Nomisin (Nomicin) nə üçündür? tərkibi və qiyməti
Nomisin (Nomicin) - Travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, baş, diş və qulaq ağrılarında, daxili orqanlarda ağrılar zamanı, menstrual ağrılar zamanı istifadə olunan preparatdır.

Nomisin 100 mq haqqında məlumat
Nomisin qiyməti
Nomisin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nomisin qiyməti 10 azn - 12 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nomicin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ:
1 saşenin tərkibinə 100 mq nimesulid daxildir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası: Nimesulid sulfonilamid sinfindən olan qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP). İltihabəleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Nimesulid prostaqlandinlərin sintezində iştirak edən siklooksigenaza-2 fermentini inhibə edir.
Farmakokinetikası: Preparat daxilə qəbul edildikdən sonra MBT-dan yaxşı sorulur, qan plazmasında maksimal konsentrasiyaya 2-3 saatdan sonra çatır, plazma zülalları ilə birləşməsi – 97,5%; yarımxaricolma dövrü 3,2-6 saat təşkil edir. Histohematik baryerləri yaxşı keçir. Sitoxrom P450 (CYP) 2C9 izofermentinin köməyi ilə qaraciyərdə metabolizmə uğrayır. Əsas metaboliti farmakoloji aktiv olan hidroksinimesulid hesab edilir. Hidroksinimesulid metabolizə olunmuş şəkildə ödlə xaric edilir (xüsusilə qlükuronat – 29% şəklində aşkar edilir). Nimesulid orqanizmdən əsasən böyrəklərlə (qəbul edilən dozanın 50%-i) xaric edilir. Böyrək çatışmazlığı olan xəstələrdə yarımxaricolma dövrü və “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC) 50%-dən yuxarı olmuşdur, amma farmakokinetik göstəricilər sərhəddində olmuşdur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Dayaq-hərəkət sisteminin iltihabi və degenerativ xəstəlikləri (revmatoid artrit, podaqrik artrit, ankilozlaşan spondiloartrit, osteoartroz).
- Ağrı sindromu (mialgiya, işalgiya, nevralgiya, artralgiya, radikulit, osteoxondroz, baş və diş ağrısı, tendinit, onkolojı xəstəliklər, posttravmatik və cərrahi əməliyyatdan sonra ağrı sindromu, alqodismenoreya, adneksit, böyrək sancılarında ağrılar zamanı).
- Ağrı sinromu ilə müşahidə olunan LOR-orqanlarının infeksion-iltihabi xəstəliklərinin kompleks müalicəsi zamanı (faringit, tonzillit, otit).
- Soyuqdəymə və infeksion xəstəliklər zamanı qızdırmalı vəziyyət.
- Miqren tutmaları və profilaktikası zamanı.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Nimesulidə və ya preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq; Aspirin və ya digər QSİƏP qarşı allergiya (məs.: zökəm və ya burun tutulması, övrə); Nimesulidin qəbulundan sonra qaraciyərin zədələnməsi; Qaraciyərə təsir edən hər hansı bir preparat qəbul edilirsə, məs., parasetamol və ya istənilən ağrıkəsici və QSİƏP; Narkotik tərkibli preparatlar qəbul edilirsə və ya narkotik asılılığı varsa; Çox miqdarda spirtli içki qəbulu; Qaraciyər xəstəliyi və ya qaraciyər fermentlərinin miqdarı yüksəkdirsə; Anamnezində mədə və 12-barmaq bağırsağın xora xəstəliyi; Beyinə qansızma; Qanaxma ilə bağlı hər hansı bir problem və ya qanın laxtalanması ilə bağlı bir problem varsa; Ürək və ya böyrək çatışmazlığı və ya qaraciyərdə hər hansı bir zədələnmə; Hamiləliyin son trimestri; Laktasiya dövrü; 12 yaşa qədər olan uşaqlar.
ƏLAVƏ TƏSİRLƏRİ:
Ümumi: dispeptik əlamətlər, qaraciyər funksiyasının qan səviyyəsində kiçik dəyişiklikləri. Nadir rast gəlinən (100-dən 1-də rast gəlinə bilər): mədə və ya bağırsaq qanaxması, təngnəfəslik, vertiqo, arterial təzyiqin yüksəlməsi, qəbizlik, meteorizm, qıcqırma, qaşınma, səpgi, yüksək tərləmə, ödem. Nadir hallarda (1.000-dən 1-də rast gəlinə bilər): anemiya, qanda leykositlərin azalması, eozinofillərin artması, arterial təzyiqin dəyişməsi, qanaxma, sidik ifrazı zamanı ağrı və ya sidiyin ləngiməsi; Çox nadir hallarda (10.000-dən 1-də müşahidə edilə bilər): dəri reaksiyaları (multiformalı eritema, Stivens Conson sindromu, toksiki epidermal nekroliz); allergiyalar.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Tövsiyə olunan doza, peroral yolu ilə 100 mq qranuldan ibarət olan bir saşe hesab edilir, yeməkdən sonra gündə iki dəfə qəbul edilir. NOMİSİN-i bir müalicə kursu ərzində mümkün qədər qısa və 15 gündən çox olmayan müddətdə qəbul edilir.
BURAXILIŞ FORMASI:
NOMİSİN, peroral süspenziya hazırlamaq üçün granuldur. 100 mq qranul, saşelərdə. №30 saşe.
İSTEHSALÇI:
Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A Brembate (Bg). VIA Grignano 43 24041 Brembate-Bergamo, Italy.
Nomisin nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
- Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
- Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






