Videmaks (Videmax) tablet nə üçündür?

Videmaks tablet görmə zəifliyi zamanı, metabolik pozulmalar zamanı, vitamin və mineral çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Oct 12, 2024 - 16:07
Oct 12, 2024 - 16:06
 0
Videmaks (Videmax) tablet nə üçündür?
Videmaks (Videmax) tablet

Videmaks (Videomax) haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Videmaks qiyməti

Videmaks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Videmaks qiyməti 31 azn - 33 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Videmax tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Qaragilə meyvəsinin q.e. 100 mq
(Billberry fruit d.e. (Vaccinium myrtillus))
Zeaksantin (Zeaxanthine) 3 mq
Vitamin C (Ascorbic acid) 50 mq
Lütein (Lutein) 10 mq
Vitamin E (DL-alpha tocopheryl acetate) 12 mq
Vitamin B3 (Nicotinamide) 16 mq
Vitamin A (Retinol acetate) 1 mq
Vitamin B5 (Pantothenic acid) 6 mq
Vitamin B12 (Cyanocobalamin) 2.5 mkq
Vitamin B6 (Pyridoxine HCl) 1.4 mq
Vitamin B1 (Tiamin HCl) 1.2 mq
Vitamin B2 (Riboflavin) 1.4 mq
Fol turşusu (Folic acid) 0.25 mq
Biotin (Biotin) 0.1 mq
Sink (Zinc) 7.5 mq
Selen (Selenium) 55 mkq
Mis (Copper) 1 mq
Köməkçi maddələr: jelatin, maltodekstrin, silisium dioksid, maqnezium stearat.

İstifadə sahəsi və əsas göstərişləri

Gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.

Xüsusiyyətləri

Qaragilə – Qaragilə mühüm bioloji aktiv maddələrin təbii mənbəyidir. Onun üzvi turşuları və pektinləri orqanizmdən maddələr mübadiləsi məhsullarının və yad maddələrin çıxarılmasına səbəb olur. Qaragilənin tərkibinə daxil olan antioksidant xassəli aktiv maddələr gözün torlu qişasına sərbəst radikalların zərərli təsirini azaldır, torlu qişa hüceyrələrinə oksigen və qida maddələrinin daxil olmasını yaxşılaşdırır, torlu qişada işığa həssas hüceyrələrin yenilənməsini sürətləndirir, torlu qişa toxumasının regenerasiyasını sürətləndirir, göz qapağı selikli qişasının infeksion, virus və allergiya mənşəli iltihabı (konyuktivit) zamanı müalicə kompleksində tətbiq olunur, həmçinin gözdaxili təzyiqin yüksəlməsində, katarakta və qlaukomanın ilkin mərhələlərində effektivdir, belə xəstəliklərin vaxtında qabağının alınmasına kömək edir.  Hələ qədim zamanlardan qaragilə meyvəsi görmə qabiliyyətinə əlverişli təsir edən, onu artıran, görmə sahəsini böyüdən, göz yorğunluğunu azaldan, əvəzolunmaz bir vasitə kimi məşhurdur.
Zeaksantin və lütein gözün torlu qişasına daxil olan pigmentlərdir. Əsas funksiyası görmə orqanlarına zədələyici təsir göstərən göy-bənövşəyi şüaları udur, həmçinin göz toxumalarını sərbəst radikalların təsirindən qoruyur. İnsan orqanizmi bu maddələri sintez etmək qabiliyyətinə malik deyil, yalnız kənardan qida vasitəsilə qəbul olunmalıdır. Orqanizmdə lüteinin yaş keçdikcə azalması makulyar distrofiyaya səbəb olur. Əsas təsirləri: süni göy işığın və ultrabənövşəyi şüaların 40% tutaraq gözə düşməsinin qarşısını alır, göz damarlarının divarını möhkəmləndirir, qaranlıqda görməni yaxşılaşdırır, sərbəst radikalları blokada edir, göz toxumalarının regenerasiyasını yaxşılaşdırır.
Vitamin A – torlu qişa piqmentinin tərkib hissəsi olduğundan göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı “gecə korluğu” kimi xəstəliyə səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində bu vitaminin qəbulu mütləqdir.
C vitamini – Əzələlərin, o cümlədən, göz əzələlərinin, tonusunu saxlayır, damarları möhkəmləndirir. Bu vitaminin çatışmazlığı gözlərin yorğunluğuna, gözlərdə qansızmalara səbəb olur.
B qrupu vitaminləri – sinir toxumasının normal fəaliyyətini təmin edir, göz yorğunluğunu azaldır, gözlərdə qan dövranını və oksigenin çatdırılmasını yaxşılaşdırır. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.

İstifadəsinə göstərişlər

  • Oxuma, kontakt linzalardan istifadə və kompyuterdən istifadə zamanı baş verən göz yorğunluğu və göz ağrıları zamanı
  • Yaxındangörmənin kompleks müalicəsində
  • Diabetik retinopatiya
  • Gözün torlu qişasının mərkəzi və periferik distrofiyası
  • Gözlərdə aparılan cərrahi əməliyyatdan sonra bərpa dövründə
  • Gözün qaranlığa adaptasiya qabiliyyətinin zəifləməsi zamanı

İstifadə qaydası və dozası

14 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Digər hallarda həkimlə məsləhətləşin.

Xüsusi göstərişləri

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Əks göstərişləri

Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, 14 yaşa qədər uşaqlar.

Əlavə təsirləri

Allergik reaksiyalar.

Buraxılış forması

Kapsul.

Qablaşdırma forması

№30 (2×15) blisterdə, karton qutu qablaşmada.

Yararlılıq müddəti

2.5 il.

Saxlanma şəraiti

Quru, 25ºC temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Məhsulun və malın əmtəə nişanı

«Novator Pharma» Office 21. Shepherd Market, London W1I7JY, – Böyük Britaniya.

İstehsalçı

PRİMEA LİMİTED, İngiltərə.

Videmaks nə üçündür?

  1. Görmə zəifliyi zamanı istifadə olunan dərmanlar
  2. Vitamin və mineral çatışmamazlığı
  3. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow