İksim (İxim) istifadə qaydası necədir?

İksim - Yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində, böyrək və sidik  yollarının  iltihabında, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı, bakterial xəstəliklər zamanı istifadə olunan preparatdır.

Sep 24, 2024 - 17:46
Sep 24, 2024 - 17:47
 0
İksim (İxim)  istifadə qaydası necədir?
İksim (İxim)

İksim haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İksim qiyməti

İksim tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İksim qiyməti 13 azn - 15 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İxim qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

1 tabletin tərkibində 400 mq Sefiksim vardır

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamika

İxime 3-cü nəsil sefalosporin antibiotikidir.Geniş spektrli antimikrob təsirə malikdir.Hüceyrə divarının sintezini inhibə etməklə bakterisid təsir göstərir.

Beta-laktamazaya qarşı davamlıdır.

Bir çox qram-müsbət və qram-mənfi mikroblara qarşı aktivdir.

 

Qram (+)lər: Staphylococcus aureus,Staphylococcus epidermidis,Streptococcus pneumoniae, Streptococcus agalactiae, Streptococcus viridans, Streptococcus pyogenes, Streptococcus bovis

 

Qram (-)lər: Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli,Acinetobacter   calcoaceticus,   Haemophilus   influenzae,       Haemophilus   parainfluenza, Klebsiella  oxytoca,  Klebsiella  pneumoniae,  Morganella  morganii,  Neisseria  meningitidis, Neisseria gonorrhoeae, Proteus mirabilis. Proteus vulgaris, Serratia marcescens, Citrobacter spp., Salmonella spp., Providencia spp., Shigella spp., Serratia spp.,Treponema pallidum.

 

Anaeroblar: Bacteroides fragilis, Clostridium spp., Peptostreptococcus species, Peptococcus spp., Bacteroides bivius, Bacteroides melaninogenicus. Enterococci,Pseudomonas,Bacteroides fragilis,Listeria monocytogenes və Clostridia ştammalarına qarşı qeyri-aktivdir.

 

Farmakokinetika

Peroral qəbuldan sonra preparat tez və tam sorulur.Qida ilə birgə qəbulu preparatın absorbsiyasına təsir etmir.Qanda maksimal konsentrasiyaya 3-4 saatdan sonra çatır.Iksimin 65%-i qan plazmasında zülallarla birləçir,50% dəyişilməmiş şəkildə sidiklə və 10%-i ödlə xaric olur.Yarımparçalanma dövrü (T1/2) 3-4 saata bərabərdir.Böyrəklərin funksional pozulmaları zamanı böyrək kreatinin klirensi 20-40 ml/dəq çatır

 

İstifadəsinə göstərişlər

Sefiksimə həssas olan mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklər,həmçinin,faringit,tonzillit,sinusit,kəskin və xroniki bronxit,orta otit,sidik yollarının fəsadlaşmamış infeksiyaları,sidik kanalının və uşaqlıq boynunun fəsadlaşmamış süzənəyi.

 

Əks göstərişlər

Sefalosporinlərə qarşı yüksək həssaslıq

 

Ehtiyat tədbirləri

Böyrək funksiyasının çatışmazlığında KK (kreatinin klirensi) miqdarından asılı olaraq dozalanmanın korreksiyası tələb olunur.Digər preparatlara.xüsusilə penisillinlərə qarşı həssaslığı olan şəxslərə ehtiyatla təyin olunmalıdır.

Preparatla müalicə zamanıgözlənilməyən hallar müşahidə olunarsa.həkimə müraciət olunmalıdır.

 

İstifadə qaydası və dozalanma

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündəlik doza – 400 mq (1 tablet),birdəfəlik doza – 200-400 mq (0,5-1 tablet)

12 yaşa qədər uşaqlar: sutkalıq doza – 8 mq/kq,birdəfəlik doza – 4-8 mq/kq.

 

Əlavə təsir

Diareya,qarında ağrı,ürəkbulanma.qusma,qaraciyər fermentlərinin keçici artması,başağrısı,başgicəllənmə,dəri səpkilkəri,övrə,genital qaşınma,vaginit,nadir hallarda psevdomembranoz kolit baş verə bilər.

 

Buraxılış forması

İxime 5 tablet,blisterdə. 1 blister içlik vərəqə ilə birlıikdə karton qutuya qablaşıdırılır

 

İstehsalçı:

İlko İlaç, Türkiyə

İksim nə üçündür?

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  3. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan dərmanlar
  4. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
  5. Bakterial xəstəliklər əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow