LAKTODEPANTOL
LAKTODEPANTOL Süd turşusu uşaqlıq yolu süd-turşusu bakteriyalarının həyat fəaliyyəti məhsuludur, uşaqlıq yolu ifrazatının 3,5-4,5 diapazonda pH-nı təmin edir.

LAKTODEPANTOL - Süd turşusu vaginal infeksiya zamanı pH-ın qələvi tərəfə müşahidə edilən hərəkətinin turşu rezervini yaradır. Uşaqlıq yolunun genital infeksiyalardan təbii qorunmasının artmasına səbəb olur.
- Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- LAKTODEPANTOL Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- LAKTODEPANTOL nə üçündür?
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- LAKTODEPANTOL Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- LAKTODEPANTOL İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- LAKTODEPANTOL Qiyməti
- İstehsalçı
Eyniləşdirmə və təsnifat
Dərman forması
Vaginal suppozitoriyalar
Buraxılış forması
100 mq-lıq vaginal suppozitoriyalar.
5 suppozitoriya, polivinilxlorid örtüklü, polietilen laminatlı konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
LAKTODEPANTOL Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq süd turşusu vardır.
Köməkçi maddələr: makroqolların qarışığı (makroqol 1500-(92-98)%, makroqol 400-(8-2)%).
Təsviri
Torpedoyabənzər, ağ və ya sarımtıl çalarlı ağ rəngli suppozitoriyalardır. Mərmərlilik və kəsikdə hava boşluğunun və qıfşəkilli dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
LAKTODEPANTOL nə üçündür?
Süd turşusu uşaqlıq yolu süd-turşusu bakteriyalarının həyat fəaliyyəti məhsuludur, uşaqlıq yolu ifrazatının 3,5-4,5 diapazonda pH-nı təmin edir.
Süd turşulu suppozitoriyalar uşaqlıq yolunun pH-ın normal göstəricilərinin və florasının bərpasına və saxlanmasına, turşu-həssas patogen və şərti patogen floranın inkişafının zəifləməsinə səbəb olur.
Süd turşusu vaginal infeksiya zamanı pH-ın qələvi tərəfə müşahidə edilən hərəkətinin turşu rezervini yaradır. Uşaqlıq yolunun genital infeksiyalardan təbii qorunmasının artmasına səbəb olur.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Farmakokinetikası barədə məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Uşaqlıq yolunun mikroflorasının və pH-nın pozulmasının normallaşdırılması, o cümlədən, bakterial vaginoz zamanı (kompleks terapiyanın tərkibində).
LAKTODEPANTOL Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, kandidoz vulvovaginit, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yanma və qaşınma təzahür etdikdə, uşaqlıq yolunda göbələk infeksiyasının istisna olması üçün müayinə aparmaq məsləhət görülür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Laktodepantol preparatının istifadəsinin hamiləlik və laktasiya dövründə xüsusi tədqiqatları aparılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda süd turşusunun dölə hər hansı toksik təsirinin əlamətləri olmamışdır. Klinik tədqiqatlarda süd turşusunun intravaginal yeridilən müxtəlif dərman formalarının istifadəsi zamanı təhlükəsizliklə problem aşkar edilməmişdir. Süd turşusunun məməlilərin metabolizminin aralıq məhsulu olduğunu və normalda insan orqanizmində, o cümlədən, dölyanı mayedə, ana südündə olduğunu nəzərə alaraq, Laktodepantol preparatının hamiləlik və laktasiya dövründə istifadəsi ana üçün potensial faydanın və dölə və ana südü ilə qidalanan körpəyə olan risk nisbətinin qiymətləndirilməsindən sonra mümkündür. İstifadəsindən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
LAKTODEPANTOL İstifadə qaydası və dozası
- İntravaginal istifadə edilir. Suppozitoriyaları istifadə etməzdən əvvəl konturlu qablaşdırmadan azad etmək lazımdır. 1 vaginal suppozitoriya sutkada 1 dəfə uşaqlıq yoluna yeridilir (ayaqları azacıq qatlamaqla kürəyi üstə uzanmış). Müalicə kursu 10 gündür.
- Müalicədən sonra yaxşılaşma müşahidə edilmədikdə və ya yeni simptomlar təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir.
- Preparatı, yalnız içlik vərəqədə qeyd edilən göstərişi üzrə, istifadə qaydası və eyni dozada istifadə etmək lazımdır.
Əlavə təsirləri
- Allergik reaksiyalar, qaşınma mümkündür, tək-tək hallarda-uşaqlıq yolunda preparatın istifadəsi dayandırıldıqdan sonra keçib gedən yanma.
- İçlik vərəqədə qeyd edilməyən istənilən əlavə təsir dərinləşdikdə və ya göstərilməyən əlavə təsirlər yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
LAKTODEPANTOL Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






