Unibet şam nə üçündür? istifadə qaydası necədir?

Unibet şam - Babasil zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı istifadə olunan preparatdır.

Nov 13, 2024 - 14:07
 0
Unibet şam nə üçündür? istifadə qaydası necədir?
Unibet şam

Unibet şam haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Unibet şam qiyməti

Unibet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Unibet şam qiyməti 31 azn - 34 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Unibet şam qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Xlorheksidin hidroxlorid (Chlorhexidine hydrochloride) ………5 mq
  • Natrium hialuronat (Sodium hyaluronate) ……………………....5 mq
  • Bromelain (Bromelainum) ……..…………………………….…6 mkq
  • Sink oksid (Zinc oxide) …………………………………… …...20 mq
  • Aloe ekstraktı ( Aloe vera) ………………………………….......30 mq
  • Çobanyastığı ekstraktı (Chamomile) ……………………….…...20 mq

Farmakoloji xüsusiyyətləri:

UNİBET şamları uşaqlıq yolunun sağlamlığını, nəmliyini, təmizliyini saxlamaq üçün nəzərdə tutulan  tibbi vasitədir. Antibakterial, antiprotozoy, iltihab əleyhinə, reparativ təsirlərə malikdir.

Xlorheksidin hidroxlorid - bir çox Qramm- Qramm + bakteriyalara, birhüceyrəlilərə, dermatofitlərə, maya göbələklərinə, həmçinin herpes virusuna qarşı aktiv olan antiseptik maddədir. Xüsusən xlorheksidinin təsirinə Trichomonas vaginalis, Gardnerella vaginalis, Escherichia coli, Treponema pallidum, Ureaplasma spp., Chlamidia spp., Staphylococcus spp., Streptococcus spp., Bacteroides fragilis, Neisseria gonorrhoeae ştamları daha həssasdır. Xlorheksidin intravaginal istifadə zamanı demək olar ki, sorulmur ancaq yerli təsir göstərir.

Natrium hialuronat- hialuron turşusunun natrium duzudur, hüceyrəarası matriksin əsas komponenti olaraq hüceyrələrin miqrasiyası, bölünməsi, differensiasiyası üçün fizioloji mühit və normal hüceyrə və toxuma homeostaz üçün optimal şərait yaratmağa kömək edir. Fibroblastların angiogenes və sintetik aktivliyə kollagen və elastinin hüceyrədənkənar sintez mərhələsində iştirak etməyə və endogen hialuron turşusunun yaranmasına şərait yaratmağa kömək edir. Toxumaların regenerasiyasını və zədələrin reparasiyasını (plastik funksiya) yaxşılaşdırır. Uşaqlıq yolunun turqorunu yaxşılaşdırır, dəri və epidermis üçün su deposu yaradaraq onların elastikliyinin artmasına kömək edir. Dərinin səthində bakterisid faktorların aktivləşməşində, bakteriyaların, virusların yayılmasının qarşısının alınmasında iştirak edir.

Hialuron turşusu çapıq toxumaların əmələ gəlməsinin qarşısını alır, deffektin yeni yaranmış toxuma ilə barabər dolmasına kömək edir.

Bromelain hüceyrəarası strukturların depolimerləşməsi və damar keçiriciliyinin azalması nəticəsində toxuma bərpa proseslərinin sürətləndirilməsində iştirak edir. Bromelain araxidon turşusunun metabolizmasını dəyişir (eksudatda prostaqlandin Evə tromboksan Bsəviyyəsinin azalması) iltihabın və laxtalanmanın azalmasında iştirak edir.

Sink yerli olaraq iltihab və qıcıqlanmanın, eksudativ proseslərin azalmasına kömək edir, qıcıqlandırıcı amillərin təsirindən dəridə və selikli qişada qoruyucu örtük əmələ gətirir.

Aloe ekstraktı mükəmməl nəmləndirici və bakterisid xüsusiyyətlərə malikdir ki, bu da onu qadın reproduktiv sistemi problemləri üçün təsirli edir. Ginekologiyada aloe vulvit, vulvovaginit, servisit, uşaqlıq boynu eroziyasının kompleks müalicəsində fəal şəkildə istifadə olunur. Aloe uşaqlıq yolunun narahatlığını aradan qaldırır: quruluq, qaşınma, qıcıqlanma, iltihabı. Uşaqlıq yolunu yumşaldır, sağlam bakterial floranı və hormonal pozğunluqlar zamanı təbii yağlanmanın olmamasını bərpa edir.

Çobanyastığı ekstraktı - tərkibində efir yağları: levomenol, bisabolol oksid A, B, xamazulen, spatulenol; flavonoidlər - flavon qlikozidləri, kversetin, herniarin, hidroksikumarinlər daxil olmaqla iltihabın və ağrının azalmasına kömək edir. Xamazulen və efir yağları antioksidant olub, onkoloji xəstəliklər əleyhinədir. Toxuma regenerasiyası proseslərini yaxşılaşdırır, eroziyalara müsbət təsir göstərir. Ayrıca dezodoraedici və qaşınma əleyhinə effektə malikdir.

 

İstifadəsinə göstərişlər:

  • Çox miqdarda ifrazat ilə müşahidə olunan vaginal infeksiyalar (göbələk, bakteriya, ibtidai) zamanı
  • Bakterial vaginoz, kolpit, servisit
  • Uşaqlıq yolunun və boynunun eroziyası zamanı
  • Antibiotik və hormonal kontraseptivlərin istifadəsi fonunda
  • Menopauza dövrü. Dərman müalicəsi zamanı və aybaşıdan sonra vaginal floranı bərpa etmək məqsədilə
  • Hamiləlik zamanı vaginal infeksiyaların müalicəsi və profilaktikası
  • Uşaqlıq yolunun quruluğu, qıcıqlanması zamanı
  • Xoşagəlməz qoxu törədən ifrazatı xaric etmək məqsədilə
  • Dəliklər (sviş)
  • Uşaqlıq yolunun travması zamanı
  • Babasil, Sfinkterit, Düz bağırsaq eroziyası
  • Proktit, Anus çatları

Əks göstərişlər:

Tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozalanması:

Gündə 1 dəfə uşaqlıq yoluna və ya düz bağırsağa istifadə olunur.

Buraxılış forması:

N 10 şam  içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.

İstehsalçı:  

“VERTEKS” Ukrayna

Unibet şam nə üçündür?

  1. Babasil zamanı istifadə olunan dərmanlar
  2. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  3. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow