Normafol dərman haqqında məlumat

Normafol - İmmunçatışmazlığı zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, dölün hipoksiyası zamanı istifadə olunan preparatdır.

Sep 22, 2024 - 08:10
 0
Normafol dərman haqqında məlumat
Normafol

Normafol haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Normafol qiyməti

Normafol dərman qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Normafol  qiyməti 22 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Normafol tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Norma Fol

Tərkibi:

Fol turşusu 400 mkq.

 

Farmakoloji təsiri:

Fol turşusu suda həll olan B qrupu vitaminidir. Immun və qanyaranma sisteminin funksiyalarında mühüm rol oynayır. Eritropoezi stimulə edir, megaloblastların tam yetişməsini və normoblastların əmələ gəlməsini təmin edir. Fol turşusu çatışmazlığı böyüklərdə meqaloblastik  anemiyaya səbəb olur, hamilələrdə isə sinir borusu qüsurlarının inkişaf riskini artırır. Hamiləliyə hazırlıq dövründə və mayalanmanın ilk həftələrində fol turşusu qadınlarda vacib rol oynayır. Fol turşusu, həmçinin həzm prosesini tənzimləyir; sinir sistemini gücləndirərək gözəl əhval-ruhiyyə yaradır. Fol turşusu həm də doğuşdan sonrakı depressiyanı aradan qaldırmaq üçün əvəzolunmazdır.

 

Göstərişləri:

  • Hamiləliyə hazırlıq dövrü;
  • Hamiləlik və laktasiya dövründə fol turşusu və yodun defisitinin müalicə və profilaktikası;
  • Sinir sisteminin, ətrafların, ürəyin bətndaxili inkişaf anomaliyalarının profilaktikası;
  • Yeniyetmələrdə inkişaf və yetkinləşmə pozulmalarının profilaktikası;
  • Xronik yorğunluq, yaddaş pozulması vəziyyətləri;
  • Periferik nevropatiyalar;
  • Yod defisitli zobun terapevtik müalicəsindən sonra residivlərin profilaktikası.

 

Əks göstərişlər:

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, hipertireoz.

 

İstifadə qaydası və dozası:

Pregnio Fol preparatı gündə 1 həb yemək zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir.
Müalicə kursu həkimin təyinatı ilə.

 

Buraxılış forması:

Tablet N30

 

İstehsalçı:

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Normafol nə üçündür?

  1. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
  2. Vitamin və mineral çatışmamazlığı
  3. Anemiya zamanı istifadə olunan dərmanlar
  4. Dölün hipoksiyası zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow