Astera tablet qiyməti və istifadə qaydası
Astera digər həzm pozğunluqları zamanı, mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında, öd xəstəliklərinin müalicə və profilaktikasında, qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Astera haqqında məlumat
Astera qiyməti
Astera tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Astera qiyməti 27 azn - 30 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Astera dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Ənginar ekstraktı 300 mq
Alfa-lipoy turşusu 50 mq
Reyşi ekstraktı 5 mq
Şiitake ekstraktı 10 mq
Selen 50 mkq
E vitamini 100 BV
Farmakoloji qrupu:
Hepatoprotektor, hipoxolesterinemik, dezintoksikant, hipoazotemik, ödqovucu.
ASTERA – hepatoprotektor qrupuna aid olan preparatdır, qaraciyəri zədələyən faktorların təsirindən qoruyur və dözümlülüyünü artırır.
Ənginar qaraciyər və öd kisəsinin spesifik protektorudur. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Preparat hepatositlərdə koenzimin sintezini aktivləşdirərək lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərinin metabolizmini sürətləndirir. Ənginarın yarpaqlarının tərkibinə sinarin, kofein, xlorogen, fenol turşuları, bioflavinoidlər, qlikozidlər, fitosteroidlər, terpenoidlər, karotin, vitaminlər, inulin, fermentlər bioloji aktiv maddələr daxildir. Sinarin əsasən xoleritik təsiri sayəsində fenol turşular ilə birgə ödqovocu təsir göstərir, həmçinin öd turşusu duzlarının sekresiyasını gücləndirir, ödçıxarıcı yollarda öd durğunluğunun qarşısını alır, pankreas fermentlərinin sekresiyasını gücləndirir.
Alfa-lipoy turşusu (tiokt turşusu) qaraciyərdə oksidləşmə əleyhinə təsir göstərir, lipid və karbohidrat mübadiləsini nizamlayır, xroniki hepatitdə, sirrozda, şəkər xəstəliyi zamanı, neyropatiyada istifadə edilir.
Reyşi ekstraktı (Ganoderma lucidum) - Çin və Yaponyada tibbdə istifadə edilən ən qədim göbələk növüdür. 2000 ildən çoxdur istifadə edilir. Reişi ekstraktı xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. Toksinləri orqanizmdən xaric edir. Reişi Yaponcadan tərcümədə “ölümsüzlük” anlamına gelir.
Şiitake ekstraktı (Lentinula edodes) – göbələk növüdür, tərkibində B1, B2, B12 və D vitaminləri var. Orqanizmin müqavimıtini artırır, anti-bakterial və anti –virus effektləri var.
Selen - Bu günki elmi məlumatlar təsdiq edir ki, Selen insan orqanizmində çox vacib funksiyaların həyata keçirilməsində əsaslı rol oynayan bir elementdir.
E vitamini zülalların biosintezi, hüceyrələrin proliferasiyası, toxuma tənəffüsü və s. mühüm metabolik proseslərdə iştirak edir.
Göstərişləri:
- Kəskin və xroniki hepatitlər;
- Qaraciyər çatışmazlığı;
- Qaraciyər sirrozu;
- Qaraciyərin piy distrofiyası (həmçinin, şəkərli diabet mənşəli);
- Qaraciyərin toksiki zədələnməsi, həmçinin, alkoqol və dərman mənşəli zədələnmələri;
- Somatik xəstəliklər zamanı qara ciyərin funksional pozğunluqları;
- Hamiləlik toksikozları;
- Psoriaz (kombinə olunmuş terapiyada);
- Radiasion sindrom.
İstifadə qaydası:
1tablet gündə 3 dəfə yeməkdən sonra və yaxud yemək zamanı
Buraxılış forması:
Tablet N30
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Astera nə üçündür?
- Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






