Atigen gel nə üçündür? istifadə qaydası necədir?

Atigen gel - Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı preparatdır.

Nov 24, 2024 - 17:08
 0
Atigen gel nə üçündür? istifadə qaydası necədir?
Atigen gel

Atigen gel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Atigen gel qiyməti

Atigen məlhəm qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Atigen gel qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Atigen qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

ATİGEN Jel 100ml
Xaricə istifadə üçün məlhəm

Tərkibi:

Aktiv maddələr: Metilsulfanilmetan, Qlükozamin sulfat, Xondroitin Sulfat, Petrolatum, Nanə yağı, Evkalipt yarpağlarının yağı, Adi razyana yağı.
Köməkçi maddələr: Su, Arı mumu, Qliseril stearat, Setearil spirti (Ceteareth-12,Ceteareth-20), Lanolin, Metil Hidroksibenzoat, Portağal qabığı yağı, Propil Hidroksibenzoat.

Xüsusiyyətləri

ATİGEN məlhəm bir neçə təsirə malikdir: osteoartrozun və osteoxondrozun inkişafını ləngidir; ağrıkəsici təsir göstərir; iltihabəleyhinə təsirə malikdir; oynaq qığırdağının bərpasını stimullaşdırır; oynaqların hərəkətliliyini yaxşılaşdırır; oynaqların şişkinliyini azaldır.
Gelin komponentlərinin optimal uyğunluğu sayəsində ağrıkəsici və iltihabəleyhinə təsirlərin qarşılıqlı güclənməsi qeyd olunur. ATİGEN preparatının tətbiqi qəbul edilən qeyri-steroid iltihabəleyhinə preparatların dozasını azaltmağa imkan yaradır. ATİGEN-in tərkibində aktiv komponentlər qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır; qığırdaq toxumasını dağıdan fermentlərin aktivliyini azaldır; qığırdaq toxumasının degenerasiya (dağılma) proseslərini dayandırır; qlükozaminoqlikanların sintezini stimullaşdırır; birləşdirici toxumanın kollapsına mane olur. Bu, zədələnmiş oynaqlarda ağrının azalmasına və onların hərəkətliliyinin artmasına səbəb olur.

Göstərişləri:

• Oynaq,əzələ və boyun ağrıları;
• Oynaq və qığırdaq toxumasının degenerativ-distrofik xəstəlikləri: osteoartroz, osteoxondroz, artrit;
• Lyumbaqo,miozit,fərqli növ revmatik ağrılar;
• Sınıq, dartılma, burxulma, çıxıqlar və digər qapalı travmalardan sonrakı bərpa dövründə.

Dozalanması və istifadə qaydası:

Gərəkli nahiyəyə gündə bir neçə dəfə dairəvi hərəkətlərlə sürtülür. Arzu edilən nəticəni almaq üçün gündə 2-3 dəfə istifadə olunması tövsiyə olunur.

Əks göstərişləri:

Tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq. Preparatın çəkildiyi yerdə dəri səthinin zədələnməsi.

Xəbərdarlıq:

Yalnız xaricə istifadə olunur
Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır
Gözlə təmasda olmamalıdır
Açıq yara nahiyəsinə istifadə etmək olmaz

Buraxılış forması:

Atigen Jel, həcmi 100 ml olan tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Atigen gel nə üçündür?

Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow