Fitosedin damcı istifadə qaydası necədir?

Fitosedin damcı - Yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, depressiya zamanı istifadə olunan preparatdır.

Aug 15, 2024 - 08:15
Aug 15, 2024 - 08:33
 0
Fitosedin damcı istifadə qaydası necədir?
Fitosedin damcı

Fitosedin damcı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Fitosedin damcı qiyməti

Fitosedin damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fitosedin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Hər 5 ml damcının tərkibində:

Aktiv maddələr

  • Kalium fosfat (Kali Phosphoricum) 0.1 mq
  • Kaliforniya eşşolsiyası (laləsi) (Eschscholzia Californica) 5 mq
  • İnkarnat qonaqotu (Passiflora Incarnata) 5 mq
  • İgnatiya amara (Ignatia Amara) 5 mq
  • Pişikotu (Valeriana) 5 mq

Köməkçi maddələr

  • Şəkər
  • askorbin turşusu
  • limon turşusu
  • ksantan qətranı

Xüsusiyyətləri

Kalium fosfat: sinir sisteminin əsas qidalandırıcı biokimyəvi elementlərindən biridir. Əsəb gərginlikləri, narahatlıq, depressiya, baş ağrılarının qarşısını alır.
Kaliforniya eşşolsiyası (laləsi): streslə əlaqədar yaranan halların müalicəsində istifadə olunan ən qədim sakitləşdirici vasitələrdən biridir. Tərkibindəki əsas təsiriedici maddəsi sedativ və yuxugətirici effekti olan kalifornidindir. Onun yüksək dozası yuxugətirici təsirə malikdir, aşağı dozası isə narahatlığın və stresin azalmasına səbəb olur.
İnkarnat qonaqotu: yuxusuzluqda, həyəcanla və ya əsəbiliklə əlaqədar mədə-bağırsaq pozğunluqlarında simptomları yüngülləşdirmək üçün istifadə olunur.
İgnatiya amara: yuxu zamanı tez-tez oyanma, uzun müddət davam edən narahat yuxuların qarşısını almaq üçün istifadə olunur.
Pişikotu: əsasən əsəb pozğunluqlarından əziyyət çəkən insanlar üçün nəzərdə tutulur. Pişikotu yuxu gətirir, yuxunun keyfiyyətini yaxşılaşdırır və qan təzyiqini azaldır. Pişikotu beyin-onurğa beyni sisteminə təsir edir və sinir ağrılarında sakitləşdirici təsir göstərir. 

İstifadəsinə göstərişlər

  • yuxu pozğunluğu
  • isterik nevroz
  • nevroloji pozğunluqlar
  • depressiya
  • miqren
  • xroniki yorğunluq

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Əks göstərişlər və əlavə təsirlər

  • preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;
  • hamiləlik;
  • laktasiya dövrü.

Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İstifadə qaydası və dozası

18 yaş və yuxarı yaşlı şəxslər üçün: gündə 2-3 dəfə 15-20 damcı
Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Qidaya bioloji fəal əlavələr tam dəyərli və balanslaşdırılmış qidalanmanı əvəz etməməlidir.

Buraxılış forması

30 ml damcı şüşə flakonda. Bir flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Sərin, quru, günəş şuası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı

BION CORPORATION LTD.
282 Chase Road, Solar House
London, Böyük Britaniya
www.bioncorporation.com

Fitosedin damcı nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Depressiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow