Enzimaks (Enzimax) tabıet haqqında məlumat

Enzimaks (Enzimax) - Digər həzm pozğunluqları zamanı, ferment çatışmamazlığı zamanı, mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Nov 24, 2024 - 17:36
 0
Enzimaks (Enzimax) tabıet haqqında məlumat
Enzimaks (Enzimax)

Enzimaks haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Enzimaks qiyməti

Enzimax qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Enzimaks qiyməti 25 azn - 28 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Enzimax kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Təsiredici maddələr (Hər 1 kapsulda miqdarı göstərilməklə):
Amylase..............................................................................................30mg
Betain HCL..........................................................................................50mg
Protease..............................................................................................20mg
Lypase.................................................................................................20mg
Bromelain.............................................................................................25mg
Papain................................................................................................. 25 mg
Cellulase..............................................................................................15 mg

Xüsusiyyətləri:

ENZIMAX kombinəşəkili preparat olub mədə-bağırsaq həzmini yaxşılaşdırır, bağırsaqlardan qidalı maddələrin sorulmasını asanlaşdırır bağırsaqdaxili qazların fizioloji miqdarını, qıcqırma-çürümə proseslərini tənzimləyərək köpün qarşısını alır. ENZIMAX xüsusi fermentlərlə zəngin olduğu üçün bitki qidasının və süd məhsullarının mənimsənilməsində əhəmiyyətlidir. Tərkibindəki həm bitki, həm heyvani mənşəli fermentlər (amilaza, lipaza, proteaza) qəbul olunan zülal, yağ, karbohidrat qidasının tam həzmini təmin edərək uzun və qısamüddətli həzm pozulmasının əlamətlərini , mədəaltı vəzinin funksional zəifliyini aradan qaldırır. Papain və bromelain isə mədə- bağırsağı, qaraciyəri toksiki maddələrdən təmizləyir, həm də selikli qişaya iltihabəleyhi təsir göstərir.
Tərkibindəki Papain bitki mənşəli proteolitik fermentdir – zülalların və qlüko-proteidlərin həzmində iştirak edir.
Bromelain bitki mənşəli (ananas şirəsindən əldə edilib) proteolitik enzim olub zülalların parçalanmasında iştirak edir. Geniş Ph diapazonuna malikdir (tripsindən fərqli olaraq). Şərti patogen mikrofloranin artıb çoxal-masının qarşısını alır.
Sellülaza sellülozanın; laktaza süd məhsullarının tərkibindəki laktozanin qlükoza və qalaktozaya qədər parçalayıb mənimsənilməsini yaxşılaşdırır.

İstifadə qaydası və əsas göstərişlər: 

Həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə
olunan BFMQƏ.
-Öd-qaraciyər və mədəaltı vəzi funksiyasının çatışmazlığı
-Mədə-bağırsaq motorikasının pozulması
-Xroniki qastrit
-Enterokolit
-Müxtəlif helminztozlar
-Maldigestiya (qida maddələrinin həzminin pozulması)
-Dispepsiya
-Meteorizm
-Bağırsaq infeksiyası (kompleks müalicə)

İstifadə qaydaları və doza:

Böyüklərə 1 kapsul gündə 3 dəfə.
ENZIMAX yeməkdən əvvəl qəbul edilir.

Əks göstərişləri:

Məhsulun tərkibində olan hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması:

Kapsul. Hər blisterdə 15 kapsul olmaqla, 2 blister içlik vərəqi ilə birgə karton qutuya qablaşdırılır.

Yararlılıq müddəti:

3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti:

25º C temperaturda işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

İstehsalçı:

Smart Pharma Sağlık Ürünleri San. ve Tic. Ltd. Şti. Türkiyə

Enzimaks nə üçündür?

  1. Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
  2. Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  3. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow