Depovit new 50000 nə üçündür?
Depovit new 50000 - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Depovit new haqqında məlumat
Depovit new qiyməti
Depovit new qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Depovit new qiyməti 32 azn - 35 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Depovit new 50000 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
(hər 5 ml–də) Əsas maddə: Xolekalsiferol 50 000 BV (1 ml–də 25 damla, 1 damlada isə 400 BV vitamin D3 mövcuddur) Köməkçi maddələr: Zeytun yağı.
Göstərişlər
D-hipo və avitaminozunun, raxitin, osteomalyasiyanın və osteoporozun profilaktikası məqsədi ilə qida rasionu D3 vitamini ilə zənginləşdirilir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
İstifadə qaydası və dozalanması
14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün gün ərzində 1 dəfə 1 damla nəzərdə tutulur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Digər istifadə qaydalarına və dozalanmasına yalnız həkim məsləhəti əsasında icazə verilə bilər.
Xüsusiyyətləri
D3 vitamini kalsium və fosfor mübadiləsinin tənzimləyicisi olub, dəridə günəş şüalarının təsirindən yaranır. Bu vitamin sümüklərin, skeletin və dişlərin normal inkişafına səbəb olur. D3 vitamini nazik bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərini təmin edir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin normal tonusunu təmin edir, miokardın funksiyasını tənzimləyir, sinir impulslarının ötürülməsində, ATF-in sintezində iştirak edir. Eləcə də qalxanabənzər ətraf vəzin normal funksiyasını təmin edir. Komponent limfokinlərin sintezinə müsbət təsir edərək qeyri-spesifik immunitetin formalaşmasında mühüm rol oynayır.
Əks göstərişlər və əlavə təsirlər
Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq, 14 yaşa qədər uşaqlar. D hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi və ağciyər vərəminin aktiv forması əks göstərişdir. Mədə-bağırsaq xorasında, ürəyin üzvi zədələnməsi ilə keçən xəstəliklərdə (perikardit, miokardit və s.) ehtiyatla istifadə edilməlidir.
Xəbərdarlıq
Hamiləlik və laktasiya dövründə həkim məsləhəti olmadan qəbul edilmir.
Buraxılış forması
karton qutuya yerləşdirilmiş 8 ədəd şüşə flakon. Hər flakonda 5 ml oral damla.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Soyuq yerdə saxlanıldığı zaman zəif çöküntü və ya zəif bulanıqlıq yarana bilər ki, bu da məhsulun keyfiyyətinə təsir göstərmir.
Yararlıq müddəti
3 il
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.
İstehsalçı
KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti. / KOC Pharmaceuticals Co. Ltd.
Ünvan
Macun Mahallesi Erciyes İş Yerleri Sitesi 196. Cad. No: 21 Yenimahalle / ANKARA / TÜRKİYE. Tel: +90 312 397 65 70 Faks: +90 312 397 88 75 - www.kocilac.com / [email protected]
Depovit new nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






