro- və mikroelementlərə tələbatın yüksəldiyi  hallar.
  • Hamiləlik zamanı və südvermə dövründə yaranan avitaminoz və hipovitaminozların müalicə və profilaktikası. Həmçinin, hamiləliyə hazırlıq dövrü.
  • Cinsiyyət sisteminin funksiyalarının zəifləməsi, sonsuzluq.
  • İmmun sistemin zəifləməsi, cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı.
  • İnfeksion xəstəliklərdən sonra astenik sindrom
  • Göz xəstəlikləri.
  • Ürək-damar sistemi xəstəlikləri. Ateroskleroz.
  • Xroniki yorğunluq sindromu. Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası.
  • Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
  • Onkoloji xəstəliklərin şüa və kimyəvi terapiyası zamanı aktiv profilaktika tədbirlərinin aparılması məqsədilə
  • Oynaq və digər dayaq-hərəkət sistemi xəstəlikləri.
  • Vaxtından əvvəl qocalmanın qarşısını almaq məqsədi ilə.
  • İdmançılarda artıq  fiziki yüklənmə zamanı

Vitasolis dozalanması və istifadə qaydası

1 kapsul gündə 1 dəfə səhər yeməkdən sonra bol maye ilə qəbul edilir.

Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.

Əlavə təsirləri

Nadir hallarda dispeptik əlamətlər.

Vitasolis əks göstərişləri

Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 8 yaşa qədər uşaqlar.

Buraxılış forması

30 kapsul.

Vitasolis qiyməti

Vitasolis qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vitasolis qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

  • Vitamin və mineral çatışmamazlığı
  • Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  • Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  • İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow