Enzimaks sirop (Enzimax sirop) nə üçündür?

Enzimaks sirop (Enzimax sirop) - Ferment çatışmamazlığı zamanı, digər həzm pozğunluqları zamanı, mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Nov 23, 2024 - 14:51
 0
Enzimaks sirop (Enzimax sirop) nə üçündür?
Enzimaks sirop (Enzimax sirop)

Enzimaks sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Enzimaks sirop qiyməti

Enzimaks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Enzimaks sirop qiyməti 25 azn - 28 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Enzimax sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Həzm ferment kompleksi

Tərkibi:

Papaya şirəsi..................................................................................600mq
Razyana ekstraktı.............................................................................85mq
Enzim qarışığı (proteaza, amilaza,lipaza, laktaza, sellülaza) ...........60mq
Bromelain............................................................................................25mq
Papain.................................................................................................25mq

Xüsusiyyətləri:

Papaya şirəsi С, D, В1, В2, В5 vitaminləri və K, P, Fe, Ca, Na minerallari ilə zəngindir. Həmçinin qurdqovucu təsirə də malikdir. Tərkibindəki Papain bitki mənşəli proteolitik fermentdir – zülalların və qlüko-proteidlərin həzmində iştirak edir.
Bromelain bitki mənşəli (ananas şirəsindən əldə edilib) proteolitik enzim olub zülalların parçalanmasında iştirak edir. Geniş Ph diapazonuna malikdir (tripsindən fərqli olaraq). Şərti patogen mikrofloranin artıb çoxal-masının qarşısını alır.
Razyana ekstraktı spazmolitik xüsussiyyətə malik olub mədə bağırsaq spazmını aradan qaldırır, meteorizm zamanı qazqovucu təsir göstərir.
Sellülaza sellülozanın; laktaza süd məhsullarının tərkibindəki laktozanin qlükoza və qalaktozaya qədər parçalayıb mənimsənilməsini yaxşılaşdırır.
ENZIMAX kombinəşəkili preparat olub mədə-bağırsaq həzmini yaxşılaşdırır, bağırsaqlardan qidalı maddələrin sorulmasını asanlaşdırır bağırsaqdaxili qazların fizioloji miqdarını, qıcqırma-çürümə proseslərini tənzimləyərək köpün qarşısını alır. ENZIMAX xüsusi fermentlərlə zəngin olduğu üçün bitki qidasının və süd məhsullarının mənimsənilməsində əhəmiyyətlidir. Tərkibindəki həm bitki, həm heyvani mənşəli fermentlər (amilaza, lipaza, proteaza) qəbul olunan zülal, yağ, karbohidrat qidasının tam həzmini təmin edərək uzun və qısamüddətli həzm pozulmasının əlamətlərini , mədəaltı vəzinin funksional zəifliyini aradan qaldırır. Papain və bromelain isə mədə- bağırsağı, qaraciyəri toksiki maddələrdən təmizləyir, həm də selikli qişaya iltihabəleyhi təsir göstərir.

Göstərişlər:

-Öd-qaraciyər və mədəaltı vəzi funksiyasının çatışmazlığı
-Mədə-bağırsaq motorikasının pozulması
-Xroniki qastrit
-Enterokolit
-Müxtəlif helminztozlar
-Maldigestiya (qida maddələrinin həzminin pozulması)
-Dispepsiya
-Körpə kolikləri
-Meteorizm
-Bağırsaq infeksiyası (kompleks müalicə)

İstifadə qaydası:

Yaş Doza Qəbul qaydası
0-3 yaş 2,5 ml gündə 3dəfə
3-6 yaş 5 ml gündə 3 dəfə
6-12 yaş 7,5 ml gündə 3 dəfə
12 yaş yuxarı və böyüklər 10 ml gündə 3-4 dəfə

ENZIMAX yeməkdən əvvəl qəbul edilir.
İstifadədən öncə flakon çalxalanmalıdır.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq

Buraxılış forması:

Sirop 120 ml

İstehsalçı:

ValueMED Pharma Srl, Italiya.

Enzimaks sirop nə üçündür?

  1. Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
  2. Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  3. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow