Liverkaps istifadə qaydası necədir?
Liverkaps - Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Liverkaps haqqında məlumat
Liverkaps qiyməti
Liverkaps tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Liverkaps qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Liverkaps dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Hepatoprotektor, xolekinetik, antioksidant
Tərkibi:
Hər 1 tabletdə:
Artichoke Leaf Extract (Ənginar Yarpağı Ekstraktı).............200 mg
L- Ornithine (L- Ornitin)............................................................160 mg
Milk Thistle Seed Extract (Südlü Qanqaı Toxumunun Ekstraktı)...................................50 mg
Glutathione...............................................................................................................................10 mg
Alpha Lipoic acid.....................................................................................................................5 mg
Xüsusiyyətləri:
Preparatın təsiri tərkibindəki komponentləri farmakoloji təsirləri ilə izah olunur.
Artichoke Leaf öd qovucu, hepatoprotektiv və sidik qovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Hepatositlərdə koenzimlərin sintezini aktivləşdirir ki, bununda nəticəsində lipid və xolesterin mübadiləsi yaxşılaşır. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Orqanizmin toksinlərdən, azot birləşmələrndən və ağər metal duzlarından təzirlənməsini təmin edir.
L-Ornithine hepatoprotektor, dezintoksikant, hipoazometik, hipoammoniemik təsirlərə malikdir. Ammonyakın qan plazmasında konsentrasiyasını azaldır, orqanizmdə turşu-qələvi balansının normallaşmasını təmin edir. İnsulinin və somatotropin hormonunun sintezini aktivləşdirir. Qaraciyərin dezintoksikasion funksiyasının gücləndirir. Hepatositlərdə enerji təminatı proseslərinə müsbət təsir göstərir.
Milk Thistle Seed regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi hepatositlərdə müxtəlif həyatı vacib zülalların və fosfoliplərin sintezini sürətləndirilməsi ilə əlaqədardır. Silimarın güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərdən müdafiə edir. Qlutation ehtiyyatının artırmaqla qaraciyərin dezintoksikant funksiyasının gücləndirir. Alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır. Güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə zamanı asetaldehidin yaranmasının qarşısını alır. Güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərinin normallaşdırır.
Glutathion orqanizmdə ən güclü antioksidant olub, bir çox həyatı vacib reaksiyaların baş verməsində bilavasitə iştirak edir. Oksidləşmənin qarşısını almaqla, hüceyrələrin sərbəst radikalların təsiri nəticəsində zədələnməsinin qarşısını alır. Glutathion yalnız sərbəst radikalları deyil, eyni zamanda toksiki maddələrində neytrallaşdırmaqla, detoksikator və hepatoprotektor funksiyalarını da yerinə yetirir.
Alpha Lipoic acid piroüzüm turşusu alfa-ketoturşularının oksidləşmə fosforlaşma reaksiyalarında koferment funksiyasını yerinə yetirir. Endogen antioksidant sayılır, hüceyrələri maddələr mübadiləsi zamanı yaranan sərbəst radikalların toksiki təsirindən qoruyur. Həmçinin orqanizmdə keçən ekzogen toksiki birləşmələri zərərləşdirir. Endogen antioksidant qlütationun konsertrasiyasını artırmaqla, polineyropitalarının nəzərə çarpan simptomplarının azalmasına gətirib çıxarır. Hepatoprotektiv, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsir göstərir, utilizasiyası artır.
İstifadə üçün göstərişlər:
Qaraciyərin müxtəlif mənşəli zədələnmələri (virus, toksik, qarışıq mənşəli)
Qaraciyərin piy distrofiyası, Hepatosteatoz
Xolesistit, Öd yollarının diskineziyası
Müxtəlif helminotozların kompleks müalicəsində
Qaraciyər serrozu, qaraciyər ensefalopatiyası
Müxtəlif hepatotoksik preparatların qaraciyərə təsirir profilaktikası
Meteorizm, Dispepsiya
Əks göstərişlər:
Hiperhəssaslıq. Öd daşı xəstəliyi.
Əlavə təsirlər:
Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.
İstifadə qaydası və dozası:
12 yaşdan yuxarı yeniyetmələr və böyüklər - 1 tabletdən gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul olunur. Digər hallarda dozalar həkim tərəfindən dəyişdirilə bilər.
Buraxılış forması:
LİVERKAPS tablet N30
İstehsalçı və ünvan:
Smart Pharma Sağlık Ürünleri San ve Tic. Ltd. Şti
Liverkaps nə üçündür?
Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






