LAVOMAKS NEO
LAVOMAKS NEO qripin və digər KRVİ-nin müalicəsi, herpetik infeksiyanın müalicəsi kimi istifadə olunur.

LAVOMAKS NEO -Tiloron orqanizmdə (alfa, beta, qamma və lyambda) bütün tip interferonların yaranmasını stimulə edən interferonun kiçikmolekullu sintetik induktorudur.
- Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- LAVOMAKS NEO Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- LAVOMAKS NEO nə üçündür?
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- LAVOMAKS NEO Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- LAVOMAKS NEO İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Əlavə təsirləri
- Digər dərman vasitələrilə qarşılıqlı təsiri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- LAVOMAKS NEO Qiyməti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Eyniləşdirmə və təsnifat
Dərman forması
Örtüklü tabletlər
Buraxılış forması
Örtüklü tabletlər 125 mq.
3, 4, 6 və ya 10 tablet alüminium folqalı çap edilmiş laklı və polivinilxlorid/polivinilidenxlorid örtüklü və ya alüminium folqalı, polivinilxloridlə və poliamid örtüklə laminatlaşdırılmış konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
LAVOMAKS NEO Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 125 mq tiloron dihidroxlorid vardır.
Köməkçi maddələr: kartof nişastası, mikrokristallik sellüloza, povidon K30, natrium kroskarmelloza, kalsium stearat.
Örtük: polivinil spirti, titan dioksid, makroqol 4000, xinolin sarısı boya maddəsi, günəş qürubu sarısı boya maddəsi (E110), sarı dəmir oksidi boya maddəsi, talk.
Təsviri
Dairəvi formalı, hər iki tərəfi qabarıq, sarı rəngli örtüklü tabletlərdir. Eninə kəsiyində nüvəsi narıncı rənglidir.
Farmakoterapevtik qrupu
Virus əleyhinə immunostimuləedici vasitə-interferonların yaranma induktorları.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
LAVOMAKS NEO nə üçündür?
Tiloron orqanizmdə (alfa, beta, qamma və lyambda) bütün tip interferonların yaranmasını stimulə edən interferonun kiçikmolekullu sintetik induktorudur. Tiloronun yeridilməsinə cavab olaraq, interferonun əsas məhsulları bağırsağın hüceyrə epiteli, hepatositlər, T-limfositlər, neytrofillər və qranulositlərdir. Daxilə qəbul edildikdən sonra interferonun maksimum məhsulları ardıcıllıqla bağırsaqda, qaraciyərdə, 4-24 saatdan sonra qanda aşkar edilir. Tiloron immunomoduləedici və virus əleyhinə effektlərə malikdir.
Eksperimental tədqiqatların məlumatına əsasən insan üçün maksimal sutkalıq dozaya ekvivalent dozada tiloronun birdəfəlik peroral istifadəsindən sonra ağciyər toxumasında maksimal konsentrasiyası lyambda-interferon 24 saatdan, alfa-interferon 48 saatdan sonra müəyyən edilir. Qrip vəziyyətində və digər respirator virus infeksiyaları zamanı lyambda- interferonun ağciyər toxumasında induksiyası respirator traktın virus əleyhinə qorunmasının yüksəlməsinə səbəb olur.
İnsanın leykositlərində interferonun sintezini induksiya edir. Sümük iliyinin gövdə hüceyrələrini stimulə edir, dozadan asılı olaraq antitellərin yaranmasını gücləndirir, immunodepressiyanın səviyyəsini azaldır, T-supressor və T-helper nisbətini bərpa edir. Müxtəlif virus infeksiyalarına qarşı, o cümlədən, qrip virusuna, digər respirator virus infeksiyalarına, hepatit viruslarına və herpes virusuna qarşı effektivdir. Antivirus təsirinin mexanizmi infeksiyalaşmış hüceyrələrdə virus-spesifik zülalların translyasiyasını inhibə etməsi ilə əlaqədardır ki, bunun da nəticəsində virusların reproduksiyası zəifləyir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Daxilə qəbul edildikdən sonra tiloron mədə-bağırsaq sistemindən tez sorulur. Biomənimsənilməsi 60% təşkil edir. 80%-ə qədər tiloron plazma zülalları ilə birləşir.
Tiloron praktik olaraq dəyişilməmiş şəkildə bağırsaqla (70%) və böyrəklər vasitəsilə (9%) xaric olunur. Yarımxaricolma dövrü 48 saat təşkil edir. Tiloron biotransformasiyaya məruz qalmır və orqanizmdə toplanmır.
İstifadəsinə göstərişlər
Böyüklərdə kompleks terapiyanın tərkibində:
- qripin və digər KRVİ-nin müalicəsi;
- herpetik infeksiyanın müalicəsi;
Böyüklərdə qripin və digər KRVİ-nin profilaktikası.
LAVOMAKS NEO Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- hamiləlik və laktasiya dövrü;
- 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibində günəş qürubu sarısı (E110) boya maddəsi vardır ki, bu da allergik reaksiyalara səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
LAVOMAKS NEO İstifadə qaydası və dozası
- Preparat yeməkdən sonra daxilə qəbul edilir.
- Qrip və digər KRVİ-nin müalicəsi
- Müalicənin ilk 2 sutkası 125 mq, sonra hər 48 saatdan bir 125 mq qəbul edilir. Müalicə kursu 750 mq-dır (6 tablet).
- Qrip və digər KRVİ-nin profilaktikası
- 6 həftə ərzində həftədə 1 dəfə 125 mq təyin edilir. Müalicə kursu 75- mq-dır (6 tablet).
- Herpetik infeksiyasının müalicəsi
- İlk 2 sutka 125 mq, sonra hər 48 saatdan bir 125 mq təyin edilir. Müalicə kursu 1,25-2,5 q-dır (10-20 tablet).
- Qrip və digər KRVİ-nin müalicəsi zamanı xəstəliyin simptomları 4 gündən artıq saxlandığı halda həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Tiloronun doza həddinin aşılması halları məlum deyil.
Əlavə təsirləri
Allergik reaksiyalar, dispeptik təzahürlər, qısamüddətli titrətmə mümkündür.
Qeyd edilən əlavə təsirlərdən hər hansı ağırlaşdıqda və ya içlik vərəqədə qeyd edilməyən istənilən digər əlavə təsir baş verdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Preparat antibiotiklər və virus və bakterial xəstəliklərin ənənəvi müalicə vasitələrilə eyni vaxtda istifadə edilə bilər.
Tiloranın antibiotiklər və virus və bakterial xəstəliklərin ənənəvi müalicə vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
LAVOMAKS NEO Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Hemofarm” MMC, Rusiya.
249032, Kalujskaya viləyəti, Obninsk ş., Kiyevskoye şossesi, ev 62.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






