İmmunneo sirop nə üçündür?

İmmunneo sirop immun sistemin fəaliyyətini artırır, orqanizmin xəstəliklərə qarşı müqavimətini möhkəmləndirir.

Sep 22, 2024 - 07:53
 0
İmmunneo sirop nə üçündür?
İmmunneo sirop

İmmunneo sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İmmunneo sirop qiyməti

İmmunneo qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İmmunneo sirop qiyməti 8 azn - 10 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İmmunneo şərbət qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

İmmuniteti yaxşılaşdırmaq üçün köməkçi vasitə

Tərkibi:

İt itburnusu (Rosa canina) meyvəsinin duru ekstraktı – 13,8 ml; qara qarağat (Ribes nigrum) yarpağının duru ekstraktı – 12,2 ml; ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 7,9 ml; sürünən kəklikotu (Thymus serpyllum) otunun distillatı – 5,5 ml; məkkəgülü (Hibiscus sabdariffa) çiçəyinin duru ekstraktı – 3,3 ml; qara gəndalaş (Sambucus nigra) çiçəyinin duru ekstraktı – 3,3 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330) (citric acid), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:

İmmun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:

  • 4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
  • 7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
  • 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
  • Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
  • Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: 

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 

25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 

3 il.

Buraxılış forması: 

100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

İmmunneo sirop nə üçündür?

İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow