Kloderm gk krem haqqında məlumat

Kloderm gk krem- Dermatit və ekzema zamanı, göbələk mənşəli səpkilərdə, dəmrov zamanı, psoriaz zamanı, bakterial xəstəliklər zamanı istifadə olunan preparatdır.

Aug 5, 2024 - 11:25
Sep 2, 2024 - 12:11
 0
Kloderm gk krem haqqında məlumat
Kloderm gk krem

Kloderm gk haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Kloderm gk qiyməti

Kloderm gk krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kloderm gk qiyməti 11 azn - 13 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kloderm qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi 

  • Betamethasone Dipropionate ------0.05%
  • Klotrimazol --------------------------- 1,00%
  • Gentamisin sulfat ---------------------0,1%

Aptekdən buraxılma şərti

Reseptli

Xüsusiyyətləri

Kloderm GK-nın təsir mexanizmi özündə aşağıdakı təsir mexanizmlərini birləşdirir :
Betametazon dipropionatın iltihab əleyhinə təsiri, Gentamisinin antibakterial təsiri və Klotrimazolun göbələk əleyhinə təsiri.

Dipropionat formasında Betametazon güclü təsirli, iltihab əleyhinə, allergiya əleyhinə və qaşınma əleyhinə təsirlərə malik kortikosteroiddir (III təsir sinfi).

Gentamisin antibakterial təsirli aminoqlikozid antibiotikidir. Onun təsiri həssas mikroorqanizmlərin zülallarının sintezini tormozlamasına əsaslanır. Gentamisin bir çox aerob qrammənfi və bəzi qrammüsbət bakteriyalara təsir göstərir.

Klotrimazol dermatofitlərə, maya və kif göbələklərinə qarşı effektivdir. İnvitro analizlər zamanı Klotrimazol Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis göbələklərinə qarşı və Candida cinsli, o cümlədən Candida albicans göbələklərinə qarşı effektiv olmuşdur.

İstifadə qaydası

Kloderm GK nazik təbəqə ilə, zədələnmiş dəri nahiyəsini tam əhatə etməklə gün ərzində 2 dəfə səhər və axşam olmaqla tətbiq olunmalıdır.

Göstərişləri

  • Allergik dermatitlər
  • Mikrob və ya Kandida mənşəli dermatitlər
  • Kontakt dermatitlər
  • Mikrob və Kandida mənşəli bişməcələr
  • Paronixiya (dırnaq yatağı kənarının infeksiyası)
  • Vaginal kandidoz
  • Dərinin irinli zədələnmələri
  • Trixofitiya
  • Ekzema
  • Epidermofitiya
  • Otomikoz Neyrodermit

Kloderm gk nə üçündür?

  1. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  2. Göbələk mənşəli səpkilərdə istifadə olunan dərmanlar
  3. Dəmrov zamanı istifadə olunan dərmanlar
  4. Psoriaz zamanı istifadə olunan dərmanlar
  5. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  6. Göbələk əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow