KARDUAS kapsul

KARDUAS  kapsul - tərkibindəki komponentlərin sayəsində kardioprotektor, sitoprotektor və antioksidant təsir göstərir.

Jun 23, 2024 - 18:53
 0
KARDUAS kapsul
KARDUAS kapsul

KARDUAS kapsul - Kardioprotektor

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

KARDUAS kapsul N30

KARDUAS kapsul Tərkibi

Hər 1 kapsulda:

  • L-karnitin.......................250 mq
  • Kversetin..........................75 mq
  • Koenzim Q10...................30 mq 

Farmakoloji xüsusiyyətlər

KARDUAS kapsul nə üçündür?

KARDUAS tərkibindəki komponentlərin sayəsində kardioprotektor, sitoprotektor və antioksidant təsir göstərir.

L-karnitin – aminturşu olub, B qrupu vitaminlər ailəsinə mənsubdur. Anabolik, antihipoksik və antitireoid təsirə malikdir. Yağların mübadiləsini aktivləşdirir, toxumaların regenerasiyasını stimulə edir, iştahanı artırır. Orqanizmdə l-karnitin qaraciyərdə və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır. L-karnitin uzunzəncirli yağ turşularını mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın qlükoneogenez prosesində piruvatkarboksilazanın iştirakını artırır. L-karnitin oksidləşdirici fosforlaşmanı və enerji ayrılmasını, ATF sintezini sürətləndirir. O, qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də ürək əzələsinin və beyin toxumasınıın hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.

Kversetin antioksidant, kapillyaroprotektiv, dezintoksikasion, ödem əleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Miokardın qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Kversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından əvvəl qocalması prossesini tormozlayır.

Koenzim Q10 – Q10 iliubixinonun kofermentidir. Mitoxondrilərində toplanan bu maddə enerji mübadiləsini sürətləndirir. Hüceyrələri sərbəst radikallardan qoruyur, immuniteti artırır. Antioksidant, antiaterosklerotik təsirlərə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, miokardın qanla təchizatını artırır. Antiaritmik, hipotenziv, immunomodulyator, hepatoprotektor təsir göstərir. Qanda qlükozanın səviyyəsini normallaşdırır. 

KARDUAS kapsul İstifadə qaydası

14 yaşından yuxarı uşaqlar və böyüklər: 1 kapsuldan gündə 1-2 dəfə daxilə qəbul olunur. 

İstifadəsi üçün göstərişlər

  • Ürəyin işemik xəstəliyinin bütün formaları.
  • Serebrovaskulyar xəstəliklər, beyin toxumasının işemiyası
  • Intensiv fiziki yüklənmələr zamanı əzələ aktivliyini artırmaq məqsədi ilə;
  • Stresə qarşı müqaviməti artırmaq məqsədi ilə;
  • Şəkərli diabet zamanı maddələr mübadiləsini normallaşdırmaq məqsədi ilə;
  • Piylənmə; Bədən çəkisinin defisiti və boy inkişafının ləngiməsi zamanı;
  • Böyrək çatışmazlığında birincili və ikincili L-karnitin defisitini aradan qaldırmaq məqsədi ilə;
  • Həzm pozğunluqlarında və fermentativ çatışmazlıq zamanı;
  • Ağır xəstəliklər və fiziki yüklənmələrdən sonra bərpa dövründə;
  • Dölün hipoksiyası zamanı;
  • Spermatogenezinpozulmasızamanı.

KARDUAS kapsul Əks göstərişlər

Preparatın hər hansı komponentinə həssaslıq

Aptekdən buraxılma şərti

Reseptli

KARDUAS kapsul Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

PHARMANOR İLAÇ, Türkiyə

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow