Megaller sirop nə üçündür?
Megaller sirop qurd xəstəliklərində istifadə olunan (antihelmint) preparatdır.

Megaller sirop haqqında məlumat
Megaller sirop qiyməti
Megaller sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Megaller sirop qiyməti 31 azn - 34 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Megaller qiyməti -ni öyrənərək əldə edəsiniz.
Tərkibi
- Qara qoz yarpağının ekstraktı (Juglans nigra leaves extract) .................................................500 mq
- Şirinkök kökünün maye ekstraktı (Polypodium virginianum root liquid extract)..................400 mq
- Balqabaq toxumunun maye ekstraktı (Cucurbita sp. seed liquid extarct)...............................250 mq
- Dağ tərxunu otunun maye ekstraktı (Tanacetum vulgare herb liquid extract)........................250 mq
- Qərənfil çiçəyinin maye ekstraktı (Syzigium aromaticum flower bud liquid extract)............250 mq
- Sarımsaq zoğunun maye ekstraktı (Allium sativum bulb liquid extract)................................250 mq
Farmakoloji xüsusiyyətləri:
Qara qoz yarpağının ekstraktı - C, B1, B2, B3, beta-karotin, yod, Fe, qida lifləri, yuqlondin turşusu
ilə zəngindir. Tərkibindəki maddələr iltihab əleyhinə, büzücü, qurd əleyhinə, antifunqal, immunstimuləedici, öd qovucu təsir göstərir. Antihelmint təsiri qurdların enerji mübadiləsində əsas rol oynayan fermentləri blokada etməsinə əsaslanır.
Şirinkök kökünün maye ekstraktı - Saponinlər, flavanoidlər, benzoy, salisil turşuları, katexin və şəkərlə zəngindir. Antihelmint, sakitləşdirici, bəlğəmgətirici təsiri var. Tərkibindəki qətran qurdqovucu təsir göstərir.
Balqabaq toxumunun maye ekstraktı - Antihelmint, hepatoprotektor, ödqovucu, antiseptik və iltihab əleyhinə təsirlərə malikdir. Balqabaq toxumunun hepatoprotektor təsiri nəticəsində hepatositlərin membranını helmintlərin toksiki təsirindən qoruyur. Tərkibində antihelmint maddə mövcud olduğu üçün bütün növ qurd invaziyaları zamanı effektivdir.
Dağ tərxunu otunun maye ekstraktı - Tərkibinə daxil olan tuyon maddəsi qurdqovucu, antiseptik, spazmolitik, ödqovucu təsirə malikdir.
Qərənfil çiçəyinin maye ekstraktı - Əsas təsiredici maddə evqenoldur. Həzm sisteminin saya əzələlərinin spazmını aradan qaldıraraq mədə-bağırsaq xəstəlikləri zamanı effektivdir. Antioksidant, antimikrob və antifunqal təsir göstərir.
Sarımsaq zoğunun maye ekstraktı - Antibakterial, virus əleyhinə, antiparazitar, antispastik, antioksidant, immun sisteminə stimuləedici təsir göstərir. Tərkibində allisin, fitonsid maddələri olduğundan bakteriosid və antiparazitar təsiri daha güclüdür. Qıcıqlandırıcı, reflektor və sekretor təsirinə görə sarımsaq həzm fermnetlərinin və ödün sintezini sürətləndirir, həzm proseslərini normallaşdırır. İştahı artırır, mədə və bağırsaqların işini tənzimləyir, normal floranın inkişafına səbəb olur.
MEGALLER - Antihelmint təsir göstərməklə yanaşı, qurd yumurtalarını məhv edərək təkrar yoluxmanın qarşısını alır.
Bitki mənşəli preparat olduğu üçün toksiki və allergik təsiri yoxdur .
Göstərişlər:
- Qurd xəstəliklərinin müalicə və profilaktikası zamanı.
- Müxtəlif növ qurd invaziyaları (enterobioz (bizquyruq), askaridoz, ankilostomoz, trixosefalyoz, teniozlar, sestodlar, nematodlar və s.).
- İbtidailər-lyambliyoz, amöbiaz.
- Dispepsiya, meteorizm, xolesistit, spastik və xroniki kolit.
- Qurd invaziyaları nəticəsində yaranmış iştaha zəifliyi.
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: Uşaqlara həkim məsləhəti ilə. Böyüklər 5 ml gündə 1 dəfə yeməkdən 15 dəq əvvəl qəbul olunur. Müalicə kursu 15-20 gündür. Müalicəni 20-30 gündən sonra təkrarlamaq olar. Preparat ailəvi qəbul olunmalıdır.
Əks göstərişlər:
Tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü.
Buraxılış forması:
MEGALLER sirop 100 ml flakon.
İstehsalçı:
Zeyus İlaç, Türkiyə.
Megaller sirop nə üçündür?
- Qurd xəstəliklərində istifadə olunan (antihelmint) dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






