Borozin ayaq qoxusuna qarşı toz

Borozin - Ayaqlara qulluq vasitəsi və tər əleyhinə vasitədir. Haqqında məlumat üçün platformamıza daxil olun

Oct 14, 2024 - 15:43
 0
Borozin ayaq qoxusuna qarşı toz
Borozin

Borozin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Borozin qiyməti

Borozin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Borozin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BOROZİN.

Tərkibi:

Salisil turşusu;
Bor turşusu;
Sink-oksid;
Sink-stearat;
Mentol;
Kamfora;
Talk;
Maqnezium-karbonat.

Məhsul haqqında məlumat:

Borozin ayaqlarda yüksəlmiş tərləmə prosesini normallaşdırır. Borozin güclü büzüşdürücü xüsusiyyətlərə malikdir, xoşagəlməz ayaq qoxusunu yaradan göbələk və bakteriyaları effektli şəkildə məhv edir. Borozin ayaq dərisini, xüsusən də barmaqların arasını iltihabdan və çatlamadan qoruyur.

İstifadə qaydası:

Borozin toz şəklində buraxılır. Bir paketin möhtəviyyatını bərabər miqdarda sağ və sol çəkmə (uzunboğaz çəkmə, idman ayaqqabısı, tufli və s.) arasında bölün. Bunu əsasən səhər bilavasitə ayaqqabını geyməzdən əvvəl edin. 5 gün müddətində bu prosesi həyata keçirin. Borozin vasitəsinin fərqləndirici cəhəti onun yüksək nüfuzetmə qabiliyyətinin olması və qoruyucu xüsusiyyətlərinin uzun müddət saxlanılmasıdır. Bu effekt Borozin tozunun 5 gün müddətində istifadəsindən sonra bir neçə ay ərzində saxlanılır.

İstehsalçı ölkə

İspaniya

Borozin nə üçündür?

  1. Ayaqlara qulluq vasitələri
  2. Tər əleyhinə vasitələr

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow