Nat prostat kapsul istifadə qaydası necədir?
Nat prostat - Potensiya zəifliyi zamanı, prostat vəzin adenomasında, prostatit zamanı, saç, dıqnaq xəstəlikləri zamanı, böyrək və sidik yollarının iltihabında istifadə olunan preparatdır.

Nat prostat haqqında məlumat
Nat prostat qiyməti
Nat prostat qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nat prostat qiyməti 9 azn - 11 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nat prostat kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Bir kapsulun tərkibi:
Cırtdan Palması (Serenoa repens) meyvəsinin quru ekstraktı -125 mq, ikievli gicitkən (Urtica dioica) kökünün quru ekstraktı – 48 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu – 56 mq, udi hindi (Aquilaria agallocha) oduncağının tozu – 56 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (amylum maidis) – 115 mq, kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadəsinə göstəriş:
Prostat vəzin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
18 yaşdan yuxarı: Gündə 2 dəfə 1 kapsul qəbul edilir. Qəbul müddəti minimum 3 aydır.
Preparat tam təbiidir, uzun müddət istifadə oluna bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş:
Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, ateroskleroz, hipertoniya, tromboflebit.
Əlavə təsirləri:
Arterial təzyiqin yüksəlməsi, nadir hallarda qəbizlik.
Saxlanma şəraiti:
25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti:
2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması:
400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
Nat prostat nə üçündür?
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Saç, dıqnaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Prostatit zamanı istifadə olunan dərmanlar
- Prostat vəzin adenomasında istifadə olunan dərmanlar
- Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






