Gold krill qiyməti və istifadə qaydası necədir?

Gold krill yüksək keyfiyyətli krill yağı olan bir qida əlavəsidir.

Dec 18, 2024 - 16:12
Dec 18, 2024 - 16:14
 0
Gold krill qiyməti və istifadə qaydası necədir?
Gold krill

Gold krill haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Gold krill qiyməti

Olimp Gold krill qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Gold krill qiyməti 45 azn - 50 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Gold krill qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

1 kapsulda:  

Antarktika krili yağı 

(Lipid extract from Antartic Krill oil) (Euphausia superba)  - 500 mq

Antarktida krillinin (Euphausia superba) xərçəngkimilərindən olan lipid ekstraktı (lipid extracts from Antarctic krill (Euphausia Superba)(crustacean)), 4,93% balıq yağı (fish oil), kapsul (örtük komponenti jelatindir (gelatine)).

 

Məhsulun xüsusiyyətləri:  

Gold krill nə üçündür?

 Gold Krill antarktika krillindən (Euphausia) alınmış xüsusi yağdır. Krill yağında Omega 3 yağ turşuları triqliserid deyil, fosforilipid formasında olduğundan krill yağının orqanizm tərəfindən mənimsənilməsi 98 %-dir. Krill yağı balıq yağından daha aktiv xüsusiyyətlərə malikdir. Krill yağının həzmində öd iştirak etmir. Omega 3 tərkibində olan doymamış yağ turşularının eykozapentayen (EKT) və dokozaheksayen (DHT) insan orqanizmi üçün çox böyük əhəmiyyəti vardır. Onlar baş beyinin normal funksional fəallığı üçün vacib olan fosfatidilserin kimi mediatorların əmələ gəlməsində iştirak edirlər. Eyni zamanda EPT və DHT hüceyrə membranının əsas hisssələrindəndir. Onlar sinir liflərinin miyelinləşməsində, diqqət və yaddaş kimi koqnitiv funksiyaların artmasında iştirak edir. Piy və yağlardan fərqli olaraq, fosfolipidlərin əsas hissəsi hüceyrə membranlarının struktura daxil olur,onların yalnız cüzi hissəsi ehtiyat üçün toplanır.  Fosfolipidlər membranların bütövlüyünü təmin edərək, hüceyrə funksiyasının və metabolizmini yaxşılaşdırmağa kömək edir. Fosfolipidlər eyni zamanda möhkəm yaddaş üçün vacibdir. Astaksantin krilə qırmızı rəng verən kaotinoiddir, güclü antioksidantdır, dünyada ən güclü iltihabəleyhinə maddələrdən biridir, xərçəng əleyhinə sinir sistemini qoruyucu xüsusiyyətlərə malikdir, immun sistemini gücləndirməyə kömək edir. Omega 3-ün hipoxolesterinimik, vazodilatasion, trombolitik xüsusiyyətləri vardır. İon kanallarının fəaliyyətini yaxşılaşdırmağa və ürəyin ritm pozulmalarının əmələ gəlməsinin qarşısını almağa kömək edir. Omega 3 iltihabəleyhinə xüsusiyyətə malikdir. Omega 3 sümük patalogiyalarının əmələ gəlməsinin qarşısını almağa, oynaq-bağ aparatının elastikliyini artırmağa, oynaqdaxili mayenin və qığırdağın elastiklik xüsusiyyətlərini artərmağa kömək edir. 

 

İstifadəsinə dair tövsiyələr: 

 

Ürək-damar sistemi: 

  • Kardioskleroz zamanı köməkçi vasitə; 
  • Ürəyin işemik xəstəliyi: miokard infarktı, stenokardiya zamanı köməkçi vasitə;
  • Ürəkdə aparılan əməliyyatlardan sonrakı reabilitasiya mərhələsi zamanı köməkçi vasitə; 
  • Hipertoniya xəstəliyi zamanı köməkçi vasitə;
  • Aşağı ətraf damarlarının obliterasiyaedici xəstəlikləri: venaların varikoz genişlənməsi, trombovlebit, endarterrit, angiopatiya zamanı köməkçi vasitə. 

Mərkəzi sinir sistemi:

  • Baş beyin damarlarının aterosklerozu: insult, tranzitor işemik tutmalar,beyinin xroniki işemiyası zamanı köməkçi vasitə;
  • Depressiyalar və digər emosional balansın pozulmaları (bipolyar pozulmalar) zamanı köməkçi vasitə; -            Miqren zamanı köməkçi vasitə;
  • Alzheymer və Parkinson xəstəlikləri zamanı köməkçi vasitə.

Mədə - bağırsaq traktı:

  • Mədə və 12-barmaq bağırsağın erroziyası və xora xəstəliyi zamanı köməkçi vasitə;
  • Qaraciyərin piy distrofiyası zamanı köməkçi vasitə;
  • Xoralı kolit zamanı köməkçi vasitə;

 

Tənəffüs sistemi:

  • Allergik bronxit zamanı köməkçi vasitə;
  • Bronxial astma zamanı köməkçi vasitə;
  • Digər xroniki xəstəliklər zamanı köməkçi vasitə;

 

                                                   

Dermatologiya:

  • Psoriaz, ekzema, allerqozlar, atopik dermatitlər, trofiki xoralar zamanı köməkçi vasitə; -        Göbələk xəstəlikləri (kandidozlar) zamanı köməkçi vasitə.

 

Ginekologiya:

  • Hamiləliyin normal gedişatını təmin etmək üçün köməkçi vasitə;
  • Hamiləlik patologiyaları: fetoplasentar çatışmazlığın kompleks terapiyası, qestozlar, preeklampsiya, venaların varikoz genişlənməsi, ürək-damar xəstəliklərindən əziyyət çəkən hamilələr, endokrin patologiyadan əziyyət çəkən hamilələr (şəkərli diabet, metabolik sindrom)- zamanı köməkçi vasitə; - Genital xəstəliklər, oral kontrasepsiya, klimakterik dövr (KD) zamanı köməkçi vasitə.

 

Sistem xəstəliklər:

  • Qırmızı qurd eşənəyi zamanı köməkçi vasitə; -          Revmatoidli artrit zamanı köməkçi vasitə.

 

Oftalmologiya:

  • Makulodistrofiya, gözün torlu qişasını yaşla əlaqədar distrofiyası, quru göz sindromu, kompyuter görmə sindromu, gözün damar patologiyaları, diabetik retinopatiya, görmə yorğunluğu zamanı köməkçi vasitə.

 

Onkologiya:

  • Süd vəzi xərçəngi, yoğun bağırsaq xərşəngi, prostat vəzi xərçəngi zamanı köməkçi vasitə; -        Kimya terapiya zamanı kaxeksiyanın profilaktikası zamanı köməkçi vasitə.

 

Endokrinologiya:

  • Şəkərli diabet zamanı köməkçi vasitə; -         Metabolik sindrom zamanı köməkçi vasitə.

 

İstifadə qaydası: 

Böyüklər: 1 kapsul gündə 1 dəfə. Tövsiyə olunan gündəlik dozadan artıq qəbul etmək olmaz.

 

Əks göstərişləri: 

Antikoaqulyant dərmanları qəbul edən hemofiliyalı xəstələr, məhsulun tərkibindəki hər hansı bir komponentinə qarşı hiperhəssaslığı olanlar, hamiləlik və laktasiya dövründə olan qadınlar, 18 yaşa qədər şəxslər istifadə etməməlidir.

 

Buraxılış forması:

Karton qutu, 30 kapsul, təlimat vərəqəsi ilə birlikdə.

 

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. 

 

Saxlanma şəraiti: 

25° C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır. 

 

Yararlılıq müddəti: 

Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow