Fungipar 150 nə üçündür?
Fungipar triazol qrupundan olan göbələkəleyhinə vasitədir. Flukonazol preparatının aktiv maddəsi olub, göbələk hüceyrələrinin membranlarında steroid sintezinin güclü selektiv inhibitorudur.

Fungipar haqqında məlumat
- Fungipar qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- Fungipar nə üçündür?
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Fungipar qiyməti
Fungipar qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Fungipar 150 qiyməti 9 azn - 12 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fungipar qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
FUNGİPAR™ 150 mq bərk kapsullar
FUNGIPAR™
Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 150 mq flukonazol vardır.
Köməkçi maddələr: laktoza monohidrat 200, qarğıdalı nişastası, natrium laurilsulfat, kolloidal silisium dioksid, kroskarmelloza natrium (A tipi), talk, maqnezium stearat.
Təsviri
№ 1 ölçülü, bərk jelatin kapsullardır, gövdəsi ağ və qapağı bənövşəyi rəngdədir, kapsulun içərisində ağ rəngə toz vardır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələkəleyhinə preparatlar. Triazol törəmələri.
ATC kodu: J02AC01.
Farmakoloji xüsusiyyətləri
Fungipar nə üçündür?
Farmakodinamikası
Fungipar triazol qrupundan olan göbələkəleyhinə vasitədir. Flukonazol preparatının aktiv maddəsi olub, göbələk hüceyrələrinin membranlarında steroid sintezinin güclü selektiv inhibitorudur. Preparatın təsir mexanizmi sitoxrom P450-nin blokadası ilə əlaqədardır. Flukonazol göbələk hüceyrələrinin lanosterolunun erqosterola çevrilməsini inhibə edir; hüceyrə membranının keçiriciliyini yüksəldir, onun inkişafını və replikasiyasını pozur. Göbələklərin sitoxrom P450 ferment sisteminə qarşı yüksək seçiciliyə malik olub, insan orqanizmində bu fermentləri demək olar ki, inhibə etmir (intrakonazol, klotrimazol, ekonazol və ketokonazol preparatları ilə müqayisədə insanın qaraciyər mikrosomlarında sitoxrom P450 fermentindən asılı olan oksidləşdirici prosesləri daha az dərəcədə zəiflədir). Antiandrogen aktivliyə malik deyil.
Opportunistik, o cümlədən, Candida spp. (immunodepressiya fonunda kandidozun yayılmış formaları daxil olmaqla), Cryptococcus neoformans və Coccidioides immitis (kəllədaxili infeksiyalar daxil olmaqla), Microsporum spp. və Trichophyton spp.; Blastomyces dermatidis ilə törənən endemik mikozlarda, Histoplasma capsulatum (o cümlədən, immunodepressiya zamanı) tərəfindən törədilən mikozlarda aktivdir. Bədxassəli törəməli pasiyentlərdə göbələk infeksiyasının profilaktikası üçün onların sitostatiklərlə və ya şüa terapiyasının aparılması zamanı; immunitet zəiflədikdə və göbələk infeksiyasının inkişafı təhlükəsi olduqda, orqan köçürməsində və digər hallarda.
Farmakokinetikası
Preparat tez və kifayət qədər tam şəkildə mədə-bağırsaq traktından (MBT) sorulur (qida sorulmanın sürətinə təsir etmir). Biomənimsənilməsi 90% təşkil edir. Acqarına qəbul etdikdən sonra maksimal konsentrasiyaya 0,5-1,5 saatdan sonra çatır. Plazma zülalları ilə 11-12% birləşir. Orqanizmin bütün mayelərinə yaxşı nüfuz edir. Ana südündə, oynaq maye-
sində, ağız suyunda, bəlğəmdə və peritoneal mayedə aktiv maddənin konsentrasiyası qan plazmasındakı konsentrasiyası kimidir. Vaginal ifrazatda sabit səviyyəsi daxilə qəbul edildikdən 8 saat sonra çatır və bu səviyyədə 24 saatdan az olmayaraq qalır. Göbələk meningiti zamanı onurğa mayesində konsentrasiyası plazmadakına nisbətən 80% təşkil edir. Ekrin tərdə epidermisdə və buynuz qatda konsentrasiyası, zərdab-dakı konsentrasiyasını aşır (selektiv toplanma), 80%-i dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə, qalan hissəsi metabolitlər şəklində xaric olur. Dövr edən metabolitləri aşkar edilməmişdir. Yarımxaricolma dövrü təqribən 30 saat təşkil edir.
Flukonazolun farmakokinetikası böyrəklətrin funksiyasından əhəmiyyətli dərəcədə asılıdır, bununla yanaşı yarımxaricolma dövrü ilə kreatininin klirensi arasında geridönən düz mütənasib asılılıq mövcuddur. Hemodializdən sonra 3 saat ərzində flukonazolun qan plazmasında konsentrasiyası 50%-ə qədər azalır.
İstifadəsinə göstərişlər
Flukonazol aşağıdakı göbələk infeksiyalarında göstərilir:
Böyüklərdə müalicə üçün
- Kriptokokk meningiti
- Koksidioidomikoz
- İnvaziv kandidoz
- Mukozal kandidoz (orofaringeal, esofageal kandidoz, kandiduriya və xroniki mukokutan kandidoz da daxil olmaqla)
- Xroniki ağız atrofik kandidozu (ağız boşluğu gigiyenası və ya yerli müalicə yetərli olmadıqda)
- Yerli terapiya uyğun olmadıqda vaginal kandidoz, kəskin və ya təkrarlanan
- Yerli terapiya uyğun olmadıqda kandidalı balanit
- Dermatomikoz (pəncə mikozu, bədənin dəri səthindəki mikozları, qasıq nahiyəsinin dermatomikozu, əlvan dəmrov və sistem mualicə tələb edən dəri kandidozlrı daxil olmaqla)
- Onikomikoz (dırnağın göbələk xəstəli), digər dərmanlar uyğun olmadıqda
Böyüklərdə profilaktika üçün
- Kriptokokk meningitin təkrarlanması (yüksək residiv riski olan xəstələrdə)
- HİV-ə yoluxmuş xəstələrdə orofaringeal və ya ezofageal kandidozun təkrarlanması (yüksək residiv riski olan xəstələrdə)
- Təkrarlanan vaginal kandidoz halları (ildə 4 və ya daha çox epizod)
- Uzun müddət davam edən neytropeniyası olan xəstələrdə (məsələn, ximiyaterapiya alan hematoloji bədxassəli törəmələr olan xəstələrdə və ya hematopoetik kök hüceyrə transplantasiyasını keçirən xəstələrdə)
Yeni doğulmuş körpələr, körpələr və 0 -17 yaş arasında olan uşaqlar və yeniyetmələr üçün
- Selikli qişaların kandidozun (orofaringeal, oesophageal), invaziv kandidozun, kriptokokk meningitin və immuniteti zəif olan xəstələrdə kandidoz infeksiyaların profilaktikası
- Residiv riski yüksək olan uşaqlarda kriptokokk meningitin təkrarlanmasının qarşısını almaq üçün dəstəkləyici müalicə kimi
Müalicə laboratoriya tədqiqatların nəticələri məlum olmamışdan əvvəl başlana bilər; lakin bu nəticələr əldə edildikdən sonra infeksiyaya qarşı terapiya müvafiq olaraq tənzimlənməlidir.
Əks göstərişlər
Flukonazola, digər azol qrupundan olanbirləşmələrə və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Qarşılıqlı təsirin tədqiqatından əldə edilən nəticələrə əsasən yüksək doza 400 mq və daha çox dozada Flukonazol qəbul edən xəstələrdə onunla yanaşı Terfenadin qəbul edilməsi əks-göstərişdir. Flukonazol qəbul edən xəstələrin paralel olaraq Sizaprid qəbul etməsi əks-göstərişdir. QT intervalını uzadan və sitoxrom P450 (CYP) 3A4 ilə metabolizə olunan digər dərman vasitələri (sizaprid, astemizol, pimozid, xinidin və eritromisin), flukonazol qəbul edən xəstələr üçün əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dermatofitiya
Flukonazolun istifadəsi ilə aparılan tədqiqatın nəticələrinə əsasən, uşaqlarda dermatofitiyanın müalicəsi üçün flukonazolun effektivliyi qrizeofulvinin effektivliyindən yüksək deyil və effektivliyin ümumi göstəricisi 20 %-dən aşağıdır. Bu səbəbdən dermatofitiyanın müalicəsi üçün flukonazolu istifadə etmək olmaz.
Kriptokokkoz
Digər lokalizasiyalı kriptokokkozun (məsələn, ağciyər kriptokokkozu və dəri kriptokokkozu) müalicəsi üçün flukonazolun effektivliyi kifayət qədər təsdiq olunmamışdır və bu səbəbdən, göstərilən xəstəliklərin müalicəsi üçün preparatın dozalanma rejimləri barədə heç bir tövsiyə yoxdur.
Dərin endemik mikozlar
Endemik mikozların digər növlərinin, məsələn, parakoksidioidomikozun, histoplazmozun və dəri-limfa sporotrixozunun müalicəsi üçün flukonazolun effektivliyi kifayət qədər təsdiq olunmamışdır və bu səbəbdən, həmin xəstəliklərin müalicəsi üçün preparatın dozalanma rejimləri barədə heç bir tövsiyə yoxdur.
Böyrək sistemi
Böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlərə flukonazolu ehtiyatla təyin etmək lazımdır (“İstifadə qaydası və dozası“ bölməsinə bax).
Böyrəküstü vəzilərin çatışmazlığı
Məlum olduğu kimi, ketokonazol böyrəküstü vəzilərin çatışmazlığının meydana çıxmasına səbəb olur və bu təsir həmçinin, nadir hallarda müşahidə olunsa belə, flukonazola da aid ola bilər. Eyni zamanda istifadə ilə əlaqəli böyrəküstü vəzilərin çatışmazlığı “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində təsvir edilmişdir.
Hepatobiliar sistem
Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır. Flukonazolun istifadəsi, ilk növbədə, ağır dərəcəli əsas xəstəlikləri qeyd olunan pasiyentlərdə, ölüm hallarının baş verməsi daxil olmaqla, nadir hallarda ağır hepatotoksikliyin meydana çıxması ilə assosiasiya olunmuşdur. Hepatotoksikliyin meydana çıxması flukonazolun istifadəsi ilə assosiasiya olunduğu hallarda, həmin vəziyyətin preparatın ümumi sutkalıq dozasından, müalicənin davametmə müddətindən, pasiyentin cinsindən və ya yaşından aşkar asılılığı müəyyən edilməmişdir. Adətən, flukonazolun istifadəsi nəticəsində meydana çıxan hepatotoksiklik müvəqqəti xarakter daşıyır və müalicə dayandırıldıqdan sonra onun təzahürləri aradan qalxır.
Qaraciyərin daha ağır dərəcəli zədələnməsinin qarşısını almaq məqsədi ilə, flukonazolun istifadəsi zamanı qaraciyərin funksional sınaqlarının nəticələrinin dəyişməsi qeyd olunan pasiyentlərin vəziyyətlərinə diqqətlə nəzarət etmək lazımdır.
Pasiyentləri, qaraciyərə ciddi təsir göstərə biləcək simptomlar (şiddətli asteniya, anoreksiya, daimi ürəkbulanma, qusma və sarılıq) barədə məlumatlandırmaq vacibdir. Qeyd olunan vəziyyətlərdə, flukonazolun istifadəsini dərhal dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.
Ürək-damar sistemi
Bəzi azolların, o cümlədən flukonazolun istifadəsi, elektrokardioqrammada QT intervalının uzanması ilə assosiasiya olunur. Flukonazol preparatından istifadə etdikdə, çox nadir hallarda QT intervalının uzanması və “piruet” tipli paroksizmal mədəcik taxikardiyası barədə məlumatlar daxil olmuşdur. Belə məlumatlar, ürəyin struktur xəstəlikləri, elektrolit mübadiləsinin pozulması və həmçinin, QT intervalına təsir göstərən digər dərman preparatlarının eyni zamanda istifadəsi kimi, bir çox risk faktorları ilə birlikdə ağır xəstəlikləri qeyd olunan pasiyentlərə aiddir.
Aritmiyaların inkişaf etmə riski qeyd olunan pasiyentlərdə flukonazolu ehtiyatla istifadə etmək lazımdır. Preparatın QTc intervalının uzanmasına səbəb olan və sitoxrom P450 sistemin CYP3A4 fermenti vasitəsilə metabolizmə məruz qalan dərman preparatları ilə eyni zamanda istifadəsi əks göstərişdir.
Halofantrin
Halofantrin CYP3A4 izofermentin substratıdır və tövsiyə olunan terapevtik dozalarda istifadə edildikdə, QTc intervalının uzanmasına səbəb olur. Halofantrinin flukonazol ilə eyni zamanda istifadəsi tövsiyə edilmir.
Dermatoloji reaksiyalar
Flukonazoldan istifadə etdikdə, nadir hallarda Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi, eksfoliativ dəri reaksiyalarının inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Bir çox dərman preparatlarından istifadə etdikdə, QİÇS-dən əziyyət çəkən pasiyentlər ağır dərəcəli dəri reaksiyalarının inkişaf etməsinə daha çox meyllidirlər. Səthi göbələk infeksiyaları qeyd olunan pasiyentlərdə, flukonazolun istifadəsi ilə əlaqələndirilə bilən səpgilər meydana çıxdığı halda, preparatın sonrakı istifadəsini dayandırmaq lazımdır. İnvaziv/sistem göbələk infeksiyaları qeyd olunan pasiyentlərdə dəri üzərində səpgilər əmələ gəldikdə, onların vəziyyətlərinə ciddi nəzarət etmək, bulloz səpgilər və ya multiform eritema inkişaf etdiyi halda, flukonazolun istifadəsini dayandırmaq lazımdır.
Hiperhəssaslıq
Nadir hallarda anafilaktik reaksiyaların inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur.
Sitoxrom P450
Flukonazol CYP2C9 izofermentin güclü və CYP3A4 izofermentin mülayim inhibitorudur. Eyni zamanda, flukonazol CYP2C19 izofermentin inhibitorudur. Flukonazol preparatını CYP2C9, CYP2C19 və CYP3A4 izofermentlər vasitəsilə metabolizmə məruz qalan dar terapevtik pəncərəyə malik olan digər preparatlarla eyni zamanda istifadə edən pasiyentlərin vəziyyətlərini müşahidə etmək lazımdır.
Terfenadin
Terfenadini və sutkada 400 mq-dan aşağı dozada flukonazolu eyni zamanda istifadə edən pasiyentlərin vəziyyətlərinə ciddi nəzarət etmək lazımdır.
Köməkçi maddələr
Preparatın tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi, nadir irsi xəstəlikləri qeyd olunan pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz.
Uşaqlar
Bu kateqoriyadan olan pasiyentlərə kapsul formasında Flukonazol preparatını yalnız, uşaqlar kapsulları təhlükəsiz daxilə qəbul edə bildiyi halda təyin etmək olar ki, bu da adətən, 5 yaşından sonra mümkündür (“İstifadə qaydası və dozası” bölməsinə bax).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıdakı digər dərman vasitələrinin Flukonazolla eyni vaxtda istifadəsi əks göstərişdir.
Sizaprid
Flukonazol və Sizaprid kombinasiyası qəbul edən xəstələrdə “torsade de pointes” tipli taxikardiya tutmaları də daxil olmaqla ürək hadisələri haqqında məlumatlar var. Flukanazolla bir yerdə istifadə etdikdə mədəciklərin aritmiyası (torsades de pointes) riskini artırır. Flukanazolun Sizapridlə qarşılıqlı təsiri Sizapridin plazma səviyyələrini əhəmiyyətli dərəcədə artırır və QT intervalını uzadır. Flukanazol qəbul edən xəstələrə Sizapridin təyini məsləhət görülmür.
Terfenadin
Terfenadinlə birlikdə göbələkəleyhinə azollar qəbul edən xəstələrdə qarşılıqlı təsirin öyrənilməsi üçün tədqiqatlar keçirilmişdir. Flukonazolu 200 mq/gün dozada qəbul etdikdə QT intervalının uzanması müəyyən edilməmişdir, bununla belə flukonazolun 400 mq və 800 mq gündəlik dozalarda başqa tədqiqat göstərmişdir ki, preparat 400 mq və daha yüksək gündəlik dozada qan plazmasında terfenadinin qatılığını əhəmiyyətli dərəcədə artırmışdır. Terfenadinin və 400 mq/gün dozada flukonazolun birlikdə qəbul edilməsi əks göstərişdir. Eyni vaxtda terfenadin və flukonazolu 400 mq/gün-dən kiçik gündəlik dozada qəbul edən xəstələr müşahidə altında olmalıdırlar.
Astemizol qəbul etmiş xəstələrin flukonazol qəbul etməsi birincinin klirensinin azalmasına və bunun nəticəsi kimi qan plazmasında onun qatılığının artmasına gətirib çıxara bilər. Göstərilən effekt QT intervalının uzanması və nadir hallarda “torsade de pointes” tipli taxikardiya tutmaları ilə müşayiət oluna bilər. Flukonazol və astemizolun birlikdə istifadəsi əks göstərişdir.
Pimozid
In vitro və ya in vivo tədqiqatların olmamasına baxmayaraq, flukonazolun pimozidlə eyni vaxtda qəbulu pimozid metabolizmini gecikməsi ilə nəticələnə bilər. Plazmada pimozidin konsentrasiyasının artması QT-nin uzanmasına və “torsade de pointes”tipli tutmalara nadir hallarda rast gəlinməsinə səbəb ola bilər. Flukonazol və pimozidin birlikdə istifadəsi əks göstərişdir
Xinidin
In vitro və ya in vivo tədqiqatların olmamasına baxmayaraq, flukonazolun xinidinlə eyni vaxtda qəbulu xinidinin metabolizmini gecikməsi ilə nəticələnə bilər. Plazmada xinidin konsentrasiyasının artması QT-nin uzanmasına və “torsade de pointes” tipli tutmalara nadir hallarda rast gəlinməsinə səbəb ola bilər. Flukonazol və xinidinin birlikdə istifadəsi əks göstərişdir.
Eritromisin
Flukonazol və eritromisinin eyni vaxtda istifadəsi kardiotoksikliyin riskini artırır (QT intervalın artması, “torsade de pointes”) və nəticədə qəfil ürək ölümünə səbəb ola bilər. Flukonazol və eritromisinin birlikdə istifadəsi əks göstərişdir.
Aşağıdakı digər dərman vasitələrinin eyni vaxtda istifadəsi tövsiyə olunmur:
Halofantrin
Fluconazol, CYP3A4-ə inhibitor təsiri səbəbindən halofantrin plazma konsentrasiyasını artıra bilər. Flukonazol və halofantrinin eyni vaxtda istifadəsi kardiotoksikliyin riskini artırır (QT müddətinin artması, “torsade de pointes”) və nəticədə qəfil ürək ölümünə səbəb ola bilər. Flukonazol və halofantrinin birlikdə istifadəsi tövsiyyə olunmur.
Ehtiyatla istifadə oluna bilən kombinasiyalar
Amiodaron
Flukonazolun amiodarone ilə eyni vaxtda qəbulu QT müddətini artıra bilər. Buna görə də, hər iki dərmanın birlikdə qəbulu zamanı xüsusilə də yüksək dozada flukonazol (800 mq) ilə kombinasiyası zamanı ehtiyatlı olmaq lazımdır.
Aşağıdakı digər dərman vasitələrinin eyni vaxtda istifadəsi ehtiyat tədbirləri və doza düzəlişləri tələb edir.
Digər dərman vasitələrinin flukonazola təsiri
Hidroxlortiazid
Farmakokinetik qarşılıqlı tədqiqata uyğun, flukonazol ilə birgə bir neçə doza hidroxlortiazid qəbul edən sağlam könüllülərdə plazmada flukonazolun konsentrasiyası 40% artdı. Bu artma sidikqovucu dərmanları yanakı qəbul edən subyektlərdə flukonazolun doza rejimində dəyişiklik tələb etmir.
Rifampisin
Flukonazol və rifampisinin birlikdə qəbul edilməsi, flukonazolun metabolizminin sürətlənməsi nəticəsində, flukonazolun AUC göstəricisinin 25% və yarımparçalanma dövrünün 20% azalmasına gətirib çıxarır. Qeyd olunan preparatları eyni vaxtda qəbul edən xəstələr üçün, adekvat olaraq flukonazolun dozasını artırılması nəzərdən keçirilməlidir.
Qarşılıqlı tədqiqatlar göstərir ki, qida, simetidin, antasidlər ilə birlikdə və ya sümük iliyinin nəqli üçün ümumi bədən şüalanmasından sonra flukonazolun daxilə qəbulu kliniki cəhətdən onun sorulmasında əhəmiyyətli dərəcədə pozulması baş vermir.
Flukonazolun digər dərman məhsullarına təsiri
Flukonazol, sitoxrom P450 (CYP) izoenzimləri 2C9 və 3A4 zəif inhibitorudur. Flukonazol eyni zamanda CYP2C19 izoziminin güclü inhibitorudur. Aşağıda göstərilən/sənədləşdirilmiş qarşılıqlı təsirlərə əlavə olaraq, flukonazol ilə birqə qəbul olunan CYP2C9, CYP2C19 və CYP3A4 ilə metabolizə olunan digər birləşmələrin plazmada konsentrasiyasının artma riski var.
Buna görə bu birləşmələrdən istifadə edərkən ehtiyatlı olmaq lazımdır və xəstələr diqqətlə izlənilməlidir. Flukonazolun uzun yarımparçalanma dövrü olduğuna görə, onun inhibə təsiri flukonazol ilə müalicəni dayandırılmasından 4-5 gün sonra davam edir.
Alfentanil
Sağlam könüllülərdə flukonazol (400 mq) və venadaxili alfentanil (20 mkq/kq) ilə müşayiət olunan müalicə zamanı, yəqin ki CYP3A4 inhibəsinə görə, alfentanilin AUC10 2 dəfə artir. Alfentanilin doza tənzimlənməsi zəruri ola bilər.
Amitriptilin, nortriptilin
Flukonazol amitriptilin və nortriptilinin təsirini artırır. 5-nortriptilin və/və ya S-amitriptilin müalicənin başlanğıcında və bir həftədən sonra ölçülə bilər. Lazım gələrsə, amitriptilin/nortriptilinin dozası tənzimlənməlidir.
Amfoterisin B
Yoluxmuş normal və immunospressiya edilmiş siçanlarda flukonazol və amfoterisin B eyni vaxtda qəbulu aşağıdakı nəticələr göstərdi: C.albicans ilə sistem infeksiyasında kiçik bir əlavə göbələkəleyhinə təsir, Cryptococcus neoformans ilə beyindaxili infeksiyada qarşılıqlı təsirin olmamsı və Aspergillus fumigatus ilə sistemik infeksiyada iki dərman məhsulunun antaqonizmi. Bu tədqiqatlarda əldə edilən nəticələrin klinik əhəmiyyəti məlum deyil.
Antikoagulyantlar
Post-marketinq tədqiqatlarda, digər göbələkəleyhinə azollar olduğu kimi, varfarin ilə eyni vaxtda flukonazol qəbul edən xəstələrdə protrombin vaxtının artması ilə birlikdə qanaxma hadisələri (qanaxma, burun qanaxması, mədə-bağırsaq qanaxması, sidikdə və nəcisdə qan) qeyd olunmuşdur. Flukonazol və varfarin ilə yanaki müalicə zamanı, yəgin ki CYP2C9 vasitəsilə varfarin metabolizmini azalması səbəbindən, protrombin vaxtı 2 dəfə uzanır. Flukonazol ilə kumarin tipli antikoaqulyantlar və ya indandion antikoaqulyantları eyni zamanda qəbul edən xəstələrdə protrombin vaxtı diqqətlə yoxlanılmalıdır. Antikoagulyantın doza tənzimlənməsi zəruri ola bilər.
Benzodiazepinlər (qısamüddətli təsirə malik), məsələn midazolam, triazolam
Midazolamın daxilə qəbulundan sonra flukonazol midazolamın konsentrasiyasını və psixomotor effektlərini əhəmiyyətli dərəcədə artırır.
Flukonazolla (200 mq) və midazolamın (7.5 mq) eyni vaxtda daxilə qəbulu, midazolamın AUC-nu və yarımxaricolma dövrünü müvafiq olaraq 3,7 dəfə və 2,2 dəfə artırır.
Gündəlik flukonazolla (200 mq) və triazolamın (0.25 mq) eyni vaxtda qəbulu, triazolamın AUC-nu və yarımxaricolma dövrünü müvafiq olaraq 4,4 dəfə və 2,3 dəfə artırır. Flukonazol və triazolam ilə eyni vaxtda müalicə zamanı triazolamın güçlənmiş və uzunmüddətli təsiri müşahidə edilmişdir.
Flukonazol qəbul edən xəstələrə yanaşı benzodiazepinin təyini zəruridirsə, benzodiazepinin dozası aşağı salınmalı və xəstələrə müvafiq qaydada nəzarət edilməlidir.
Karbamazepin
Flukonazol karbamazepinin metabolizmini azaldır və karbamazepinin zərdabda 30% artması müşahidə olunur. Karbamazepinin toksikliyinin artma riski var. Konsentrasiyanın ölçülməsindən/təsirindən asılı olaraq karbamazepinin doza tənzimlənməsi tələb oluna bilər.
Kalsium kanallarının blokatorları
Müəyyən kalsium kanalların antaqonistləri (nifedipin, isradipin, amlodipin, verapamil və felodipin) CYP3A4 ilə metabolizə olunur. Flukonazol, kalsium kanallarının antaqonistlərinin sistem təsirini gücləndirmək potensialına malikdir. Əlavə təsirlərin tez-tez monitorinqi tövsiyə olunur.
Selekoksib
Flukonazol (gündə 200 mq) və selekoksib (200 mq) ilə eyni vaxtda müalicə zamanı selekoksibin Cmax və AUC müvafiq olaraq 68% və 134% artmışdır. Selekoksib dozasının yarısı flukonazol ilə kombinasiyasında lazım ola bilər.
Siklofosfamid
Siklofosfamid və flukonazol ilə eyni vaxtda müalicəsi zərdabda bilirubin və kreatinin artımına səbəb olur. Siklofosfamid və flukonazol ilə birgə istifadə zamanı zərdabda bilirubinin və kreatinin artması riski nəzərə alinmalıdır.
Fentanil
Fentanil ilə flukonazolun qarşılıqlı təsiri nəticəsində, Fentanil ilə intoksikasiya səbəbindən bir ölüm hadisəsi barədə məlumat mövcuddur. Bundan əlavə, sağlam könüllülərdə aparılan tədqiqat flukonazol fentanilin bədəndən xaric olmasını əhəmiyyətli dərəcədə gecikməsini göstərilmişdir. Fentanilin yüksək konsentrasiyası tənəffüsün çətinləşməsinə səbəb ola bilər. Tənəffüs çətinləşməsinin potensial riskinə görə xəstələr diqqətlə nəzarət olunmalıdırlar. Fentanilin dozasını tənzimləmək lazım ola bilər.
HMQ-KoA-reduktazanın inhibitorları
Flukonazol atorvastatin və simvastatin kimi CYP3A4-lə və ya fluvastatin kimi CYP2C9-lə metabolizə olunan HMG-CoA reduktazanın inhibitorları ilə birgə müalicəsi miopatiya və rabdomioliz riskini artırır. Belə kombinasiya ilə müalicə vacibdirsə, xəstələrdə miopatiya və rabdomioliz əlamətləri və kreatinkinaza fermentinin monitorinqi aparılmalıdır.
Kreatinkinazanın göstəricisilərində nəzərəçarpan dərəcədə artım müşahidə edildikdə və ya miopatiya/rabdomioliz diaqnozu qoyulubsa və ya şübhə varsa, HMQ-KoA reduktazanın inhibitorlarının istifadəsi dayandırılmalıdır.
Olaparib
Flukonazol kimi CYP3A4 inhibitorları plazmada olaparibin konsentrasiyasını artırır; kombinasiyada istifadəsi tövsiyə olunmur. Birgə müalicənin qarşısını almaq mümkün olmadıqda, olaparibin dozası gündə iki dəfə 200 mq qədər azaldılmalıdır.
İmmunosupresorlar (məs. siklosporin, everolimus, sirolimus və takrolimus)
Siklosporin
Flukonazol siklosporinin konsentrasiyasını və AUC əhəmiyyətli dərəcədə artırır. Gündəlik 200 mq flukonazol və siklosporin (2,7 mq/kq/gün) müalicə zamanı siklosporinin AUC 1,8 dəfə artır. Bu kombinasiya siklosporinin konsentrasiyasından asılı olaraq onun dozasını azaltmaqla istifadə oluna bilər.
Everolimus
İn vivo və ya in vitro öyrənilməsinə baxmayaraq, flukonazol CYP3A4 inhibə etməklə everolimusun zərdabda konsentrasiyasını artıra bilər.
Sirolimus
Flukonazol, sirolimusun CYP3A4 və P-glikoprotein vasitəsilə metabolizmini gecikdirməklə, sirolimusun plazmada konsentrasiyasını artırır. Bu kombinasiya təsir/konsentrasiya nəticələrindən asılı olaraq sirolimusun doza tənzimlənməsindən sonra istifadə edilə bilər.
Takrolimus
Flukonazol və peroral takrolimusun birlikdə qəbul edilməsi CYP3A4 vasitəsilə sonuncunun metabolizminin inhibə edilməsi nəticəsində onun zərdabdakı qatılıqlarının 5 dəfə artmasına gətirib çıxara bilər. Göstərilən effekt nefrotoksikliklə bağlı ola bilər. Lakin takrolimusun venadaxilinə yeridilməsi zamanı əhəmiyyətli dərəcədə farmakokinetik dəyişikliklər müşahidə edilməmişdir. Takrolimus və flukonazol qəbul edən xəstələr müşahidə altına alnmalıdırlar.
Lozartan
Flukonazol lozartanın aktiv metabolitinə aparan metabolizmini (E-31 74) inhibə edir, hansı ki lozartan ilə müalicə zamanı əmələ gələn angiotensin-II reseptorlarının antaqonizminin böyük qisminə cavabdehdir. Xəstələr qan təzyiqini davamlı olaraq nəzarətdə saxlamalıdırlar.
Metadon
Flukonazol metadonun zərdabda konsentrasiyasını artıra bilər. Metadonun dozası tənzimlənməsi zəruri ola bilər.
Qeyri-steroid iltihabəleyhinə preparatlar
Fluribuprofenlə monoterapiya ilə müqayisədə flukonazol ilə birgə müalicə zamanı fluriprofenin Cmax və AUC müvafiq olaraq 23% və 81% artmışdır. Eynilə, rasemik fluribuprofenlə monoterapiya ilə müqayisədə flukonazol ilə 400 mq rasemik fluribuprofenlə birgə müalicə zamanı, farmakoloji cəhətdən aktiv izomeri [S-(+)-ibuprofenin] Cmax və AUC müvafiq olaraq15% və 82% artmışdır.
Xüsusi öyrənilməsədə, flukonazol CYP2C9 ilə metabolizə olunan digər QSİƏP-larin (məsələn, naproksen, lornoksikam, meloksikam, diklofenak) sistem təsirini artırmaq potensialına malikdir. QSİƏP ilə əlaqəli əlavə təsirlərlərin və toksikliyi tez-tez nəzarəti tövsiyə olunur. QSİƏP-larin dozasının tənzimlənməsi tələb oluna bilər.
Fenitoin
Flukonazol fenitoinin metabolizmini qaraciyərdə inhibə edir. Flukonazolun 200 mq və fenitoininin 250 mq venadaxili təkrar yeridilməsi, fenitoinin AUC24 75% və Cmin 128% artmasına gətirir. Kombinasiya zamanı fenitoinin toksikliyinin qarşısını almaq üçün fenitoinin zərdabda konsentrasiyasının səviyyəsi nəzarət edilməlidir.
Prednizon
Flukonazol ilə üç aylıq müalicə dayandırılığdan sonra, prednizon qəbul edən qaraciyər transplantasiyası keçirən xəstədə kəskin böyrəküstü vəzilərinin qabığı çatışmazlığı inkişaf etdiyi barədə məlumat var.
Flukonazolun dayandırılması, ehtimal ki, CYP3A4 fəaliyyətini güçləndirib prednizonun metabolizmasının artmasına səbəb oldu. Flukonazol və prednizon ilə uzunmüddətli müalicə alan xəstələr flukonazol dayandırıldıqda böyrəküstü vəzilərinin qabığı çatışmazlığına görə diqqətlə nəzarət edilməlidirlər.
Rifabutinin
Flukonazol rifabutinin zərdabda konsentrasiyasını artırır və rifabutinin AUC 80%-ə qədər artmasına səbəb olur. Flukonazol və rifabutini birgə qəbul edən xəstələrdə uveit barədə məlumat verilmişdir. Kombinə müalicə zamanı rifabutinin toksiki simptomlar nəzərə alınmalıdır.
Sakvinavir
Flukonazol, sakvinavirin qaraciyərdə metabolizmini CYP3A4 tərəfindən inhibə etməklə və P-glikoproteini inhibə etməklə, saquinavirin AUC və Cmax müvafiq olaraq 50% və 55% artırır.
Sakvinavir/ritonavir kombinasiyasın öyrənilməyib və daha güclü ola bilər. Sakvinavirin doza tənzimlənməsi zəruri ola bilər.
Sulfonilsidik cövhəri qrupu
Sağlam könüllülərdə flukonazol sulfonilsidik cövhəri qrupuna aid dərman vasitələri ilə (məsələn, xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamid) daxilə kombinasiya qəbul etdiyi zaman bu preparatların zərdabda yarımparçalanma dövrünün uzatdığını göstərilmişdir. Kombinasiya zamanı qan qlükozasının tez-tez monitorinqi və sulfonilsidik cövhəri qrupuna aid dərman vasitələrinin dozası müvafiq dərəcədə azaldılması tövsiyə olunur.
Teofillin
Yoxlanılmış qarşılıqlı təsir plasebo-nəzarət tədqiqat zamanı 14 gün ərzində 200 mq flukonazol təyini teofillinin orta plazma klirensinin 18 % azalmasına səbəb olmuşdur. Yüksək dozada teofillinlə müalicə olunan və ya teofillinin yüksək toksiklik riski olan xəstələr yanaşı olaraq flukonazol qəbul etdiklərində diqqətlə nəzarətə alınmalıdırlar. Teofillin ilə zəhərlənmə əlaməti aşkar edildikdə müalicə uyğun olaraq dəyişdirilməlidir.
Tofasitinib
Flukonazolla eyni vaxtda istifadəsi zamanı tofasitinibin təsiri artdığı üçün onun dozasını gündə 1 dəfə 5 mq-a qədər azaltmaq lazımdır.
Vinca alkaloidləri
Tədqiqatlrın olmamasına baxmayaraq, flukonazol vinca alkaloidlərinin (məsələn, vinkristin və vinblastin) plazmada səviyyəsini artıra bilər və CYP3A4-in təsirinə görə yaranan neyrotoksikliyə səbəb ola bilər.
Vitamin A
Məlumat var, ki trans-retinoid turşusu (A vitamininin turşu forması) və flukonazol ilə birgə müalicə qəbul edən bir xəstədə mərkəzi sinir sistemi tərəfindən yaranan və flukonazol dayandırıldıqdan sonra keçən beynin psevdotumoru kimi əlavə təsir qeyd olunmuşdur. Bu kombinasiyadan istifadə edilə bilər, lakin mərkəzi sinir sistemi tərəfindən yaranan əlavə təsirlər nəzərə alınmalıdırlar.
Vorikonazol: (CYP2C9, CYP2C19 və CYP3A4 inhibitoru)
Daxilə qəbul olunan vorikonazol (1 gün ərzində 400 mq Q12h, sonra 2,5 gün ərzində 200 mq Q12h) və flukonazol (1 gündə 400 mq, sonra 200 mq Q24h 4 gün) 8 sağlam kişi subyektlərdə vorikonazolun orta Cmax və orta AUC müvafiq olaraq 57% (90% CI: 20%, 107%) və 79% (90% CI: 40%, 128%) artması qeyd olunmuşdur. Bu təsiri aradan qaldıracaq vorikonazol və flukonazolun azalmış dozası və/və ya qəbulun tezliyi müəyyən edilməmişdir. Vorikonazol flukonazoldan sonra ardıcıl olaraq istifadə olunarsa, vorikonazol ilə əlaqəli əlavə təsirlərin monitorinqi tövsiyə olunur.
Zidovudin
Daxilə qəbul edilən zidovudinin klirensi təxminən 45% azalma səbəbindən flukonazol zidovudinin Cmax və AUC müvafiq olaraq 84% və 74% artırır. Zidovudinin yarımparçalanma dövrü də flukonazol ilə birgə müalicədən sonra təqribən 128% uzadılmışdır. Bu kombinasiyanı alan xəstələrdə zidovudinlə əlaqəli mənfi reaksiyaların inkişafına nəzarət edilməlidir. Zidovudinin dozasının azaldılması nəzərdən keçirilə bilər.
Azitromisin
Azitromisinin birdəfəlik 1200 mq dozası və flukonazolun 800 mq dozasının daxilə qəbulu ilə müalicə olunan 18 sağlam könüllülər üzərində aparılmış açıq tədqiqatda flukonazol ilə azitromisin arasında əhəmiyyətli dərəcədə farmakokinetik qarşılıqlı təsir müşahidə edilməyib.
Oral kontraseptiv dərman vasitələri
Oral kontraseptiv dərman vasitələri və flukonazolun çoxsaylı dozasına əsaslanan kombinəedilmiş müalicə zamanı aparılmış iki farmakokinetik tədqiqatda 50 mq flukonazol ilə müalicə olunmuş xəstənin hormonlarının səviyyəsində müvafiq klinik təsirlər müşahidə edilməmişdir. 200 mq flukonazol ilə müalicə olunan qrupdakı etinilestradiolun və levonorgestrelin AUC-i müvafiq olaraq 40 % və 24 % artmışdır.
Bu dozalarda flukonazolun təkrar doza ilə istifadəsinin oral kontraseptiv dərman vasitələri ilə kombinəedilmiş müalicənin effektivliyinə təsiri yoxdur.
İbrutinib
Flukonazol ibrutinibin plazma konsentrasiyasını artırır. İbrutinibin dozasını gündə 1 dəfə 280 mq-a qədər azaltmaq və ciddi monitorinq aparmaq lazımdır.
İvakaftor
Kistik fibroz transmembran keçiriciliyin tənzimləyicisinin (CFTR) gücləndiricisi olan ivakaftor ilə kombinasiya, ivakaftorun təsirini 3 qat və hidroksimetil-ivakaftorun təsirini (M1) 1,9 qat artmışdır. Flukonazol və eritromisin kimi orta CYP3A inhibitorlarını qəbul edən xəstələr üçün İvakaftor dozasının gündə bir dəfə 150 mq endirilməsi tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlar üzərində aparılmış heç bir adekvat yoxlanılmış klinik tədqiqat mövcud deyil.
Müşahidəli tədqiqatda, birinci trimestrdə flukonazol ilə müalicə olunan qadınlarda spontan düşük riskinin artdığı göstərilir.
Flukonazolun yüksək dozası ≥ 400-800 mq/gün ilə 3 ay müddətində koksidioidomikozdan müalicə olunmuş anaların yeni doğulmuş körpələrində çoxsaylı inkişaf anormallıqları (braxisefaliya, qulaqların displaziyası, nəhəng ön əmgək, bud sümüyün əyiməsi və radio-humeral sinostoz) müşahidə edilmişdir. Lakin bu hallarla flukonazolun istifadəsi arasında qarşılıqlı əlaqənin olması müəyyən edilməmişdir.
Heyvanların üzərində aparılan tədqiqatlar reproduktiv toksik təsirin olmasını göstərdi.
Flukonazolun standart dozalarda və qısamüddətli müalicə üçün, zəruri olmadıqda hamiləlikdə istifadəsi tövsiyyə olunmur.
Yüksək dozada və/və ya uzun müddət müalicə üçün flukonazol, hamiləlik dövründə həyati təhlükəsi olan göbələk infeksiyalar istisna olmaqla istifadə edilməməlidir.
Ana südündə: Flukonazolun ana südünə keçir və konsentrasiyası qan plazmasındakı konsentrasiyasına bərabər olur.
Bu səbəbdən, ana südü ilə qidalandırma müddətində preparatın istifadəsi tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Flukonazolun gündəlik dozası göbələk infeksiyasının xarakterinə və ağırlığına əsaslanmalıdır.
Təkrar dozalar tələb edən infeksiyaların müalicəsi klinik parametrlər və laboratoriya testləri aktiv mikotik infeksiyaların tam aradan qalxmasını göstərənədək davam etdirilməlidir.
Müalicənin qeyri-adekvat aparılması aktiv infeksiyanın residivinə gətirib çıxara bilər.
-Böyüklərin istifadəsi
- Kriptokokkoz
Kripkokokkoz meningiti daxil olmaqla xəstə həyatı üçün təhlükəli olan ciddi xəstəliklər üçün uyğunlaşdırılmış gündəlik doza birinci gün birdəfəlik qəbul üçün 400 mq-dır. Sonrakı günlər üçün 200 mq/gün doza məsləhət görülür. Xəstənin klinik reaksiyasından asılı olaraq bu doza 400 mq/gün-ə kimi artırıla bilər.
Adətən kriptokokkoz meningitinin müalicə müddəti 6-8 həftə təşkil edir. Həyata təhlükə yaradan infeksiyalarda gündəlik doza 800 mq qədər artırıla bilər.
Təkrarlanma riski yüksək olan xəstələrdə kriptokokk meningitinin residivin qarşısını almaq üçün gündəlik 200 mq dozada qeyri-müəyyən müddətə təyin olunur.
- Koksidioidomikoz
Gündə bir dəfə 200 mq - 400 mq. Müalicənin müddəti xəstədən asılı olaraq 11 aydan 24 aya və ya daha uzun müddət təşkil edə bilər. Bəzi infeksiyalar üçün və xüsusən də meningit xəstəliyi üçün gündəlik 800 mq qəbul edilə bilər.
- İnvaziv kandidoz
Gündəlik doza birinci gün birdəfəlik qəbul üçün 800 mq-dır. Sonrakı günlər üçün 400 mq/gün doza məsləhət görülür. Ümumiyyətlə, kandemiya üçün tövsiyə olunan müalicə müddəti, qanda ilk mənfi nəticəsindən və kandemiyaya aid əlamət və simptomların aradan qaldırılmasından sonra 2 həftə təşkil edir.
- Mukozal kandidozun müalicəsi
Orofaringeal və esofageal kandidozun müalicəsi üçün gündəlik doza birinci gün birdəfəlik qəbul üçün 200 mq-dan 400 mq-a qədər, sonrakı günlər üçün gündə bir dəfə 100 mq-200 mq doza məsləhət görülür. Orofaringeal kandidozun müalicə müddəti 7-21 gün, esofageal kandidozun isə 14-30 gün (kandidozun remissiyası qədər) tövsiyyə olunur. Ağır immun zəifliyi olan xəstələrdə müalicə daha uzun müddətli ola bilər.
Kandiduriya müalicəsi 7-21 gün, gündə bir dəfə 200 mq - 400 mq təşkil edir. Daha uzun müddətli müalicə ağır immun zəifliyi olan xəstələrdə istifadə edilə bilər.
Xroniki atrofik kandidozun müalicəsi 14 gün, gündə bir dəfə 50 mq təşkil edir.
Xroniki mukokutan kandidozun müalicəsi 28 günə qədər gündə bir dəfə 50 mq - 100 mq təşkil edir. Ağır immun zəifliyi olan xəstələrdə müalicə daha uzun müddətli ola bilər.
- Təkrarlanma riski yüksək olan HİV-ə yoluxmuş xəstələrdə selikli kandidozun residivin profilaktikası
Orofaringeal və esofageal kandidozların profilaktikası gündəlik 100 mq - 200 mq və ya həftədə 3 dəfə 200 mq təşkil edir. Xroniki immunitet çatmamazlığı olan xəstələr üçün profilaktikanın müddəti qeyri-müəyyəndir.
- Cinsi orqanların kandidozu
Kəskin vaginal kandidozunun və kandidalı balanitin müalicəsi birdəfəlik 150 mq təşkil edir. - Təkrarlanan uşaqlıq yolu kandidozun müalicəsi və profilaktikası (ildə 4 və ya daha çox epizod) cəmi 3 doza hər üçüncü gün (1-ci, 4-cü və 7-ci gün) 150 mq, sonra həftədə bir dəfə 150 mq 6 ay təşkil edir.
- Dermatomikozlar
Pəncə mikozu, bədənin dəri səthindəki mikozları, qasıq nahiyəsinin dermatomikozu, dərinin kandidozlu infeksiyasının müalicəsi həftədə bir dəfə 150 mq və ya gündə bir dəfə 50 mq təşkil edir. Müalicənin müddəti 2 - 4 həftə arasında, pəncə mikozu zamanı 6 həftəyə qədər təyin oluna bilər
Çapıqlı dəmrovun müalicəsi 1-3 həftə ərzində həftədə bir dəfə 300 - 400 mq və ya 2-4 həftə gündə bir dəfə 50 mq təşkil edir.
Onikomikozun (dırnağın göbələk xəstəli) müalicəsi həftədə bir dəfə 150 mq təşkil edir.
Müalicə yoluxmuş dırnaq əvəz olunana qədər davam etdirilməlidir (infeksiyasız dırnaq böyüyür). Əllərin və ayaqların dırnaqların böyüməsi normada 3 aydan 6 aya və 6 aydan 12 aya qədər müvafiq olaraq ola bilər. Lakin, böyümə templəri şəxsə və yaşa görə çox fərqli ola bilər. Uzun müddət davam edən xroniki infeksiyaların müvəffəqiyyətlə müalicəsindən sonra, dırnaqların forması dəyişmiş vəziyyətdə qala bilər.
- Uzun müddət davam edən neytropeniya olan xəstələrdə göbələk infeksiyalarının profilaktikası - gündə bir dəfə 200 mq - 400 mq.
Müalicə, neytropeniyanın gözlənilən başlanmasından bir neçə gün əvvəl başlamalı və neytrofil sayının mm³-də 1000 hüceyrədən yuxarı qalxmasından sonra 7 gün davam etməlidir.
- Yaşlılarda istifadəsi
Doza böyrək funksiyasına əsasən təmzinlənməlidir (bax: “Böyrək çatışmazlığı”).
- Böyrək çatışmazlığı olan xəstələrdə
Flukonazol əsasən sidiklə dəyişməz aktiv maddə kimi ixrac olunur. Birdəfəlik doza ilə müalicə zamanı doza düzəlişlərə ehtiyac yoxdur. Yüksək dozada Flukonazol qəbul edən böyrək çatışmazlığı olan xəstələrdə (uşaqlar daxil olmaqla), xəstəliyin göstərişinə uyğun ilkin gündəlik doza 50 mq-dan 400 mq-a qədər tövsiyyə oluna bilər. İlkin dozasından sonra gündəlik doza (göstərişə uyğun) aşağıdakı cədvələ əsaslanmalıdır
Kreatinin klirensi (ml/min) |
Tövsiyyə olunan dozanın fayızı |
>50 |
100% |
≤50 (hemodializsiz) |
50% |
Hemodializlə |
100% hər hemodializdən sonra |
Hemodializdə olan xəstələr hər hemodializdən sonra tövsiyə olunan dozanın 100% -ni almalıdırlar; hemodializ olmayan günlərdə xəstələr kreatinin klirensinə uyğun azaldılmış doza almalıdırlar.
- Qaraciyər çatışmazlığı olan xəstələrdə
Qaraciyər çatışmazlığı olan xəstələrdə məhdud məlumatlar mövcuddur, buna görə flukonazol qaraciyər disfunksiyası olan xəstələrə ehtiyatla təyin olunmalıdır.
- Uşaqlarda istifadəsi
Uşaq populyasiyasında gündəlik doza 400 mq-dan artıq olmamalıdır.
Böyüklərdə oxşar infeksiyalarda olduğu kimi, müalicə müddəti kliniki və mikoloji reaksiyaya əsaslanmalıdır. Flukonazolun kapsulası bir gündəlik doza şəklində təyin olunmalıdır.
Böyrək çatışmazlığı olan uşaqlar üçün “Böyrək çatışmazlığı” bölməsindəki dozalara baxın. Böyrək çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetikası öyrənilməmişdir ("yenidoğulmuşlar" bölməsinə baxın).
Yenidoğulmuşlar, körpələr və uşaqlar (28 gündən 11 yaşa qədər):
Mukozal kandidozun müalicəsi üçün birinci gün 6 mq/kq gündə 1 dəfə və sonra 3 mq/kq gündə 1 dəfə tövsiyə olunur. Stabil vəziyyətə daha tez çatmaq üçün ilkin doza istifadə edilə bilər.
İnvaziv kandidozlarda və kriptokokkal meningitlərdə doza gündə bir dəfə 6 - 12 mq/kq təşkil edir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq təyin edilir.
Təkrarlanma riski yüksək olan uşaqlarda kriptokokk meningitinin residivin qarşısını almaq üçün müalicə gündə bir dəfə 6 mq/kq təşkil edir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq təyin edilir.
İmmuniteti zəif olan xəstələrdə kandidozun profilaktikası üçün flukonazol gündə 1 dəfə 3 - 12 mq/kq tövsiyyə olunur. Müddət induksiyalı neytropeniyanın dərəcəsindən və müddətindən asılı olaraq seçilir.
Yeniyetmələr (12 yaşdan 17 yaşa qədər):
Bədən çəkisindən və cinsi inkişafdan asılı olaraq, həkim uyğun dozanı qiymətləndirməlidir. Klinki məlumatlara görə uşaqlarda flukonazolun klirensi böyüklərdən yüksəkdir.
Uşaqlarda müqayisə edilə bilən sistem təsir əldə etmək üçün 3, 6 və 12 mq/kq dozaları böyüklər üçün 100, 200 və 400 mq dozalara uyğundur.
Uşaqlarda genetal kandidozun müalicəsində təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Yeniyetmələrdə (12 yaşdan 17 yaşa qədər) genetal kandidozun müalicəsi vacibdirsə, dozalar böyüklərlə eyni olmalıdır.
Yenidoğulmuş körpələr (0-27 gün):
Yenidoğulmuş körpələrdə flukonazol gec ixrac olunur. Yeni doğulmuş körpələrdə farmakokinetik məlumatlar məhduddur.
Yaş qrupu |
Doza |
Tövsiyələr |
Yenidoğulmuş körpələr (0-14 gün) |
Yenidoğulmuşlar, körpələr və uşaqlarla eyni mq/kq dozası hər 72 saatdan bir verilməlidir |
Hər 72 saatda maksimum 12 mq/kq dozadan artıq olmamalıdır |
Yenidoğulmuş körpələr (15-27 gün) |
Yenidoğulmuşlar, körpələr və uşaqlarla eyni mq/kq dozası hər 48 saatdan bir verilməlidir |
Hər 48 saatda maksimum 12 mq/kq dozadan artıq olmamalıdır |
Qəbul qaydası
Flukonazol həm daxilə, həm də venadaxili yolla qəbul edilə bilər.
Qəbul yolunun seçimi xəstənin klinik vəziyyətindən asılıdır.
Venadaxili qəbuldan daxilə qəbula keçərkən, və ya əksinə, gündəlik dozanı dəyişməyə ehtiyac yoxdur.
Flukonazolun kapsulası tam udulmalıdır. Qida qəbulundan asılı olmayaraq qəbul edilir.
Əlavə təsirləri
Bütün digər dərman vasitələri kimi, Fungipar də bəzi hallarda əlavə təsirlər yarada bilər. Flukonazolun klinik sınaqlar zamanı aşkar edilmiş ümumi əks təsirlərinə daxildir:
Mədə-bağırsaq traktı pozğunluqları: qarın boşluğunda ağrılar, ishal, köp, ürəkbulanma, qəbizlik, aöıxda quruluq.
Dəri və dərialtı toxumaların zədələnməsi: qısa müddətli səpgilər, dərman istifadəsilə əlaqəli dermatit.
Mərkəzi sinir sistemi pozğunluqları: baş ağrıları.
Bəzi xəstələrdə, xüsusilə QİÇS və ya xərçəng kimi ağır xəstələrdə flukonazol və analoji dərmanlar ilə müalicə zamanı qaraciyər, böyrək və hematoloji funksiya çatışmazlığı aşkar edilib, lakin müalicə ilə əlaqə və klinik əhəmiyyət müəyyən edilməyib.
Hepatobiliar sistem pozğunluqları: qaraciyərə toksik təsir, o cümlədən çox nadir letal hallar, qələvi fosfataza, bilirubinin artması, SGOT (və ya AST) və SGPT (və ya ALT) artmaları.
Pediatrik populyasiya
Uşaqlar üzərində aparılmış klinik tədqiqatlarda aşkar edilmiş əlavə təsirlərin tipi, meydana çıxma əmsalı və laboratoriya parametrlərinini pozğunluqları böyüklərdə aşkar edilmiş nəticələr ilə müqayisə edilə bilər.
Bundan başqa flukonazolun aşağıdakı əlavə təsirləri müşahidə edilmişdir:
Mədə-bağırsaq traktı pozğunluqları: dispepsiya, qusma.
Mərkəzi sinir sistemi pozğunluqları: başgicəllənmə, vertiqo, paresteziya, agevziya, tremor, yuxululuq, yuxusuzluq, qıcolma, iştahsızlıq.
Dəri və dərialtı toxumaların zədələnməsi: dazlaşma, hiperhidroz, eksfoliativ dəri reaksiyası, o cümlədən Stivens-Conson sindromu, toksik epidermal nekroliz, yayılmış ekzantematoz pustulyoz, DRESS sindromu.
Qan və limfatik sistemin pozğunluqları: anemiya, leykopeniya, o cümlədən neytropeniya və aqranulositoz, trombositopeniya.
İmmun sistemin pozğunluqları: anafilaksiya (o cümlədən angionevrotik ödem, sifətin ödemi, qaşınma, övrə).
Hepatobiliar sistem pozğunluqları: qaraciyər pozğunluğu, hepatosellülyar nekroz, hepatosellülyar zədələnmə, xolestaz, hepatit, ödem, sarılıq.
Maddələr mübadiləsi və qidalanma pozğunluğu: hiperxolesterinemiya, hipertriqliseridemiya, hipokaliemiya.
Ürək funksiyasının pozğunluqları: QT intervalının uzanması, torsades de pointe (ikitərəfli taxikardiya) (bax həmçinin“Ehtiyat tədbirləri”).
Ümumi pozuntular: mialgiya, yorğunluq, halsızlıq, asteniya, qızdırma.
Əgər bu əlavə təsirlərdən biri səhhətinizi pisləşdirərsə, və ya bu preparat barədə içlik vərəqədə əksini tapmayan əlavə təsir müşahidə edilərsə, həkim və ya əczaçıya müraciət edin.
Doza həddinin aşılması
Normadan artıq doza qəbul edildiyi zaman, simptomatik müalicə (klinik göstəriş olduğu təqdirdə absorbsiyaedici maddələrin qəbulu və mədənin yuyulması) aparılmalıdır.
Flukonazolun çox hissəsi sidiklə xaric olur. 3 saatlıq hemodializ prosesi preparatın plazma sə-viyyəsini təxminən 50% aşağı salır.
Buraxılış forması
6 kapsul, blisterdə. 1 blister, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
PARLA PHARMACEUTICALS MMC
AZ1010, Kövkəb Səfərəliyeva 16E, Bakı, Azərbaycan
Tel.: +994123105219.
İstehsalçı
Amin Pharmaceutical Co.,
Baharan city, Pirbaktan zone, Falavarjan, İsfahan, İran.
Qablaşdırılıb
AZERFARM LTD, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bünyadov ev 14.
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






