Glucosamine plus nə üçündür?

Glucosamine plus sümüklərin, oynaqların, birləşdirici toxumaların və qığırdaqların düzgün inkişafını təmin edən qida əlavəsidir.

Dec 18, 2024 - 16:04
 0
Glucosamine plus nə üçündür?
Glucosamine plus

Glucosamine plus haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Glucosamine plus qiyməti

Glucosamine plus qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Glucosamine qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi: 

Hər bir kapsulun tərkibində vardır:

 

1 kapsul:     

Glukozamin sulfat 2 KCl     1333,3 mq

Xondroitin     200 mq

Vitamin C      12 mq

Farmakoloji xüsusiyyətləri:

Glucosamine plus nə üçündür?

Glucosamine plus – sümüklərin, oynaqların, birləşdirici toxumaların və qığırdaqların düzgün inkişafını təmin edən qida əlavəsidir.

Qlükozamin sulfat 2KCl xərçəngəbənzərlərin üst qabığından istehsal olunur. Bu bioliji əlavə olan qida qığırdaqlarda maddələr mübadiləsini aktivləşdirir, oynaqlara və birləşdirici toxumaya qida dəstəyini verir. Qığırdaqları bərpa edir. İltihab əleyhinə təsirə malikdir.

Oynaqların, sümüklərin düzgün inkişafında böyük rol oynayır.

Xondroitin – yüksək molekulalı mukopolisaxariddir, qığırdağın düzgün formalaşmasında böyük rol oynayır. Toxumadaki fosfor-kalsium mübadiləsini surətləndirir. Zədələnmiş qığırdağın bərpasını surətləndirir. Ağrını azaldır və zədələnmiş oynaqların hərəkətini yaxşılaşdırır.

Vitamin C – kollagenin sintezini aktivləşdirir, sümüklərin elastikliyini artırır – sınıqların baş verməməsinə mane olur.

İstifadəsinə dair tövsiyələr:

- Onurğanın və oynaqların degenerativ-distrofik xəstəliklər (artrozlar).

- Oynaqların bərpası (travma və sınıqlardan sonra).

İstifadəyə dair məhdudiyyətlər:

Məhsulun tərkibində olan hansısa komponentə qarşı həssaslıq, hamiləlik, laktasiya dövrü.

İstifadə qaydası: 

1 kapsuldan gündə 2 dəfə yemək vaxtı, çoxlu miqdarda su ilə.

Müalicə kursu 6-8 həftə

Buraxılış forması: 

Qutuda 60 kapsul, təlimat vərəqəsi ilə birlikdə.

Dərman vasitəsi deyil, qidaya əlavədir.

Saxlanma şəraiti: 

250C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır.

Yararlıq müddəti: 

Yararlıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı: 

Olimp Laboratories, Nagawczyna 109 c, Poland-39-200 Debica

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow