Mesalazol şam qiyməti, tərkibi və istifadə qaydası
Mesalazol şam haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz

Mesalazol şam haqqında məlumat
Mesalazol şam qiyməti
Mesalazol 500 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Mesalazol şam qiyməti 18 azn - 21 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Mesalazol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Mesalazol 250mq, 500mq
Farmakoterapevtik qrupu:
Bağırsaqlarda təsir göstərən iltihabəleyhinə preparatlar. Aminosalisil turşusu və onun analoqları.
Farmakoloji xüsusiyyətləri:
Mesalazin yerli iltihabəleyhinə təsir göstərir.
Araxidon turşusunun sintezini, neytrofil lipooksigenazanın aktivliyini azaldır, neytrofillərin miqrasiyasını, deqranulyasiyasını və faqositozunu, limfositlər tərəfindən immunoqlobulinlərin ifrazını ləngidir, və oksigenin sərbəst radikallarını dağıdır.
İstifadəsinə göstərişlər:
Qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, proktit, proktosiqmoidit kəskinləşmə dövründə və onların residiv verməsinin profilaktikası.
Əks göstərişlər:
Salisil turşusuna və onun törəmələrinə qarşı hiperhəssaslıq, ağır böyrək və/ya qaraciyər şatışmazlığı, mədə və 12-barmaq bağırsağın xorası, qan xəstəlikləri, hemorragik diatez, iki yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
Rektal istifadə edilir. Böyüklərdə kəskinləşmə dövründə sutkada 3 dəfə bir Mesalazol 500 şamı təyin edilir, sutkalıq doza 1,5q. Residivlərin profilaktikası üçün sutkada 3 dəfə bir Mesalazol 250 şamı təyin edilir, lazım gələrsə bir neçə il ərizində. Ağır hallarda sutkalıq doza 3q-a qədər artırıla bilər (8-12 həftədən artıq olmayan müddətə) - sutkada 3 dəfə iki Mesalazol 500mq şamı.
Uşaqlara təyin edilməsi: kəskinləşmə dövründə gündə 40-60mq/kq bədən kütləsinə, residivlərin profillaktikası məqsədi ilə gündə 20-30mq/kq bədən kütləsinə (sutkada 3 dəfə). Müalicə kursunun müddəti fərdi qaydada müəyyən edilir.
Buraxılış forması:
Hərəsində 7 şam olmaqla, 2 blister (14 şam) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
İstehsalçı
FARMAPRİM MMC
Moldova Respublikası.
Mesalazol şam nə üçündür?
Kolit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






