GEPADUAS

GEPADUAS - Preparatın təsiri tərkibindəki komponentlərin farmakoloji təsirləri ilə izah olunur.

Jun 23, 2024 - 18:42
 0
GEPADUAS
GEPADUAS

GEPADUAS - Hepatoprotektor, xolekinetik, antioksidantdır

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

GEPADUAS tablet N30

GEPADUAS Tərkibi

Hər 1 tabletdə:

  • Ənginar ekstraktı (Cynara scolymus) ......200 mq
  • L-Ornitin (L-Ornithine).............................160 mq
  • Adi alaqanqal (Silybum marianum)..........140 mq
  • Qlutation (Glutathione).............................100 mq
  • Alfa Lipoy turşusu (Alpha Lipoic acid)....100 mq 

Farmakoloji xüsusiyyətlər

GEPADUAS nə üçündür?

Preparatın təsiri tərkibindəki komponentlərin farmakoloji təsirləri ilə izah olunur.

Ənginar öd qovucu, hepatoprotektiv və sidik qovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Hepatositlərdə koenzimlərin sintezini aktivləşdirir ki, bunun da nəticəsində lipid və xolisterin mübadiləsi yaxşılaşır. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Orqanizmin toksinlərdən, azot birləşmələrindən və ağır metal duzlarından təmizlənməsini təmin edir.

L-Ornitin hepatoprotektor, dezintoksikant, hipoazotemik, hipoammoniemik təsirlərə malikdir. Ammonyakın qan plazmasında konsentrasiyasını azaldır, orqanizmdə turşu-qələvi balansının normallaşmasını təmin edir. İnsulinin və somatotropin hormonunun sintezini aktivləşdirir. Qaraciyərin dezintoksikasion funksiyasını gücləndirir. Hepatositlərdə enerji təminatı proseslərinə müsbət təsir göstərir. Adi alaqanqal regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Qlutationun ehtiyyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır. Güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normalaşdırır.

Qlütation orqanizmdə ən gü clü antioksidant olub, bir çox həyati vacib reaksiyaların baş verməsində bilavasitə iştirak edir. Oksidləşmənin qarşısını almaqla, hü ceyrələrin sərbəst radikalların təsiri nəticəsində zədələnməsinin qarşısını alır. Qlü tation yalnız sərbəst radikalları deyil, eyni zamanda toksiki maddələri də neytrallaşdırmaqla, detoksikator və hepatoprotektor funksiyalarını da yerinə yetirir.

Alfa-lipoy turşusu-piroüzüm turşusu və alfa-ketoturşularının oksidləşmə fosforlaşma reaksiyalarında koferment funksiyasını yerinə yetirir. Endogen antioksidant sayılır, hüceyrələri maddələr mübadiləsi zamanı yaranan sərbəst radikalların toksiki təsirindən qoruyur. Həmçinin orqanizmə keçən ekzogen toksiki birləşmələri zərəsizləşdirir. Endogen antioksidant qlütationun konsentrasiyasını artırmaqla, polineyropatiyaların nəzərə çarpan simptomplarının azalmasına gətirib çıxarır. Hepatoprotektiv, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsir göstərir. utilizasiyası artır.

GEPADUAS İstifadə qaydası

12 yaşdan yuxarı yeniyetmələr və böyüklər – 1 tabletdən gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul edilir. Digər hallarda dozalar həkim tərəfindən dəyişdirilə bilər.

İstifadəsi üçün göstərişlər

  • Qaraciyərin müxtəlif mənşəli zədələnmələri (virus, toksik, qarışıq mənşəli)
  • Qaraciyərin piy distrofiyası, Hepatosteatoz.
  • Xolesistit, Öd yollarının diskineziyası
  • Müxtəlif helminotozların kompleks müalicəsində
  • Qaraciyər sirrozu, qaraciyər ensefalopatiyası
  • Müxtəlif hepatotoksik preparatların qaraciyərə təsirinin profilaktikası
  • Meteorizm, Dispepsiya. 

GEPADUAS Əks göstərişlər

Hiperhəssaslıq. Öd daşı xəstəliyi. 

Əlavə təsirlər

Nadir hallarda halsızlıq və dispeptik əlamətlər. 

Aptekdən buraxılma şərti

Reseptli

GEPADUAS Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Smart Pharma, TÜRKİYƏ

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow