Pantoron nə üçündür? istifadə qaydası necədir?
Pantoron - Qastrit zamanı, ezofagit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan preparatdır.

Pantoron haqqında məlumat
- Pantoron qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti.
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Pantoron nə üçündür?
Pantoron qiyməti
Pantoron qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Pantoron qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Pantoron dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
PANTORON 40 mq bağırsaqda həll olan örtüklü tabletlər
PANTORON
Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazola uyğun pantoprazol natrium seskvihidrat vardır
Köməkçi maddələr: susuz natrium karbonat, mannitol 60, polivinilpirrolidin K90 M, krospovidon CL, kalsium stearat, simetikon Q-2587, polisorbat 80, hipromelloza, polivinil spirti, titan dioksid, polietilenqlikol, talk, sarı dəmir oksidi, natrium laurilsulfat, metakril turşusu kopolimer, trietil sitrat, natrium bikabonat.
Təsviri
Açıq-sarı rəngli,enterik örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Proton nasosunun selektiv inhibitoru
ATC kodu: A02BC02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Pantoprazol proton nasosunun selektiv inhibitorudur, mədədə sintez olunan turşunun miqdarını azaldır. Mədə və bağırsaqda turşuluğun pozulması ilə bağlı xəstəliklərin müalicəsi üçün istifadə olunur.
Pantoprazol əvəz edilən benzimidazol hesab edilir, parietal hüceyrələrdə proton nasosuna spesifik təsir göstərməklə mədədə xlorid turşusunun sekresiyasını ləngidir. Parietal hüceyrələrin turş mühitində pantoprazol aktiv formaya – siklik sulfenamidə çevrilir, burada o, H+K+ATF-aza fermentini inaktivləşdirir. Proton nasosunu blokadaya almaqla, pantoprazol mədədə xlorid turşusu sintezinin son mərhələsi səviyyəsində turşu əmələgəlmə prosesinə təsir göstərir. Inhibəedici təsir dozadan asılıdır və xlorid turşusunun bazal və stimuləedici sekresiya səviyyəsinə (qıcıqlandırıcının növündən asılı olmayaraq) təsir göstərir. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi zamanı (H.pylori ilə assosiasiya olunmuş) mədə sekresiyasının belə aşağı düşməsi mikroorqanizmlərin antibiotiklərə həssaslığını artırır. Peroral qəbuldan sonra pantoprazolun antisekretor effekti 1 saatdan sonra baş verir və 2-4 saatdan sonra maksimum səviyyəyə çatır. Mədə-bağırsaq traktının hərəki fəaliyyətinə təsir göstərmir. Preparatın qəbulunun dayandırılmasından 3-4 gün sonra sekretor aktivlik əvvəlki səviyyəsinə çatır. Pantoprazol neytral pH zamanı böyük kimyəvi stabilliyə və digər dərman preparatları ilə kiçik qarşılıqlı təsir potensialına malikdir.
Farmakokinetikası
Pantoprazol bir dəfəyə və ya çoxsaylı peroral qəbuldan sonra mədə-bağırsaq traktında tez bir zamanda sorulur. Biomənimsənilməsi 77% təşkil edir. 40 mq dozada qəbuldan sonra qan plazmasında maksimal konsentrasiya 2,5 saatdan sonra 2-3 µr/ml çatır və çox saylı qəbuldan sonra sabit qalır. Paylanma həcmi – təxminən 0,15 l/s/kq, klirens – 0,1 l/s/kq.
Plazma zülalları ilə birləşməsi – 98%. Pantoprazol tamamilə qaraciyərdə metabolizmə uğrayır. Qan plazmasında və sidikdə təyin edilən əsas metabolit – desmetilpantoprazoldur. Yarımxaricolma dövrü 1,5 saat təşkil edir. Preparatın 80%-i böyrəklər vasitəsilə, qalan 20% fekaliya ilə eliminasiya olunur.
İstifadəsinə göstərişlər
12 yaşdan yuxarı uşqlar və böyüklər
- Qastroezofaqeal reflüks xəstəliyi (QERX:turşuluğun mədədən qida borusuna keçməsi)
Böyüklər
- pylori bakteriyası hesabına baş verən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi olan xəstələrdə iki antibiotik ilə birlikdə (eradikasion terapiya) residivlərin qarşısını almaq məqsədi ilə.
- Peptik xora xəstəliyinin müalicəsi (mədə və 12-barmaq bağırsağın)
- Zollinger-Ellison sindromunun müalicəsi (mədəaltı vəzin şişi-bu zaman mədə turşuluğunun həddən artıq artmasını təmin edən hormonların sintezinin artması baş verir) və mədə turşuluğunun artması ilə müşahidə olunan digər hallar.
Əks göstərişlər
Pantoprazola və ya Pantoronun tərkibindəki digər komponentlərə, həmçinin benzimidazol törəmələrinə (göbələk infeksiyaları zamanı qəbul edilən dərmanlar) qarşı hiperhəssaslıq.
Proton nasosunun digər inhibitorlarına qarşı hiperhəssaslıq.
12 yaşa qədər uşaqlar.
Əgər sizdə ciddi böyrək patologiyaları və qaraciyər çatışmazlığı varsa, Helicobacter pylori-nin müalicəsi zamanı Pantoron istifadə etmək olmaz
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Əgər sizdə qaraciyərlə bağlı ciddi problem varsa və ya əvvəllər qaraciyərlə bağlı problemləriniz olubsa, həkiminizi məlumatlandırın. Xüsusən Pantoron preparatını uzun müddət qəbul edəcəksinizsə, həkim qaraciyər fermentlərini tez-tez yoxlayacaq çünki, qaraciyər fermentlərinin səviyyəsinin artması zamanı Pantoron ilə müalicəni dayandırmaq lazımdır.
- Əgər sizdə qanda vitamin B12 səviyyəsinin aşağı olması müşahidə edilibsə, pantoprazol vitamin B12-nin sorulmasının aşağı düşməsinə səbəb ola bilər.
- Əgər siz atazanavir kimi QİÇS proteaza inhibitorları (QİÇS-infeksiyasının müalicəsi üçün) ilə birlikdə pantoprazol qəbul edirsinizsə həkiminizi bu barədə xüsusi məlumatlandırın.
- Pantoprazol kimi proton nasosunun inhibitorlarının qəbulu, xüsusilə bir ildən artıq müddətdə qəbul olunursa, bud, bilək və ya onurğa nahiyəsində sınıq risklərinin bir qədər artmasına səbəb ola bilər. Əgər sizdə osteoporoz varsa və ya kortikosteroidlər (hansı ki, osteoporoz riskini artırır) qəbul edirsinizsə həkiminizi məlumatlandırın.
- Əgər siz 3 aydan artıq müddət ərzində pantoprazol qəbul edirsinizsə, ola bilər ki qanda maqneziumun miqdarı aşağı düşsün.Maqneziumun miqdarının aşağı düşməsi zamanı halsızlıq,əzələ qıcolmaları,orientasiya pozulmaları,qıcolmalar,başgicələnmə və urəksıxılması kimi hallar baş verə bilər.Əgər bu halların hər hansı birini özünüzdə hiss etsəniz həkiminizi məlumatlandırın.Maqneziumun miqdarı aşağı düşməsi qanda kalium və kalsiumun miqdarınında azalmasına səbəb ola bilər.Həkiminiz maqneziumun miqdarını nəzarətdə saxlamaq üçün mütəmadi olaraq qanda maqneziumun miqdarını yoxlaya bilər.
- Müalicə müddətində spirtli içkilərdən çəkinin.
- Pantoprazolla və ona bənzər mədə turşuluğunu azaldan preparatlarla müalicədən sonra hər hansı bir dəri reaksiyaları müşahidə etmisinizsə
- Xüsusən də səpgilər dərinin günəş şüaları düşən hissəsindədirsə,həkiminizi məlumatlandırın, ola bilərki həkiminiz tərəfindən təcili olaraq pantoprazol ilə müalicə dayandırılsın.Unutmayın ki oynaq ağrıları kimi digər əlamətlər buna aiddir.
- Əgər sizə neyroendokrin şişlərin diaqnostik testlərini yoxlamaq lazım olarsa həkiminizi məlumatlandırın.Pantoron qəbulu bu testlərin nəticələrinə təsir edə bilər.
- PANTORON qəbulu həzm sisteminin yuxarı şöbələrində bəzi bakteriyaların (Salmonella və Campylobacter) miqdarını artıra bilər,yəni infeksiyalaşma riski yarada bilər.
- QSİƏP-lə müalicə zamanı (QSİƏP-lər ağrını azaltmaq məqsədi ilə istifadə olunur) xoranın profilaktikası məqsədi ilə Pantoron istifadə etsəniz belə QSİƏP –ı məhdud şəkildə istifadə edin, çünki həzm sistemində arzuolunmaz hallar baş verə bilər (> 65 yaşlarda, xora xəstəliyi və ya həzm sisteminin yuxarı şöbələrində qanaxma)
Bu əlamətlərdən hər hansı birini müşahidə etdiyiniz halda həkiminizi məlumatlandırın
Diqqətli olun:
- Çəkinin azalması
- Qusma ,xüsusilə tez tez təkrarlanırsa
- Qan qusma;qusma zamanı qan tünd qəhvəyi rəngdə görünə bilər
- Qara və ya qətran şəklildə olan nəcisdə qan gördükdə
- Udmanın çətinləşməsi və ya udma zamanı ağrı
- Siz rəngi avazımış görünürsünüzsə və ya sizdə halsızlıq varsa(Anemiya
- Sinədə ağrı
- Mədədə ağrı
- Şiddətli və ya davamlı diareya
- Hətta bu əlamətlər əvvəllərdə sizdə baş veribsə həkiminizi bu barədə məlumatlandırın.
- Əgər PANTORON-u uzun müddətdir ki (1 ildən çox) qəbul edirsinizsə bu barədə həkiminizi məlumatlandırın. Həkiminiz sizin vəziyyətinizi nəzarətdə saxlamaladır. Hər hansı bir arzuolunmaz hallar baş verərsə həkiminizi məlumatlandırın.
- PANTORON ilə müalicə xərçəng simptomlarını azalda və diaqnozu gecikdirə bilər. Buna görə həkiminiz bədxassəli xəstəliklərin diaqnozu üçün testlərə ehtiyacınız olduğuna qərar verə bilər. Sizin müalicələrinizə baxmayaraq simptomlar davam edərsə, gələcəkdə araşdırma aparılacaq.
Pantoronun bəzi tərkib komponentləri haqda məlumat
- mannitol:
- Bu preparatın hər tabletində 10 q –dan (89,25 mq) az mannit var, ona görə işlədici preparat sayıla bilməz.
- Natrium:
- Bu preparatın hər tabletində 1 mol (23mq) – dan az natrium var, ona görə natrimtərkibli preparat sayıla bilməz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pantoprazolun bəzi dərman vasitələri ilə birlikdə istifadəsi onların effektililiyinə təsir edə bilər, ona görə bu hallarda həkiminizi məlumatlandırın:
- pantoprazol bəzi dərmanların təsirini azalda bilər hansı ki, sorulması pH –n səviyyəsindən asılıdır. Bunlara ketokanazol, itrakonazol, pozakonazol (göbələk infeksiyalarının müalicəsində istifadə olunan preparatlar) və ya erlotinibi (bəzi tip şişlərin müalicəsində istifadə olunur) aid etmək olar.
- Varfarin və fenprokumon kimi qanı durulaşdıran preparatlar. Əlavə yoxlamalara ehtiyac ola
bilər.
- QİÇS-un müalicəsində istifadə olunan preparatlar, məsələn atazanavir.
- Меtotreksat (revmatoid artrit, psoriaz və xərçəngin müalicəsində istifadə olunur) əgər siz metotreksat istifadə edirsinizsə, həkiminiz müvəqqəti olaraq pantoprozolun qəbulunu saxlaya bilər, çünki pantoprazol metotreksatın qanda səviyyəsini qaldıra bilər
- Fluvoksamin (depressiyanın və digər psixi xəstəliklərin müalicəsində istifadə olunur) əgər fluvoksamin istifadə edirsinizsə, həkim dozanı azalda bilər.
- Rifampisin (infeksiyalarn müalicəsi zamanı istifadə olunur).
- dazıotu (Hypericum perforatum) (yüngül depressiyanın müalicəsində istifadə olunur)
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamiləlik zamanı istifadəsi haqda hər hansı bir məlumat yoxdur. Əgər hamiləsinizsə və ya hamilə olma ehtimalınız varsa, həkiminiz o halda sizə pantoprazol təyin edə bilər ki, Sizin sağlamlığınız dölə olan potensial riskdən daha əhəmiyyətli olsun.
Əgər müalicə ərzində bilsəniz ki, hamiləsiniz həkimi məlumatlandırın.
Laktasiya dövrü
İstifadə etməzdən öncə həkiminizi və ya əczacını məlumatlandırın.
Həkiminiz o halda Sizə pantoprazol təyin edə bilər ki, sizin sağlamlığınız südvermədən daha əhəmiyyətli olsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Pantoprazol nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
hər hansı təsir göstərmir.
Əgər başgicəllənmə, görmədə pozulma kimi əlavə təsirlər hiss etsəniz, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən imtina edin.
İstifadə qaydası və dozası
Yeməkdən 1 saat qabaq azmiqdarda su ilə qəbul olunur. Qəbul edərkən tableti çeynəmək və ya bölmək olmaz.
12 yaşdan yuxarı uşqlar və böyüklər
- Qastroezofaqeal reflüks xəstəliyi (QERX: turşuluğun mədədən qida borusuna keçməsi) ilə əlaqəli simptomlar zamanı (məs., qıcqırma və ağrı):
- gündə 1 dəfə 1 tablet. Həkiminiz gündə 2 tablet də təyin edə bilər. Müalicə müddəti 4-8 həftə. Müalicə müddəti həkim tərəfindən uzaldıla bilər.
Böyüklər
- pylori bakteriyası hesabına baş verən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi olan xəstələrə gündə 2 dəfə 1 tablet təyin olunur. Əlavə olaraq iki antibiotik amoksasillin, klaritromisin və metronidazol (və ya tinidazol) təyin olunur. 1- 2 həftə müddətində 1 tablet səhər yeməyindən 1 saat qabaq və axşam yeməyindən 1 saat sonra,.
- Mədənin peptik xora xəstəliyinin müalicəsi zamanı gündə 1 dəfə 1 tablet. Həkiminiz gündə 2 tablet də təyin edə bilər. Müalicə müddəti 4-8 həftədir. Müalicə müddəti həkim tərəfindən uzaldıla bilər. 12-barmaq bağırsağın peptik xora xəstəliyinin müalicəsi zamanı gündə 1 dəfə 1 tablet. Həkiminiz gündə 2 tablet də təyin edə bilər. Müalicə müddəti 2-4 həftə. Müalicə müddəti həkim tərəfindən uzaldıla bilər.
- Zollinger-Ellison sindromunun müalicəsi və mədə turşuluğunun həddən artıq olduğu digər hallar zamanı:
Başlanğıc doza əsasən gündə 2 tablet təşkil edir. Hər tablet yeməkdən qabaq qəbul edilir.
Əgər həkim sutkalıq dozanı 4 tabletə çatdırırsa, onda müalicənin saxlanma müdətini dəqiq təyin etməlidir.
Əgər Pantoronun qəbulunu unutmusunuzsa
Əgər Pantoronu qəbulunu unutmusunuzsa ikiqat doza qəbul etməyin. Növbəti dozanı öz vaxtında qəbul edin.
Əgər Pantoronun qəbulunu dayandırmısınızsa
Həkim sizə Pantoronun qəbulunu nə vaxt dayandırmaq lazım olduğu haqda məlumat verəcəkdir. Qəbulu həkimə məlumat verməmiş dayandırmayın, şünki, əlamətlər yenidən geri dönə bilər
Əlavə təsirləri
Bütün dərman preparatları kimi Pantoron-un da əlavə təsirləri ola bilər. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda
(≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Əgər sizdə aşağıdakı vəziyyətlərdən hər hansı biri müşahidə olunarsa Pantoronun qəbulunu dayandırın, həkiminizi bu barədə məlumatlandırın və yaxınlıqdakı xəstəxanalarının birinə müraciət edin:
- ciddi allergik reaksiyalar (nadir hallarda baş verən): dil və ya boğazda ödem mənşəli şişkinlik, udmanın çətinləşməsi, övrə, tənəffüssün çətinləşməsi, üzdə şişkinlik (angionevrotik ödem və ya Kvinke ödemi), ürək döyüntülərinin artması və güclü tərləmə.
- ciddi dəri reaksiyaları (tezliyi məlum deyil): dəridə qovuqcuqların əmələ gəlməsi, göz, burun, ağız və cinsiyyət orqanlarında (azacıq qansızma ilə müşahidə olunan) eroziya (Stivens-Conson və Layell sindromu, multiformalı eritrema) və işiğa həssaslıq.
- digər ciddi vəziyyətlər (tezliyi məlum deyil): dəri və göz ağının saralması (qaraciyər hüceyrələrində ciddi zədələnmə, sarılıq) və ya qızdırma, böyrəklərdə genişlənmə bəzən beldə ağrı ilə müşahidə olunan sidiksaxlama problemi (böyrəklərin iltihabı), böyrək çatışmazlığı
Bunlar çox ciddi əlavə təsirlərdir. Əgər bunlardan hər hansı biri sisdə müşahidə olunursa sizin Pantorona qarşı ciddi allergiyanız var. Bu zaman təcili tibbi yardıma və stasionar şəraitdə müalicəyə ehtiyacınız ola bilər.
Aşağıdakı əlamətlərdən hər hansı birini müşahidə etsəniz həkiminizi məlumatlandırın
- Çox tez tez (≥ 1/10):
Mədənin xoş xassəli polipi
- Bəzən (≥ 1/1000 – < 1/100):
başağrısı, başgicəllənmə, ishal, ürəkbulanma, qusma, köp və meteorizm, qəbizlik, ağızda quruluq, mədədə ağrı, dəri səpgiləri, ekzantema, qaşınma, süstlük, yorğunluq, yuxu pozğunluğu. Bel, bilək və onurğada sınıqlar.
- Nadir hallarda (≥ 1/10000 – < 1/1000):
Dadbilmənin təhrif olunması və ya itməsi; yaddaş zəifləməsi və tutqunlaşması; övrə; oynaqlarda ağrı; əzələ ağrısı; çəkinin dəyişilməsi; bədən tempraturunun artması; yüksək temperatur; periferik ödemlər; allergik reaksiyalar; depressiya; kişilərdə süd vəzilərinin böyüməsi.
- Çox nadir hallarda (< 1/10000):
Orientasiya pozulmaları
- Məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil):
qarabasmalar, şuurun tutqunlaşması (xüsusi ilə anamnezində bu xəstəlik olan şəxslərdə) qanda natrimun səviyyəsinin aşağı düşməsi (hiponatriemiya), qanda maqneziumun səviyyəsinin aşağı düşməsi (bax: “Əks göstərişlər”), səpgilər, oynaqlarda ağrı.
Əlavə təsirlər qan testlərinin köməyi ilə də təyin edilə bilər:
- Bəzən (≥ 1/1000 – < 1/100):
Qaraciyər fermentlərinin göstəricilərində artma.
- Nadir hallarda (≥ 1/10000 – < 1/1000):
bilirubinin miqdarının artması, xoleterinin səviyyəsinin artması, yüksək temperatur hesabına qanda leykositlərin azalması
- Çox nadir hallarda (< 1/10000):
Qanda trombositlərin miqdarının azalması hesabına qanaxma riski, qanda eritrositlərin və leykositlərin anormal azalması infeksiyanın böyüməsinə səbəb ola bilər.
İçlik vərəqəsində göstərilməyən hər hansı bir əlavə təsirlə qarşılaşdıqda həkimi və ya əczaçınızı məlumatlandırın
Əgər Pantoronun effektinin çox zəif və ya çox güclü olduğunu hiss etsəniz həkiminizi məlumatlandırın.
Doza həddinin aşılması
Əgər Pantoronu dozadan artıq qəbul etmisinizsə həkiminizi məlumatlandırın.
Buraxılış forması
7 tablet, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda , işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərman vasitələrini məişət tullantılarının və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarını atmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə görülür.
Yararlılıq müddəti.
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
DEVA Holding A.Ş.
Çerkezköy Organize Sanayi Bölgesi.
Karaağaç Mah, Atatürk Cad. No: 32.
Kapaklı – TEKIRDAĞ/TURKEY.
Ünvan
DEVA Holding A.Ş.
Çerkezköy Organize Sanayi Bölgesi.
Karaağaç Mah, Atatürk Cad. No: 32.
Kapaklı – TEKIRDAĞ/TURKEY.
Pantoron nə üçündür?
- Qastrit zamanı istifadə olunan dərmanlar
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






