Koliks10 sirop istifadə qaydası necədir?
Koliks10 sirop - həzm vəzilərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır. Nəticədə meteorizmin qarşısını alır.

Koliks10 sirop haqqında məlumat
Koliks10 sirop qiyməti
Koliks10 şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Koliks10 sirop qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Koliks10 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 16,1 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
- 1 yaşa qədər: 0,5-1 çay qaşığı gündə 2-3 dəfə
- 1-5 yaş: 1-2 çay qaşığı gündə 2-3 dəfə
- 5-12 yaş: 1-2 desert qaşığı gündə 3 dəfə
- 12 yaşdan yuxarı, böyüklər: 1-2 xörək qaşığı gündə 3 dəfə
- Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
- Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti:
3 il.
Buraxılış forması:
100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Koliks10 sirop nə üçündür?
Köp əleyhinə dərmandır. Həzm vəzilərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır. Nəticədə meteorizmin qarşısını alır.
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






