Canan Karatay Dubay şokoladından DANIŞDI: Yesinlər, xərçəngə tutulsunlar...

Nov 13, 2024 - 16:39
 0
Canan Karatay Dubay şokoladından DANIŞDI: Yesinlər, xərçəngə tutulsunlar...
Canan Karatay Dubay şokoladından DANIŞDI: Yesinlər, xərçəngə tutulsunlar...

Prof. Dr. Canan Karatay son vaxtlar məşhurlaşan Dubay şokoladı ilə bağlı danışıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fabrikdən çıxan hər şeyin zəhər olduğunu vurğulayan Karatay məşhur şokoladı "şirkətlərin istehsal etdiyi zəhər" kimi şərh edib:

"Şirkətlərin istehsal etdiyi zəhərdir. Yesinlər, bədənlərində turşu düzəltsinlər, xəstələnsinlər, xərçəngə tutulsunlar. Sonra  "anam da xərçəngdir, onsuz da mən də olacağam' deyib gözləsinlər" .

Dubay şokoladı satılan mağazaların qarşısında insanların uzun növbələr yaratdığı səhnələrdən danışan Karatay:

"İnsanlar zəhərlənməyə tələsmir, ağlını süni zəkaya buraxıb. Hazır olan hər şey zəhərdir. Zavoddan çıxan hər şey indi bu dünyada zəhərdir. Bunu qəbul etmək lazımdır".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow