ENZİKS DUO Tablet

Enziks Duo preparatının bir qablaşdırmasında iki müxtəlif dərman preparatı vardır: angiotenzinçevirici fermentin (AÇF) inhibitoru Enalapril və diuretik preparat İndapamid.

Jun 13, 2024 - 23:23
Jun 13, 2024 - 23:45
 0
ENZİKS DUO Tablet
ENZİKS DUO tabletlər

ENZİKS DUO Tablet  Eyniləşdirmə və təsnifat

ATC kodu - С09ВА02
Beynəlxalq patentləşdirilməmiş adı - İndapamid + Enalapril

Dərman forması

Tablet dəsti: örtüklü tabletlər + tabletlər

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

Enziks duo tablet dəsti: indapamid, 2,5 mq-lıq örtüklü tablet + enalapril, 10 mq-lıq tablet.

10 tablet enalapril və 5 tablet indapamid Al/Al, PVX blisterdə. 3 blister içlik vərəqə ilə birlik-də karton qutuya qablaşdırılır.

ENZİKS DUO Tablet Tərkibi

Enalapril

Təsiredici maddə: 1 tabletin tərkibində 10,000 mq enalapril maleat vardır.

Köməkçi maddələr: laktoza monohidrat, maqnezium karbonat, jelatin, krospovidon, maqnezium stearat.

İndapamid 

Təsiredici maddə: 1 tabletin tərkibində 2,500 mq indapamid vardır.

Köməkçi maddələr: laktoza monohidrat, povidon K30, krospovidon, maqnezium stearat, natrium laurilsulfat, talk.

Örtük: hipromelloza, makroqol 6000, talk, titan dioksid E 171.

Təsviri

Enalapril

Girdə, hər iki tərəfi qabarıq, bir tərəfi xətli, ağ rəngli tabletlərdir.

İndapamid

Girdə, hər iki tərəfi qabarıq, ağ rəngli, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Kombinəedilmiş hipotenziv preparat.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

ENZİKS DUO Tablet nə üçündür?

Enziks duo preparatının bir qablaşdırmasında iki müxtəlif dərman preparatı vardır: angiotenzinçevirici fermentin (AÇF) inhibitoru Enalapril və diuretik preparat İndapamid.

Enalapril nə üçündür?

Antihipertenziv preparatdır, təsir mexanizmi angiotenzin I-dən angiotenzin II-nin əmələ gəlməsini azaltması ilə əlaqədardır ki, angiotenzin II-nin miqdarının azalması da bilavasitə aldos-teronun ifraz olmasının aşağı düşməsinə səbəb olur. Bu zaman ümumi, periferik damar müqavi-məti, sistolik və diastolik arterial təzyiq (AT), miokarda əvvəl- və sonra gərginlik aşağı düşür. Venalara nisbətən arteriyaları daha çox genişləndirir, bu zaman ürək yığılmalarının tezliyinin reflektor artması qeyd olunmur. Bradikinin deqradasiyasını azaldır, prostaqlandin sintezini ar-tırır.

Preparatın hipotenziv effekti qan plazmasında reninin normal və ya aşağı səviyyəsinə nisbətən, yüksək səviyyədə olduqda daha çox təzahür edir.

Terapevtik hüdudlar daxilində AT-in aşağı düşməsi serebral qan dövranına təsir etmir, beyin damarlarında qan axını lazımı səviyyədə hətta aşağı arterial təzyiq fonunda saxlanılır. Preparat koronar və böyrək qan dövranını gücləndirir. Uzunmüddətli istifadə zamanı miokardın sol mə-dəciyinin və rezistent tipli arteriya divarlarının miositlərinin hipertrofiyası azalır, ürək çatışmaz-lığının proqressivləşməsinin qarşısını alır və sol mədəcik dilatasiyasının inkişafını ləngidir. İşemiyaya məruz qalmış miokardın qan təchizatını yaxşılaşdırır.

Trombositlərin aqreqasiyasını aşağı salır. Bir qədər diuretik effektə malikdir. Enalapril “prodər-mandır”: onun hidrolizi nəticəsində angiotenzinçevirici fermenti (AÇF) inhibə edən enalaprilat əmələ gəlir.

Daxilə qəbul edildikdə hipotenziv effekt 1 saat müddətində meydana çıxır, bu effekt 4-6 saatdan sonra maksimuma çatır və 24 saat saxlanılır.

İndapamid nə üçündür?

Benzamid törəmələri sırasından olan orta güclü və uzunmüddətli təsirə malik tiazidəbənzər hipo-tenziv preparatdır. Arteryaların saya əzələlərinin tonusunu aşağı salır, ümumi periferik damar müqavimətini zəiflədir. Proksimal borucuqlarda və nefronun distal borucuğunun kortikal seq-mentində natrium, xlor, hidrogen və bir qədər az dərəcədə kalium ionlarının reabsorsiyasının blokadaya alınması ilə əlaqədar, orta dərəcəli saluretik və diuretik effektlərə malikdir. Damargenişləndirici effektləri və ümumi periferik damar müqavimətinin aşağı salınması aşağı-dakı mexanizmlərə əsaslanır: damar divarlarının noradrenalinə və angiotenzin II-ə qarşı reaktiv-liyinin aşağı düşməsi; damargenişləndirici aktivliyə malik prostaqlandinlərin sintezinin artması; damarların saya əzələli hüceyrələrinə kalsium axınının tormozlanması. Ürəyin sol mədəciyinin hipertrofiyasının azalmasına səbəb olur. Terapevtik dozalarda lipid və karbohidrat mübadiləsinə təsir göstərmir (o cümlədən, şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə).

Preparatı müntəzəm qəbul etdikdə, antihipertenziv effekt müalicənin birinci həftəsinin sonun-da/ikinci həftəsinin əvvəlində başlayır və birdəfəlik dozanın qəbulu fonunda 24 saat müddətində davam edir.

Enalapril və İndapamid preparatlarını eyni zamanda istifadə etdikdə Enalaprilin antihipertenziv effektinin güclənməsi baş verir.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Enalapril istifadə zamanı

Daxilə qəbul etdikdən sonra mədə-bağırsaq traktından preparatın təxminən 60 %-i sorulur. Qida ilə eyni zamanda qəbul edilməsi Enalaprilin sorulmasına təsir etmir. Enalaprilin qan plazmasının zülalları ilə birləşməsi 50-60 % təşkil edir. Qaraciyərdə Enalapril sürətlə və tam hidrolizə məruz qalır və nəticədə Enalaprilə nisbətən daha yüksək AÇF inhibitor fəallığına malik, aktiv maddə enalaprilat əmələ gəlir. Preparatın biomənimsənilməsi 40 %-dir.

Enalaprilin qan plazmasında maksimal konsentrasiyası 1-2 saatdan sonra, enalaprilatın isə 3-4 saatdan sonra əldə edilir. Enalaprilat, hematoensefalik baryer istisna olmaqla, bütün histohematik baryerlərdən asanlıqla keçir, az bir miqdarı plasentar səddən keçir və ana südünə nüfuz edir.

Enalaprilatın orqanizmdən yarımxaricolma dövrü təxminən 11 saatdır. Enalapril əsasən böyrək-lər vasitəsilə xaric olur 60 %-i (20 %-i Enalapril və 40 %-i enalaprilat şəklində), preparatın 33 %-i bağırsaqlar vasitəsilə xaric olur (6 %-i Enalapril və 27 %-i enalaprilat şəklində).

Preparat hemodializ (62 ml/dəq) və peritoneal dializ zamanı orqanizmdən xaric olur.

İndapamid istifadə zamanı

Daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından sürətlə və tamamilə sorulur; biomənim-sənilməsi yüksəkdir (93 %). Qida qəbulu preparatın absorbsiya sürətini bir qədər ləngidir, lakin absorbsiyanın tamlığına təsir etmir. Daxilə qəbul edildikdən sonra qan plazmasında maksimal konsentrasiyası 1-2 saatdan sonra əldə edilir. Preparatı 7 gün müddətində müntəzəm qəbul et-dikdən sonra tarazlıq konsentrasiyası əldə edilir. Orqanizmdən yarımxaricolma dövrü orta he-sabla 14-18 saat təşkil edir, qan plazmasının zülalları ilə birləşməsi 79 %-dir. Preparat həmçinin damar divarı saya əzələlərinin elastini ilə birləşir. Yüksək paylanma həcminə malikdir, histohe-matik baryerlərdən (o cümlədən, plasentar səddən) keçir, ana südünə nüfuz edir.

Qaraciyərdə metabolizmə məruz qalır. Böyrəklər vasitəsilə preparatın metabolitlərinin 60-80 %-i (dəyişməz halda təxminən 5 % xaric olur), bağırsaqlarda 20 %-i xaric olur.

Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə farmakokinetika dəyişmir. Preparat kumulyasiya olunmur.

İstifadəsinə göstərişlər

Arterial hipertenziya

ENZİKS DUO Tablet Əks göstərişlər

Enziks duo preparatının tərkibində laktoza monohidrat olduğuna görə laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası kimi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.

Enalapril əks göstərişi

  • Enalaprilə və digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq;
  • anamnezdə AÇF inhibitorları ilə müalicə ilə əlaqədar angionevrotik ödem və ya irsi və ya idiopatik angionevrotik ödem;
  • şəkərli diabetdən əziyyət çəkən və/və ya orta və ya ağır dərəcəli böyrək funksiyalarının pozulması (yumacıq filtrasiyasının sürəti (YFS) 60 ml/dəq/1,73 m2 aşağı) olan pasiyentlərdə aliskiren və/və ya aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi;
  • hamiləlik və laktasiya dövrü;
  • 18 yaşa qədər uşaq və yeniyetmələr (preparatın effektivliyi və təhlükəsizliyi təyin olunmayıb).

İndapamid əks göstərişi

  • İndapamid preparatına, sulfonamidin digər törəmələrinə və preparatın tərkibində olan hər hansı digər komponentə qarşı yüksək həssaslıq;
  • anuriya;
  • refrakter hipokaliemiya;
  • ağır dərəcəli qaraciyər çatışmazlığı (o cümlədən, ensefalopatiya ilə) və/və ya ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq aşağı);
  • hamiləlik və laktasiya dövrü;
  • 18 yaşa qədər uşaq və yeniyetmələr (preparatın effektivliyi və təhlükəsizliyi təyin olunmayıb).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla istifadə

Enalapril

  • birincili hiperaldosteronizm, böyrək arteriyalarının ikitərəfli stenozu, orqanizmdə dövr edən qanın həcminin (DQH) azalması ilə müşayiət olunan vəziyyətlər (o cümlədən, qusma, diareya), tək bir böyrək arteriyasının stenozu, hiperkaliemiya, böyrək transplantasiyasından sonrakı vəziyyət;
  • aortal stenoz, mitral stenoz (hemodinamika göstəricilərinin pozulması ilə), hipertrofik obstruktiv kardiomiopatiya, renovaskulyar hipertenziya, birləşdirici toxumanın sistem xəstəlikləri (qırmızı qurd eşənəyi, sklerodermiya və s.), ürəyin işemik xəstəliyi, serebrovaskulyar xəstəliklər, şəkərli diabet, böyrək çatışmazlığı (sutkada 1 q-dan çox proteinuriya), qaraciyər ça-tışmazlığı, ağır allerqoloji anamnez və ya anamnezdə angionevrotik ödemin olması, xörək duzu-nun məhdudlaşdırılması ilə pəhrizə riayət edən və ya hemodializ proseduraları qəbul edən pasi-yentlər;
  • immunodepressantlarla, saluretiklərlə, kaliumqoruyucu diuretiklərlə, kalium preparatları ilə, tərkibində kalium olan duzəvəzedicilərlə, litium preparatları ilə eyni zamanda istifadə etdikdə, dekstran sulfatın istifadəsilə aşağı sıxlıqlı lipoproteinlərin aferezi (ASLP-aferezi) prosedurunu yerinə yetirdikdə, pərdəqanadlı həşəratların zəhərinin desensibilizasiyası aparılan zaman;
  • neqroid irqindən olan pasiyentlərdə;
  • irimiqyaslı cərrahi müdaxilələrdən sonra və ya ümumi anesteziya zamanı;
  • yüksək axarlı membranların (AN 69®) istifadə olunması ilə aparılan hemodializ qəbul edən pasiyentlərdə;
  • yaşlı pasiyentlərdə (65-dən yuxarı).

İndapamid

  • şəkərli diabet dekompensasiya mərhələsində, hiperurikemiya (xüsusilə, podaqra və urat nefro-lizatla müşayiət olunan), qaraciyər və böyrək funksiyalarının pozulması, su-elektrolit balansının pozulması, hiperparatireoz;
  • zəifləmiş pasiyentlər və ya QT intervalının uzanmasına səbəb olan preparatların qəbulu ilə eyni zamanda digər antiaritmik preparatlarla birlikdə müalicə alan pasiyentlərdə.

Enalapril və İndapamid preparatlarının eyni zamanda istifadəsi nəticəsində Enalaprilin antihiper-tenziv effektinin güclənməsi müşahidə olunur.

Enalapril

Simptomatik arterial hipotenziya

Simptomatik arterial hipotenziya ağırlaşmamış arterial hipertenziyadan əziyyət çəkən pasiyent-lərdə nadir hallarda müşahidə olunur. Enalapril qəbul edən arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə, arterial hipotenziya əksər hallarda susuzlaşma fonunda meydana çıxır, məsələn, diuretik preparatlarla müalicə, xörək duzunun məhdudlaşdırılması, dializ prosedurlarında olan pasiyentlər, həmçinin qusma və diareya zamanı (“Əlavə təsirləri” və “Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölmələrinə bax). Simptomatik arterial hipotenziya həm böyrək çatışmazlığın-dan əziyyət çəkən pasiyentlərdə, həm də böyrək çatışmazlığı olmayan pasiyentlərdə müşahidə olunur. Arterial hipotenziya hiponatriemiya və ya daha yüksək dozalarda “ilgək” diuretiklərindən istifadə edən böyrək funksiyalarının pozulması olan ağır dərəcəli xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə daha tez-tez inkişaf edir. Belə pasiyentlərdə Enalapril preparatı ilə müalicəni həkim nəzarəti altında başlamaq lazımdır və bu nəzarət Enalaprilin və/və ya diuretik preparatın dozası dəyişdirildikdə xüsusilə ciddi olmalıdır. AT-in həddən artıq aşağı düşməsi mi-okard infarktının və ya insultun inkişaf etməsinə səbəb ola bilən, ürəyin işemik xəstəliyindən və ya serebrovaskulyar xəstəliklərdən əziyyət çəkən pasiyentlərə eyni qaydada nəzarət etmək lazım-dır.

Arterial hipotenziya inkişaf etdikdə, pasiyenti uzatmaq və zərurət yarandıqda 0,9 %-li natrium xlorid məhlulu yeritmək lazımdır. Enalapril qəbulu zamanı tranzitor arterial hipotenziya prepara-tın sonrakı istifadəsi və dozanın yüksəldilməsi üçün əks göstəriş deyil, maye həcmi bərpa olduq-dan və AT normalaşdıqdan sonra müalicəni davam etdirmək olar. AT normal və ya aşağı olan ürək çatışmazlığından əziyyət çəkən bəzi pasiyentlərdə Enalapril AT-in əlavə olaraq aşağı düş-məsinə səbəb ola bilər. Preparatın istifadəsi zamanı bu cür reaksiya gözləniləndi və müalicənin dayandırılması üçün əsas deyil. Arterial hipotenziya stabil xarakter daşıdığı halda diuretik pre-paratın və/və ya Enalaprilin dozasını aşağı salmaq və/və ya istifadəsini dayandırmaq lazımdır.

Renovaskulyar hipertenziya

AÇF inhibitorlarının istifadəsi həm cərrahi müdaxilə gözləyən, həm də əməliyyat aparmaq müm-kün olmayan renovaskulyar hipertenziyadan əziyyət çəkən pasiyentlərə yaxşı təsir göstərir. Müalicəni stasionarda, preparatın aşağı dozalarının istifadəsilə, eyni zamanda böyrəklərin funk-sional fəaliyyətini və qan plazmasında kaliumun miqdarına nəzarət edərək başlamaq lazımdır. Bəzi pasiyentlərdə böyrəklərin funksional çatışmazlığı inkişaf edə bilər, bu hal preparatın istifa-dəsi dayandırıldıqdan sonra tezliklə aradan qalxır.

Aortal və ya mitral stenoz/hipertrofik obstruktiv kardiomiopatiya

Vazodilatasiyaedici təsirə malik bütün dərman preparatları kimi, AÇF inhibitorları da sol mədə-cikdən çıxan yolun obstruksiyası olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır.

Böyrək funksiyalarının pozulması

Bəzi pasiyentlərdə AÇF inhibitorları ilə müalicəyə başladıqdan sonra inkişaf edən arterial hipo-tenziya, böyrək funksiyalarının pisləşməsinə gətirib çıxara bilər. Bəzi hallarda, adətən dönən xarakter daşıyan, kəskin böyrək çatışmazlığı barədə məlumatlar var.

Böyrək çatışmazlığı olan pasiyentlər üçün dozanın və/və ya preparatın qəbul tezliyinin azaldıl-ması tələb oluna bilər. Böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək bir böyrək arteriyasının stenozu olan bəzi pasiyentlərdə qanda sidik cövhərinin və qan zərdabında kreatinin miqdarının yüksəlməsi müşahidə olunur. Dəyişikliklər adətən geri dönən xarakter daşıyır. Bu cür dəyişik-liklər böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir.

Müalicədən əvvəl böyrək xəstəliyi aşkar edilməyən bəzi pasiyentlərdə, Enalapril diuretik prepa-ratlarla birlikdə qanda sidik cövhərinin və qan zərdabında kreatinin konsentrasiyalarının əhəmiy-yət kəsb etməyən və geri dönən yüksəlməsinə səbəb olur. Belə hallarda diuretik preparatın və/və ya Enalaprilin dozasını aşağı salmaq və/və ya istifadəsini dayandırmaq tələb oluna bilər.

Böyrək transplantasiyası

Böyrək transplantasiyasından sonra preparatın istifadə təcrübəsi yoxdur, bu səbəbdən böyrək transplantasiyasından sonra Enalapril preparatının istifadəsi tövsiyə olunmur.

Qaraciyər çatışmazlığı

AÇF inhibitorlarının istifadəsi nadir hallarda xolestatik sarılıq və ya hepatitdən başlayan və bə-zən ölümə səbəb ola bilən, qaraciyərin fulminant nekrozuna qədər proqressivləşən sindromun inkişafı ilə bağlıdır. AÇF inhibitorlarının istifadəsi fonunda, sarılıq meydana çıxdıqda və ya “qaraciyər” transaminazalarının aktivliyi əhəmiyyətli dərəcədə yüksəldikdə, preparatın istifadə-sini dayandırmaq və müvafiq köməkçi müalicə təyin etmək lazımdır, bu zaman pasiyent müvafiq nəzarət altında olmalıdır.

Neytropeniya/aqranulositoz

AÇF inhibitorları istifadə edən pasiyentlərdə neytropeniya/aqranulositoz, trombositopeniya, və anemiya müşahidə olunur. Böyrək funksiyaları normal fəaliyyətdə olan və digər ağırlaşdırıcı fak-tor olmayan pasiyentlərdə neytropeniya nadir hallarda meydana çıxır. Birləşdirici toxumanın sis-tem xəstəliklərindən (qırmızı qurd eşənəyi, sklerodermiya və s.) əziyyət çəkən, immunosupressiv terapiya, allopurinol və ya prokinamid və ya göstərilən ağırlaşdırıcı faktorların kombinasiyası, xüsusilə böyrək funksiyalarının pozulması, olan pasiyentlərə Enalapril preparatını xüsusi ehti-yatla istifadə etmək lazımdır. Bu pasiyentlərin bəzilərində, bir sıra hallarda antibiotiklərlə inten-siv terapiyaya cavab verməyən, ciddi infeksion xəstəliklər inkişaf edə bilər. Belə pasiyentlər Enalapril preparatından istifadə edərsə, qanda leykositlərin və limfositlərin miqdarına müntəzəm nəzarət etmək lazımdır və pasiyentlərə infeksion xəstəliyin hər bir əlaməti barədə bildirmələrinin vacib olduğu barədə xəbərdarlıq etmək lazımdır.

Hiperhəssaslıq reaksiyaları/angionevrotik ödem

AÇF inhibitorlarından, o cümlədən Enalapril preparatından istifadə etdikdə, müalicənin müxtəlif mərhələlərində nadir hallarda üzün, ətrafların, dodağın, dilin, səs tellərinin və/və ya qırtlağın an-gionevrotik ödemi halları müşahidə olunur. Çox nadir hallarda intestinal ödemin inkişafı barədə məlumatlar var. Belə hallarda Enalapril preparatının qəbulunu dərhal dayandırmaq və klinik simptomlara nəzarət və korreksiya məqsədilə pasiyentin vəziyyətinə nəzarət etmək lazımdır. Hətta, respirator distress-sindrom inkişaf etmədən dilin ödemi müşahidə olduğu hallarda, pasi-yentlərə antihistamin preparatlar və kortikosteroidlərlə müalicə kifayət etməyə bilər, bu səbəbdən pasiyentlərə uzun müddətli müalicə tələb oluna bilər.

Qırtlaq və dilin ödemi ilə əlaqədar ölümlə nəticələnən angionevrotik ödem barədə çox nadir hal-larda məlumatlar var. Dilin, səs tellərinin və ya qırtlağın ödemi tənəffüs yollarının obstruksiyası-na səbəb ola bilər, xüsusilə tənəffüs orqanlarında cərrahi əməliyyat keçirmiş pasiyentlərdə. Ödem dil, səs telləri və ya qırtlaq nahiyəsində lokallaşdığı və tənəffüs yollarının obstruksiyasını törədə bildiyi hallarda, dərhal müvafiq müalicə təyin etmək lazımdır ki, bu müalicəyə də dəri al-tına 0,1 %-li epinefrin (adrenalin) (0,3 – 0,5 ml) məhlulunun yeridilməsi və/və ya tənəffüs yol-larının keçirilməsinin təmin olunması daxil ola bilər.

AÇF inhibitorlarını qəbul edən neqroid irqindən olan pasiyentlərdə angionevrotik ödem digər irqlərdən olan pasiyentlərə nisbətən daha tez-tez müşahidə edilir.

Anamnezdə AÇF inhibitorlarının istifadəsi ilə əlaqəsi olmayan angionevrotik ödem olan pasi-yentlər, AÇF inhibitorlarının istifadəsi fonunda angionevrotik ödemin inkişaf riski ilə daha çox üzləşə bilərlər (“Əks göstərişlər” bölməsinə bax).

Zərdəqanadlı həşəratların zəhərinin desensibilizasiyası aparıldıqda baş verən anafilaktoid reaksiyalar

AÇF inhibitorlarını qəbul edən pasiyentlərdə, pərdəqanadlı həşəratların (bal arıları, arılar) zəhərinin desensibilizasiyası aparıldıqda, həyat üçün təhlükəli anafilaktoid reaksiyalar inkişaf edə bilər. Desensibilizasiyaya başlamazdan əvvəl AÇF inhibitorlarının qəbulunu müvəqqəti dayandırmaqla arzuolunmaz reaksiyalardan qaçınmaq olar.

ASLP-aferezi aparıldıqda anafilaktoid reaksiyalar

Dekstran sulfatın istifadəsi ilə ASLP-aferezi aparılan zaman, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə nadir hallarda həyat üçün təhlükəli anafilaktoid reaksiyalar müşahidə edilir. ASLP-aferezi proseduruna başlamazdan əvvəl AÇF inhibitorlarının qəbulunu müvəqqəti dayandırmaqla bu cür reaksiyaların inkişaf etməsindən qaçınmaq olar.

Hemodializdə olan pasiyentlər

Yüksək axarlı membranların (AN 69® kimi) istifadə olunması ilə aparılan hemodializ və eyni zamanda AÇF inhibitorları ilə müalicə qəbul edən pasiyentlərdə anafilaktoid reaksiyalar müşa-hidə edilir. Bu pasiyentlərdə digər tiplərdən olan dializ membranlarından və ya digər qruplardan olan hipotenziv maddələrdən istifadə etmək lazımdır.

Öskürək

AÇF inhibitorları ilə terapiya fonunda öskürəyin meydana çıxması halları müşahidə olunur. Bir qayda olaraq, öskürək qeyri-məhsuldar və müntəzəm xarakter daşıyır və müalicə dayandırıldıq-dan sonra aradan qalxır. AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli öskürək, öskürəyin differensial diaqnostikasında nəzərə alınmalıdır.

Cərrahi müdaxilələr/ümumi anesteziya

İrimiqyaslı cərrahi müdaxilələr zamanı və ya antihipertenziv effekt törədən preparatların istifa-dəsi ilə ümumi anesteziya aparıldıqda, enalaprilat reninin kompensator azadolunması nəticəsində baş verən angiotenzin II-nin əmələ gəlməsini blokadaya alır. Bu mexanizmə əsasən AT-in şid-dətli aşağı düşməsi inkişaf etdiyi halda, orqanizmdə dövr edən qanın həcmini artırmaqla AT-ni korreksiya etmək olar.

Hiperkaliemiya (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax)

Hiperkaliemiyanın inkişaf etmə riski yaşlılarda, böyrək çatışmazlığı və şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə, eyni zamanda baş verən bəzi vəziyyətlərdə (dekompensasiya mərhələsində ürək çatışmazlığı, metabolik asidoz), həmçinin kaliumqoruyucu diuretiklərdən (spironolakton, eplerenon, triamteren və ya amilorid), kalium əlavələrindən və ya tərkibində kalium olan duzlar-dan eyni zamanda istifadə etdikdə müşahidə olunur.

Kalium əlavələrinin, kaliumqoruyucu diuretiklərin və ya tərkibində kalium olan duzların istifa-dəsi, xüsusilə böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə, qan zərdabında kaliumun miqdarının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Hiperkaliemiya ciddi, bəzi hallarda ölümə səbəb ola bilən aritmiyalara gətirib çıxara bilər.

Enalaprilin və yuxarıda adı çəkilən dərman preparatlarının istifadəsi üçün zərurət yarandıqda, ehtiyatlı olmaq və qan zərdabında kaliumun miqdarına nəzarət etmək lazımdır.

Hipoqlikemiya

Peroral hipoqlikemik preparatlar və ya insulin istifadə edən şəkərli diabetdən əziyyət çəkən pasi-yentlər, AÇF inhibitorlarını istifadə etməyə başlamazdan əvvəl qanda qlükozanın konsentrasiya-sının müntəzəm nəzarətinin, xüsusilə bu dərman preparatlarının eyni zamanda istifadə edilməsi-nin birinci ayı ərzində, vacibliyi barədə məlumatlandırılmalıdırlar (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax).

Litium preparatları

Litium preparatlarını Enalapril ilə eyni zamanda istifadə etmək tövsiyə edilmir (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax).

RAAS-nin ikili blokadası

Həssas pasiyentlərdə, xüsusilə preparatı RAAS-nə təsir edən dərman vasitələrilə kombinəedilmiş müalicə şəklində istifadə etdikdə, arterial hipotenziyanın inkişafı, ürəkkeçmə tutması, insult, hiperkaliemiya və böyrək funksiyalarının pozulması barədə məlumatlar var (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” bölməsinə bax). AÇF inhibitorlarını angiotenzin II reseptorlarının antaqonistləri və ya aliskiren preparatı ilə kombinəedilmiş şəkildə RAAS-nin ikili blokadası məqsədilə istifadə edilməsi tövsiyə edilmir. Enalapril preparatını şəkərli diabetdən əziyyət çəkən və/və ya böyrək funksiyalarının pozulması (YFS 60 ml/dəq/1,73 m2 aşağı) olan pasiyentlərdə aliskiren və/və ya aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax).

Diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlərdə AÇF inhibitorlarını angiotenzin II reseptor-larının antaqonistləri ilə eyni zamanda istifadə etmək tövsiyə edilmir.

Yaşlı pasiyentlərdə istifadəsi

Preparatı yaşlı pasiyentlərdə istifadə etməzdən əvvəl böyrək funksiyalarını və orqanizmdə kali-umun miqdarını qiymətləndirmək lazımdır.

Etnik fərqlər

Digər AÇF inhibitorlarının istifadəsində olduğu kimi, ehtimal olunur ki, Enalapril də digər irq-lərdən olan pasiyentlərə nisbətən, neqroid irqindən olan pasiyentlərdə AT-i daha az effektiv aşağı salır, bu hal neqroid irqindən olan arterial hipertenziyalı pasiyentlərdə qan plazmasında renin ak-tivliyi aşağı olan vəziyyətlərin daha çox yayılması ilə izah oluna bilər.

İndapamid

Qaraciyər funksiyalarının pozulması olan pasiyentlərə tiazidlər və tiazidəbənzər diuretiklər təyin olunduqda, xüsusilə su-elektrolit balansının pozulması olan hallarda, qaraciyər ensefalopatiyası inkişaf edə bilər. Bu halda diuretiklərin istifadəsini dərhal dayandırmaq lazımdır.

Fotohəssaslıq

Tiazidlər və tiazidəbənzər diuretiklərin istifadəsi fonunda fotohəssaslıq reaksiyalarının inkişaf etməsi barədə məlumatlar var (“Əlavə təsirləri” bölməsinə bax). Preparatın qəbulu fonunda foto-həssaslıq reaksiyaları inkişaf etdikdə müalicəni dayandırmaq lazımdır. Diuretik preparatlarla müalicəni davam etdirmək zəruri olduğu hallarda, dəri örtüyünü günəş şüalarının və ya süni ultrabənövşəyi şüaların təsirindən qorumaq lazımdır.

Su-elektrolit balansı

Qan plazmasında natrium ionlarının miqdarı

Müalicəyə başlamazdan əvvəl qan plazmasında natriumun miqdarını müəyyən etmək lazımdır. Preparatın qəbulu fonunda bu göstəriciyə müntəzəm nəzarət etmək lazımdır. Diuretik preparatların hamısı bəzən çox ağır hallarla nəticələnən hiponatriemiyaya səbəb ola bilər. Əvvəlcədən qan plazmasında natriumun miqdarının aşağı düşməsi heç bir patoloji simptomların əmələ gəlməsi ilə müşayiət edilə bilməmədiyi üçün qanda natriumun miqdarına mütəmadi nəzarət etmək lazımdır. Yaşlı xəstələrdə və qaraciyər sirrozundan əziyyət çəkən pasiyentlərdə qanda natriumun miqdarına daha dəqiq nəzarət etmək lazımdır.

Qan plazmasında kalium ionlarının miqdarı

Tiazidlər və tiazidəbənzər diuretiklərlə müalicə zamanı əsas risk qan plazmasında kaliumun miqdarının kəskin aşağı düşməsi və hipokaliemiyanın inkişaf etməsidir. Aşağıdakı pasiyent qruplarında hipokaliemiyanın (kaliumun miqdarı 3,4 mmol/l-dən az) inkişaf etmə riskindən çəkinmək lazımdır: yaşlı pasiyentlər, zəifləmiş pasiyentlər və digər antiaritmik preparatlarla və ya QT intervalının uzanmasına səbəb ola bilən preparatlarla birlikdə müalicə alan pasiyentlər, qaraciyər sirrozundan, periferik ödemlərdən və ya assitdən, ürəyin işemik xəstəliyindən, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər. Bu qruplardan olan pasiyentlərdə hipokaliemiya ürək qlikozidlərinin toksik təsirini gücləndirir və aritmiyaların inkişaf etmə riskini yüksəldir. Bundan əlavə, QT intervalının uzanması olan pasiyentlər yüksək risk qrupuna daxildilər, bu zaman intervalın uzun olması anadangəlmə səbəblərdən və ya dərman maddələrinin istifadəsindən asılı olması əhəmiyyət kəsb etmir.

Bradikardiya kimi, hipokaliemiya da, ağır dərəcəli aritmiyaların, xüsusilə ölümlə nəticələnə bilən “piruet” tipli aritmiyaların, inkişaf etməsinə səbəb ola bilər. Göstərilən bütün hallarda qan plazmasında kaliumun miqdarına nəzarət etmək lazımdır. Qanda kaliumun ilk ölçülməsini müalicəyə başladıqdan sonra, birinci həftə müddətində həyata keçirmək lazımdır. Hipokaliemiya meydana çıxdıqda müvafiq müalicə təyin olunmalıdır.

Qan plazmasında kalsium ionlarının miqdarı

Tiazidlər və tiazidəbənzər diuretiklər kalsiumun böyrəklər vasitəsilə xaricolmasını azaldırlar ki, bu zaman orta dərəcəli və dönən hiperkalsiemiya meydana çıxır. İndapamid preparatının istifadəsi fonunda meydana çıxan hiperkalsiemiya, əvvəldən diaqnoz qoyulmamış hiperparatireozun nəticəsi ola bilər.

Qalxanabənzər ətraf vəzilərin funksiyasını tədqiq etməzdən əvvəl diuretik preparatların istifadəsini dayandırmaq lazımdır.

Qan plazmasında qlükozanın konsentrasiyası

Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə qanda qlükozanın konsentrasiyasına ciddi nəzarət etmək çox vacibdir, xüsusilə hipokaliemiya olduqda.

Sidik turşusu

Podaqra xəstəliyindən əziyyət çəkən pasiyentlərdə podaqra tutmalarının baş vermə tezliyi yüksələ bilər və xəstəliyin gedişi kəskinləşə bilər.

Diuretik preparatlar və böyrək funksiyaları

Tiazidlər və tiazidəbənzər diuretiklər yalnız normal və ya əhəmiyyət kəsb etməyən böyrək funksiyalarının pozulması (yetkin pasiyentlərdə qan plazmasında kreatininin konsentrasiyası 25 mq/l-dən və ya 220 mkmol/l-dən aşağı) olan pasiyentlərdə tam təsir göstərə bilər. Yaşlı pasiyentlərdə qan plazmasında kreatininin konsentrasiyasını yaş, bədən kütləsi və pasiyentin cinsi nəzərə alınaraq hesablanır.

Nəzərə almaq lazımdır ki, müalicənin əvvəlində diuretik preparatların istifadəsi fonunda maye və natrium itkisi ilə əlaqədar baş verən hipovolemiya nəticəsində, pasiyentlərdə YFS-nin aşağı düşməsi müşahidə oluna bilər. Nəticə olaraq, qan plazmasında sidik cövhəri və kreatininin konsentrasiyası yüksələ bilər. Böyrək funksiyaları pozulmadığı hallarda, bu cür müvəqqəti funksional böyrək çatışmazlığı, bir qayda olaraq nəticə vermədən keçir, lakin artıq mövcud olan böyrək çatışmazlığı fonunda pasiyentin vəziyyəti pisləşə bilər.

Sulfonamid törəmələri sistem qırmızı qurd eşənəyi xəstəliyinin gedişini kəskinləşdirə bilər (İndapamid təyin etdikdə bunu nəzərə almaq lazımdır).

İdmançılar

İndapamid dopinq-nəzarət zamanı müsbət nəticə göstərə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tərkibində Enalapril və İndapamid olan, Enziks duo preparatının hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Enziks duo preparatının (Enalapril və İndapamid tablet dəsti) istifadə olunmasına zərurət yarandıqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicənin əvvəlində, doza seçimi dövrü sona çatana qədər, başgicəllənmənin baş verə bilməsini nəzərə alaraq, xüsusilə başlanğıc dozanın qəbulundan sonra, nəqliyyat vasitələrini idarə etməkdən və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiya tələb edən iş fəaliyyəti ilə məşğul olmaqdan çəkinmək lazımdır.

ENZİKS DUO Tablet İstifadə qaydası və dozası

Enziks duo : 1 tablet enalapril (10 mq) və 1 örtüklü tablet indapamid (2,5 mq), hər səhər eyni zamanda qəbul edilir. Arterial təzyiqin dinamikasının göstəricilərindən asılı olaraq enalaprilin dozası sutkada 2 dəfəyə qədər artırıla bilər.

Enalaprilin maksimal sutkalıq dozası 40 mq, indapamidin maksimal sutkalıq dozası 2,5 mq təşkil edir.

Xroniki böyrək çatışmazlığı zamanı enalaprilin kumulyasiyası, filtrasiya 10 ml/dəq-dən aşağı düşdükdə baş verir. Kreatininin klirensi 80-30 ml/dəq olduqda, enalaprilin dozası sutkada 5-10 mq təşkil etməlidir.

Əlavə təsirləri

Enalapril

  • Mərkəzi sinir sistemi tərəfindən baş verən pozulmalar: baş ağrısı, başgicəllənmə, zəiflik, yuxusuzluq, həyəcan, şüurun dumanlanması, yorğunluq, yuxuya meyllilik (2-3 %); çox nadir hallarda yüksək dozalardan istifadə etdikdə əsəbilik, depressiya, paresteziyalar.
  • Tənəffüs sistemi tərəfindən baş verən pozulmalar: qeyri-məhsuldar quru öskürək, interstisial pnevmonit, bronxospazm/bronxial astma, təngnəfəslik, rinoreya, faringit.
  • Hissiyat orqanları tərəfindən baş verən pozulmalar: vestibulyar aparatda pozulmalar, eşitmə və görmə qabiliyyətinin pozulması, qulaqlarda küy.
  • Mədə-bağırsaq sistemi tərəfindən baş verən pozulmalar: ağızda quruluq, anoreksiya, dispeptik pozulmalar (ürəkbulanma, diareya və ya qəbizlik, qusma, qarın nahiyəsində ağrı), bağırsaq keçməməzliyi, pankreatit, qaraciyər və öd ifrazı funksiyalarının pozulması, hepatit (hepatosellülyar və ya xolestatik), sarılıq, stomatit, mədə-bağırsaq sisteminin angionevrotik ödemi (çox nadir hallarda).
  • Ürək-damar sistemi tərəfindən baş verən pozulmalar: AT-in həddən artıq aşağı düşməsi, ortostatik kollaps; nadir hallarda – sinə arxasında ağrı, stenokardiya, miokard infarktı (adətən AT-in aşağı düşməsi ilə əlaqədar), aritmiyalar (qulaqcıq bradi- və taxikardiyaları, qulaqcıqların səyriməsi), ürək çırpınması, ağciyər arteriyasının qollarının tromboemboliyası, ürək nahiyəsində ağrılar, ürəkkeçmə tutmaları.
  • Laborator göstəricilərdə dəyişikliklər: hiperkreatininemiya, qanda sidik cövhərinin miqdarının və “qaraciyər” fermentlərinin aktivliyinin yüksəlməsi, hiperbilirubinemiya, hiperkaliemiya, hiponatriemiya. Nadir hallarda hematokritin və hemoqlobinin konsentrasiyasının aşağı düşməsi, EÇS-nin yüksəlməsi, trombositopeniya, neytropeniya, aqranulositoz (autoimmun xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə), eozinofiliya qeyd olunur. Hipoqlikemiya (şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə).
  • Allergik reaksiyalar: dəridə səpgilər, üzün, ətrafların, dodaqların, dilin, səs yarığının və/və ya qırtlağın ödemi, disfoniya, polimorf eritema, eksfoliativ dermatit, Stivens-Consons sindromu, toksik epidermal nekroliz, pemfiqus, qaşınma, övrə, fotosensibilizasiya, serozit, vaskulit, miozit, artralgiya, artrit, stomatit, qlossit, intestinal angionevrotik ödem (çox nadir hallarda).
  • Sidik-ifrazat sistemi tərəfindən baş verən pozulmalar: böyrək funksiyalarının pozulması, proteinuriya.
  • Digər dəyişikliklər: alopesiya, libidonun aşağı düşməsi, qan axınları, potensiyanın zəifləməsi.

İndapamid

  • Mədə-bağırsaq sistemi tərəfindən baş verən pozulmalar: ürəkbulanma/anoreksiya, ağızda quruluq, qastralgiya, qusma, diareya, qəbizlik, qarın nahiyəsində diskomfort hissi ola bilər.
  • Mərkəzi sinir sistemi tərəfindən baş verən pozulmalar: asteniya, əsəbilik, baş ağrısı, başgicəllənmə, yuxuya meyllilik, vertiqo, yuxusuzluq, depressiya; nadir hallarda – tez yorulma, ümumi zəiflik, halsızlıq, əzələ spazmları, gərginlik, qıcıqlanma, həyəcan.
  • Hissiyat orqanlarında baş verən pozulmalar: konyuktivit, görmə qabiliyyətinin pozulması.
  • Tənəffüs sistemi tərəfindən baş verən pozulmalar: öskürək, faringit, sinusit; nadir hallarda – rinit.
  • Ürək-damar sistemi tərəfindən baş verən pozulmalar: ortostatik hipotenziya, elektokardioqramda hipokaliemiya üçün xarakterik dəyişikliklər, aritmiyalar, ürək çırpınması.
  • Sidik-ifrazat sistemi tərəfindən baş verən pozulmalar: infeksiyaların inkişaf etmə riskinin yüksəlməsi, nikturiya, poliuriya.
  • Allergik reaksiyalar: dəridə səpgilər, övrə, qaşınma, hemorragik vaskulit.
  • Laborator göstəricilərdə dəyişikliklər: hipokaliemiya, hiponatriemiya, hipoxloremik alkaloz, qan plazmasında sidik cövhəri azotunun artması, hiperkreatininemiya, qlükozuriya, hiperkalsiemiya.
  • Digər dəyişikliklər: qripəbənzər sindrom, döş qəfəsində ağrı, bel ağrısı, infeksiyalar, potensiyanın zəifləməsi, libidonun aşağı düşməsi, rinoreya, çox tərləmə, bədən kütləsinin aşağı düşməsi, paresteziyalar, pankreatit, sistem qırmızı qurd eşənəyinin kəskinləşməsi.

Saxlanma şəraiti

15 - 25°С-ə qədər temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

1. Hemofarm A.D., Serbiya.
26300 Vrşas ş., Beoqrad yolu bb, Serbiya.
Tel.: 13/803100, fax: 13/803424.

MMC “Hemofarm”, Rusiya qablaşdırıldıqda

Qablaşdırıcı

MMC “Hemofarm”, Rusiya.
249030, Kaluqa vilayəti, Obninsk ş., Kiyevskoye şossesi, ev 62.
Tel.: (48439) 90-500, fax: (48439) 90-525.

2. MMC “Hemofarm”, Rusiya.
249030, Kaluqa vilayəti, Obninsk ş., Kiyevskoye şossesi, ev 62.
Tel.: (48439) 90-500, fax: (48439) 90-525.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow