Difluderm krem nə üçündür? istifadə qaydası necədir?

Difluderm krem - Göbələk zamanı, dermatit və eqzema zamanı, göbələk mənşəli səpkilərdə istifadə olunan preparatdır.

Sep 24, 2024 - 18:05
 0
Difluderm krem nə üçündür? istifadə qaydası necədir?
Difluderm krem

Difluderm krem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Difluderm krem qiyməti

Difluderm krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Difluderm krem qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Difluderm qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

1 q kremin tərkibində:

İzokonazol nitrat 10mq  

Diflukortolon valerat 1mq

 

Farmakoterapevtik qrupu:

Yerli istifadə üçün güclü (III qrup) kortikosteroidlərlə göbələkəleyhinə vasitənin (imidazol törəməli) kombinasiyası.

 

Farmakodinamikası:

İzokonazol nitrat geniş təsir spektrli olub, səthi göbələk xəstəliklərinin müalicəsində istifadə olunur.  O, çox geniş antimikrob təsir spektrinə malik olub, dermatofitlərə  və maya göbələklərinə, mayayabənzər göbələklərə (Pityriasis versicolor törədiciləri daxil olmaqla) və Erythrasma kimi kif göbələklərinə qarşı effektivdir.

Diflukortolon valerat dərinin iltihabi və allergik xəstəlikləri zamanı iltihabı tormozlayır və qaşınma, yanma hissi və ağrı kimi subyektiv şikayətləri azaldır.

İstifadəsinə göstərişlər:

DIFLUDERM  iltihabi və ya ekzematoz dəri xəstəlikləri (məsələn, əl nahiyələrində, ayaq barmaqları arasındakı sahələrdə və xaya və genital (cinsi) nahiyələrdə) ilə müşayiət olunan səthi göbələk infeksiyalarının müalicəsi üçündür:

·Dəri kandidozu  ·Seboreya tipli dermatit · Daban mikozu,dermatomikoz,qasıq epidermofitiyası · Əlvan dəmrov

 

Əks göstərişlər:

Müalicə olunmalı nahiyələrdə vərəmli və ya sifilitik proseslərin olması; müalicə olunmalı nahiyədə virus xəstəlikləri (məsələn, suçiçəyi, kəmərləyici dəmrov), rozaseya, perioral dermatit və postvaksinal dəri reaksiyaları. Preparatın maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. 

 

İstifadə qaydası və dozası:

DIFLUDERM dərinin zədələnmiş nahiyələrinə gündə 2 dəfə yerli istifadə edilməlidir.

DIFLUERM ilə müalicə dərinin iltihabi və ya ekzematoz xəstəliklərinin yaxşılaşmasından sonra və ya müalicənin başlanmasından ən çoxu 2 həftə sonra və tərkibində kortikosteroid olmayan kremlə müalicəyə başlamazdan əvvəl dayandırılmalıdır. Bu, xüsusilə xaya və genital nahiyələrdə istifadəyə aiddir.        

 

Buraxılış forması:

15 q krem.

 

İstehsalçı:

Vefa İlaç Sanayi ve Ticaret A.Ş., İstanbul, Türkiyə.

Difluderm krem nə üçündür?

  1. Dermatit və eqzema zamanı istifadə olunan vasitələr
  2. Göbələk mənşəli səpkilərdə istifadə olunan dərmanlar
  3. Göbələk əleyhinə vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow