Gold-Vit C 500 plus nə üçündür?
Gold-Vit C 500 plus kapsul immun sistemini gücləndirən və mədənin dostu olan sitrus bioflavonoidlərlə zənginləşdirilmiş L-askorbin turşusu və təbii bitki mumlarından (yağ turşusu metabolitləri) ibarət bir mikrokapsul kompleksidir.

Gold-Vit C 500 plus haqqında məlumat
Gold-Vit C 500 plus qiyməti
Gold-Vit qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Gold-Vit C 500 plus qiyməti 14 azn - 17 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Gold-Vit C 500 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Təsviri:
Yeni nəsil vitamin C PureWay-C® yüksək dozada olan kapsulşəkilli bioloji fəallığa malik qida əlavəsidir. PureWay-C® C vitamininin patentləşdirilmiş mikrokapsul formasıdır - mədəni qıcıqlandırmıradan sorulur.
Tərkibi:
1 kapsulda:
Aktiv maddələr:
Vitamin C (L-Ascorbic acid) 500 mq
Sitrus bioflavonoidləri 50 mq
Köməkçi maddələr: mikrokristalik selüloz - həcm artırıcı maddə (microcrystalline cellulose – bulking agent), yağ turşularının maqnezium duzu – aqreqasiyaya qarşı maddə (magnesium salts of fatty acids – anti-caking agent), jelatin – boş kapsul (gelatin – capsule shell), boya (colur)-E 171 Xüsusiyyətləri:
C vitamini bədən üçün vacibdir, çünki:
- bədən onu istehsal edə bilmir;
- immun sisteminin düzgün işləməsinə kömək edir, bədənin təbii müqavimətini artırır;
- gərgin fiziki məşq zamanı və sonrasında immun sisteminin düzgün işləməsinə kömək edir;
- bir çox biokimyəvi və metabolik proseslər üçün vacibdir;
- kollagenin normal formalaşmasına və beləliklə sümüklərin, dişlərin, qığırdaqların, diş ətlərinin, dəri və qan damarlarının düzgün işləməsinə kömək edir;
- güclü antioksidant olaraq hüceyrələri stres zamanı oksidləşmə prosesindən qorumağa kömək edir.
İstifadə üçün göstərişlər:
Təqdim olunan məhsul bədənin müqavimətinin azaldığı dövrlərdə (payız və qış fəsillərində), yüksək fiziki fəaliyyət zamanı və digər C vitamininə ehtiyacın artması hallarında, həmçinin C vitaminin çatışmamazlığında tövsiyə olunur.
İstifadə qaydası:
18 yaşdan yuxarı şəxslər: 1 kapsul gündə 1 dəfə yeməkdən sonra bol miqdarda su ilə. Tövsiyə olunan gündəlik dozadan artıq qəbul etmək olmaz.
Əks göstərişləri:
Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslığı olanlar, 18 yaşa qədər olan şəxslər, hamiləlik və laktasiya dövründə olan qadınlar istifadə etməməlidir
Buraxılış forması:
Karton qutu, 30 kapsul, təlimat vərəqəsi ilə birlikdə.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Saxlanma şəraiti:
25° C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti:
Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.
İstehsalçı:
Olimp Laboratories, Nagawczyna 109 c, Poland-39-200 Debica
Gold-Vit C 500 plus nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- İmmunçatışmazlığı zamanı istifadə olunan vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






