Doksanol nə üçündür?

Doksanol - Yuxarı tənəffüs yollarının digər xəstəliklərində, digər həzm pozğunluqları zamanı, böyrək və sidik  yollarının  iltihabında, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan preparatdır.

Sep 27, 2024 - 06:50
 0
Doksanol nə üçündür?
Doksanol

Doksanol haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Doksanol qiyməti

Doksanol tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Doksanol qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Doksanol dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Doxycycline

Tərkibi

Təsiredici maddə: hər bir tabletinin tərkibində 115,4 mq Doksisiklin hiklat 100 mq Doksisiklin anhidrata ekvivalentdir.

Köməkçi maddələr: mikrokristallik selluloza, kalsium-fosfat, krospovidon, maqnezium-stearat, qarğıdalı nişastası, natrium nişasta qlikolyatı, talk, natrium lauril sulfat, kolloidal silisium 4-oksid.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antibakterial preparat.

İstifadəsinə göstərişlər

Doksisiklinə həssas olan qrammüsbət və qrammənfi mikrobların törətdiyi infeksiyalar. 

Əks göstərişlər

  • Tetrasiklinlərə və ya preparatın hər hansı inqrediyentinə qarşı yüksək həssaslıq.
  • Ezofagal obstruktiv patologiyalar, o cümlədən sıxılma və axalaziya.
  • Preparatın  hamilə qadınlarda və 7 yaşa olan uşaqlarda istifadəsi əks göstərişdir (“xüsusi xəbərdarlıqlar” bölməsinə baxın).

Ehtiyat tədbirləri

Doksisklinin yüksək dozalarda və iki həftədən artıq tətbiqi qaraciyər patologiyalarına səbəb ola bilər və buna görə bu preparatın təyini müddətində monitorinq aparılmalı, eləcə də qeyri-normal reaksiyalar baş verdiyi halda müalicə dayandırılmalıdır. 

Doksisiklin qəbul edən bəzi fərdlərdə günəş şüalarının və ultrabənövşəyi işıq dalğalarının təsirindən yanıqların əmələ gəlməsi ilə müşayiət olunan fotohəssaslıq əmələ gələ bilər. Xəstələrə söylənilməlidir ki, bu reaksiya tetrasiklin qrupu preparatlarının qəbulu ilə əlaqəli baş verə bilər; onlara məsləhət görülməlidir ki, onlar günəş şüaları ilə şüalanmaqdan uzaq olsunlar və dəridə ilkin əlamət kimi eritema əmələ gələn kimi bu preparatla müalicəni dayandırsınlar. Böyrək funksiyaları dəyişikliyə məruz qalmış xəstələrdə Doksisiklinin ekskresiyası dəyişikliksiz qalır.  Bununla belə bu xəstələrdə məsləhətdir ki, müalicə ehtiyatla aparılsın və lazım gəldikdə doza azaldılaraq tənzimlənsin.

Böyrək çatışmazlığı olan xəstələrdə Doksisiklinin adəti dozalarda təyini qanda miqdarının artmasına və qaraciyərin zədələnməsinin mümkünlüyünə aparıb çıxara bilər. Böyrək funksiyalarının səviyyəsini nəzərə alaraq, dozaların tənzimlənməsi məsləhət görülür və qan testləri (səviyyəsi 15 mq/ml-dən heç vaxt çox olmamalıdır), eləcə də qaraciyərin funksiyalarına görə testlər aparmaq lazımdır. Onu da yadda saxlamaq lazımdır ki, Doksisiklin antianabolik təsir göstərə bilir ki, bu da nəticədə zədələnmiş böyrəyin funksiyalarını bir qədər də pisləşdirə bilər.  

Ezofaqit və ezofaqeal xora (bəziləri çox ağır keçir) hallarının olması haqda məlumatlar verilir.  

Xəstələrə xatırladılmalıdır ki, bu preparatı çoxlu miqdarda su ilə içsinlər, həmçinin qida ilə bir vaxtda qəbul etsinlər, eləcə də qəbul etdikdən sonra azı bir saat şaquli vəziyyətdə olmalıdırlar.  Bu preparat uzanmazdan bilavasitə öncə qəbul edilməməlidir.

Disfagiya və retrosternal ağrı kimi simptomlar baş verdiyi hallarda bu dərmanın qəbulu dərhal dayandırılmalı və xəstə həkim tərəfindən müayinə olunaraq vəziyyəti qiymətləndirilməlidir.  

Ezofaqeal reflüks diaqnozu müəyyənləşdirilmiş xəstələr də alternativ müalicə almalıdırlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aralarında antibakterial aktivliyin qarşıdurması olduğundan, doksisiklin və penisillin preparatları birgə istifadə edilməməlidir.

Tetrasiklinlərin protrombin aktivliyinə mənfi təsiri olduğundan, antikoaqulyant müalicəsində olan xəstələrdə antikoaqulyantların dozalarının tənzimlənməsi tələb oluna bilər.

Alüminium, kalsium, maqnezium, eləcə də süd məhsulları və dəmir duzları kimi antasid tərkibli preparatlar doksisiklinin oral absorbsiyasını zəiflədirlər. Buna görə bu tip dərman preparatlarını Doksisiklinlə yanaşı təyin etmirlər.

Barbituratlar, karbamazepin və fenitoin Doksisiklinin yarımparçalanma dövrünü azaldır.

Tetrasiklinlərlə yanaşı istifadə olunduqda litium, metrotreksat, diqoksin və çovdar mahmızının plazmada konsentrasiyasının artması haqda ədəbiyyatda məlumatlar vardır.   

Doksisiklin və oral kontraseptivlərin birgə istifadəsi sonuncuların təsirinin zəifləməsinə aparıb çıxara bilər.

Xüsusi göstərişlər

Digər antibiotiklərlə baş verdiyi kimi, tetrasiklinlərin də istifadəsi rezistent bakteriya və ya göbələklərin iştirakı ilə superinfeksiyaya səbəb ola bilər. Rezistent stafilokokklar tərəfindən enterokolitin əmələ gəlməsinin mümkünlüyü nəzərə alınmalıdır.  

Qonokokk infeksiyasının müalicəsi zamanı yanaşı mövcud olan sifilis simptomlarının diqqətdən yayınması riski ola bilər: belə hallarda azı 4 aydan bir seroloji analizlərin aparılması məsləhətdir.

Uzunmüddətli müalicə kursları zamanı müntəzəm olaraq qanın formalı elementləri, böyrək və qaraciyər funksiyaları yoxlanmalıdır.  

Doksisiklin sümük toxumasında stabil kalsium kompleksi formalaşdıra bilər, amma indiyə qədər insanlarda bunun təhlükəli effekti vurğulanmır. Tetrasiklin qrupundan olan preparatların dişlərin inkişafı dövründə (hamiləliyin ikinci yarısında, körpələrdə və kiçik yaşlı uşaqlarda) istifadəsi dişlərin piqmentasiyasına (qəhvəyi-sarı) səbəb ola bilər. Bu əlavə təsirlər adətən preparatın uzunmüddətli istifadəsi zamanı baş verir, amma belə hallar qısamüddətli təkrar istifadələr zamanı da müşahidə olunub.  

Doksisiklin sinir-əzələ keçiriciliyini potensial olaraq zəiflədə bildiyindən əzələ zəifliyi olan insanlarda ehtiyatla istifadə edilməlidir. 

Doksisiklin qırmızı qurd eşənəyinin kəskinləşməsinə səbəb ola bilər.

BU PREPARATI UŞAQLARIN ƏLİ ÇATMAYAN VƏ GÖZÜNDƏN UZAQ YERDƏ SAXLAYIN.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə  bu preparatın təyini əks-göstərişdir, çünki Doksisiklin ciftdən keçir və ana südünə nüfuz edir.  

İstifadə qaydası və dozası

  • Müalicənin ilk günündə birdəfəlik dozada iki tablet qəbul edilir və sonra müalicə gündə bir tabletin qəbulu ilə davam etdirilir.
  • Ağır infeksiyalar zamanı həkim təlimatına ciddi əməl edin.
  • Bütün A qrupu beta-hemolitik streptokokk infeksiyaları zamanı müalicə ən azı 10 gün davam etdirilməlidir.  
  • Hər doza bir stəkan  su ilə və yemək zamanı qəbul edilməlidir.
  • Xəstələr uzanmamzdan əvvəl preparatı qəbul etməli və azı bir saat şaquli vəziyyətdə olmalıdırlar (“Xüsusi göstərişlər” bölməsinə baxın).
  • Müalicənin müddəti infeksiyanın inkişafından asılıdır: istənilən halda qızdırma və klinik simptomlar aradan qalxmamış müalicə dayandırılmamalıdır.  
  • Maksimum terapevtik təhlükəsizlik əldə etmək üçün antibioqramın (təyin edilən antibiotikə mikrobların həssaslığının, doksisiklinin təsirinə həssas olmasının müəyyənləşdirilməsi)  təyini məqsədəuyğundur. 

Doza həddinin aşılması

Doza həddinin aşılması halında mədəni yumaq lazımdır. 

Tibbi preparatların istifadəsi zamanı aydınlıq olması üçün məsləhətdir ki, həkiminiz və ya əczaçı ilə əlaqə saxlayasınız.

Əlavə təsirləri

Doksisiklin ilə müalicə zamanı aşağıdakı əlavə təsirlər baş verə bilər:

-  Həzm sistemi: ürəkbulanma, epiqastralgiya, qusma, ishal, iştahanın itməsi, qlossit və digər formalı mukositlər, enterokolit, anogenital nahiyənin kandidozu (mikroskopik göbələklər tərəfindən törədilən infeksiya).

- Disfagiya, ezofagit, ezofageal xoralar (“Ehtiyat tədbirləri” bölməsinə baxın) xüsusən də preparatı qəbul edəndən sonra dərhal üfqi vəziyyət alanlarda və/yaxud kifayət qədər su içməyənlərdə.

- Dəri: makulopapulyar və eritematoz səpgilər.

-  Yüksək həssaslıq reaksiyaları: köpüşük, anafilaktoid purpura, angionevrotik ödem; nadir hallarda Stivens-Conson sindromu olması haqda məlumatlar vardır.

-  Hematoloji dəyişikliklər: çox nadir hallarda hematoloji dəyişikliklər (hemolitik anemiya, neytropeniya, trombositopeniya və eozinofiliya) olması haqda məlumatlar vardır.

 Bu içlik vərəqədə yazılanlara əməl edilməsi əlavə təsir riskinin azalmasına aparıb çıxarır.

Buraxılış forması

100 mq-lıq 10 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

DİQQƏT:

Qutunun üzərində qeyd olunmuş son istifadə tarixi preparatın düzgün saxlanması zamanı qüvvədədir.   

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Farmacologico Milanese Srl, Caronno Pertusella (Va) - Italy.

Sonuncu dəfə İtaliya Səhiyyə Nazirliyi tərəfindən nəzərdən keçirilib: 25/10/11

Marketinq səlahyyətli sahibkar

Laboratorio Farmacologico Milanese Srl, via Monterosso 273, 21042 Caronno Pertusella (Va) - Italy.

Doksanol nə üçündür?

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar
  3. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan dərmanlar
  4. Prostatit zamanı istifadə olunan dərmanlar
  5. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
  6. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  7. Yanıq zamanı istifadə olunan dərmanlar
  8. Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow