Max ultralac (Maks ultralak) istifadə qaydası necədir?

Max ultralac (Maks ultralak) bağırsaq mikroflorasının hazır ştammları olduğu üçün pozulmuş mikrofloranı sürətlə normallaşdırır.

Nov 21, 2024 - 15:54
 0
Max ultralac (Maks ultralak) istifadə qaydası necədir?
Max ultralac (Maks ultralak)

Maks ultralak haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Maks ultralak qiyməti

Maks ultralak qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Max ultralac qiyməti 10 azn - 13 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Max ultralac qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Mac ultralac nədir?

MAX ULTRALAC, tərkibində 10 seçilmiş ştammın 5 milyard canlı bakteriya, inulin və akasiyadan alınan Fibregum ™ adlı həllolunan liflərdən ibarət olan bioloji fəallığa malik qida əlavəsidir. 
MAX ULTRALAC aşağıdakı təsirlərə malikdir: bağırsaq mikroflorasının hazır ştammları olduğu üçün pozulmuş mikrofloranı sürətlə normallaşdırır; müxtəlif etiologiyalı (antibiotik, infeksiya, şüalanma, stress, səyahət və s.) disbakterioz, disbioz, kəskin və xroniki bağırsaq pozulmaları (infeksion, diarreya, qəbizlik) zamanı effektivdir; bağırsaq motorikasını normallaşdırır; bütün mədə-bağırsaq traktı boyu həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdırır. Fibregum TM - akasiyadan alınan həllolunan liflər  və inulin prebiotik təsir göstərirlər.

Tərkibi

Aktiv inqrediyentlər: 1 kapsulun tərkibində**:
Liofilizə olunmuş bakteriyalar (10 ştamm)

5 mlrd bakteriya 

(5 x 10⁹ KƏGV*)

Lactobacillus acidophilus 1,0 x10⁹ KƏGV
Lactobacillus casei  1,0 x10⁹ KƏGV
Lactobacillus rhamnosus  0,75 x10⁹ KƏGV
Lactobacillus plantarum  0,5 x10⁹ KƏGV
Lactobacillus helveticus  0,25 x10⁹ KƏGV
Lactococcus lactis 0,25 x10⁹ KƏGV
Bifidobacterium breve   0,5 x10⁹ KƏGV
Bifidobacterium bifidum  0,25 x10⁹ KƏGV
Bifidobacterium longum  0,25 x10⁹ KƏGV
Streptococcus thermophilus.  0,25 x10⁹ KƏGV
Fibregum TM - akasiyadan alınan həllolunan liflər 40 mq
İnulin 40 mq

KƏGV - koloniya əmələ gətirən vahidlər 
*  süddən alınan bakteriyalar 
** istehsal zamanı bakteriya miqdarı

İstifadə qaydası

1 kapsul gündə 1 dəfə

İstehsalçı ölkə

Polşa

Maks ultralak nə üçündür?

Disbakterioz zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow