Sekrazol sirop haqqında məlumat
Sekrazol sirop -Aşağı tənəffüs yollarının digər xəstəliklərində, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, bronxit, pnevmoniya zamanı istifadə olunan preparatdır.

Sekrazol sirop haqqında məlumat
- Sekrazol sirop qiyməti
- Tərkibi
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Hamiləlik, laktasiya dövründə istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Sekrazol sirop istifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Xüsusi əhali qrupu
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Sekrazol sirop nə üçündür?
Sekrazol sirop qiyməti
Sekrazol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sekrazol sirop qiyməti 4 azn - 6 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sekrazol şərbət qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Ambroxol
Tərkibi
Təsiredici maddə: 5 ml şərbətin tərkibində 15 mq Ambroksol-hidroxlorid vardır.
Köməkçi maddələr: metilparaben, propilparaben, 70%-li sorbitol, sodium sitrat, limon turşusu monohidrat, moruq aromatizatoru, təmizlənmiş su.
Təsviri
Şəffaf və ya yarımşəffaf, rəngsiz, bir qədər özlü mayedir.
Farmakoterapevtik qrupu
Mukolitik dərman vasitəsi.
ATC kodu: R05CB06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Ambroksol mukolitik və bəlğəmgətirici xüsusiyyətlərə malik olub, tənəffüs yollarında toplanmış ifrazatın qatılığını və yapışqanlığını azaldaraq bəlğəmin xaric olmasını asanlaşdırır və tənəffüsü yüngülləşdirir. Sekrazol® pediatrik şərbət ilə müalicə zamanı tənəffüs yollarının selikli qişasının sekretor funksiyası normallaşır. Buna görə xəstələrdə öskürək və bəlğəm ilə əlaqədar şikayətlər əhəmiyyətli dərəcədə azalır. Beləliklə, tənəffüs yollarının selikli qişasının təbii qoruyucu funksiyalarını bərpa edir.
Farmakokinetikası
Ambroksol bromheksinin aktiv metabolitidir.
Sorulması:
Peroral təyinatdan sonra mədə-bağırsaq sistemindən asanlıqla sorulur.
Paylanması:
Yeməkdən əvvəl peroral qəbul etdikdə maksimum plazma konsentrasiyasına təqribən 2,5 saat ərzində çatır.
Effektiv plazma göstəriciləri >30 nq/ml 30 mq dozada, gündə 2 dəfə qəbul etdikdə əldə edilir. Bu şəraitdə sabit Cmin göstəricisi təqribən 50 nq/ml-dir. Ambroksolun təkrar dozalanması plazmada toplanma ilə nəticələnmir. Terapevtik dozada ambroksolun təqribən 90%-i plazma proteinləri ilə birləşir. Ambroksol plasentar baryeri keçir, həmçinin serebrospinal maye və ana südünə keçir.
Biotransformasiyası:
Biomənimsənilməsi 60%-dir.
Peroral təyinat zamanı ambroksolun mütləq biomənimsənilməsinin təqribən 1/3-i ilkin keçid effekti nəticəsində azalır. CYP450 ambroksolun qaraciyərdə metabolizmini həyata keçirən əsas fermentdir. Proses nəticəsində böyrəklərlə xaric olan metabolitləri (dibromo antranil turşusu, qlükuronidlər) əmələ gəlir
Xüsusi qrup əhalidə farmakokinetikası:
Qaraciyər xəstəlikləri:
Ciddi qaraciyər xəstəlikləri zamanı ambroksolun klirensi 20-40% azalır.
Böyrək xəstəlikləri:
Ciddi böyrək xəstəlikləri zamanı ambroksolun metabolitləri orqanizmdə toplana bilər.
İstifadəsinə göstərişlər
Tənəffüs yollarının özlü bəlğəm ifrazı ilə müşayiət olunan kəskin və xroniki xəstəlikləri.
Özlü seliklə müşahidə olunan kəskin və xroniki respirator xəstəliklər zamanı: kəskin, xroniki bronxit (astma formalı), silikoz, bronxial astma, bronxoektaz, laringit, sinusit, quru rinit.
Əks göstərişlər
Bromheksinə və onun metaboliti olan ambroksola və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər
Sekrazol pediatrik şərbət kodein və digər öskürək əleyhinə preparatlarla birlikdə istifadə olunmamalıdır. Çünki əriyən bəlğəmin xaric edilməsi öskürək refleksinin tormozlanması ilə bağlı çətinləşə bilər. Qaraciyər və böyrək xəstəliyi olanlarda diqqətlə istifadə olunmalıdır.
Böyrək, qaraciyər çatışmazlığı və ya mədə xorası olan xəstələrə ambroksol təyin edərkən ehtiyatlı olmaq lazımdır.
Sekrazol pediatrik şərbətin tərkibində sorbitol vardır. Nadir irsi fruktozaya dözümsüzlüyü olan xəstələr bu dərmanı qəbul etməməlidir.
Hamiləlik, laktasiya dövründə istifadəsi
Ambroksolun hamilə qadınlarda istifadəsi ilə bağlı kifayət qədər məlumatlar yoxdur. Sekrazol pediatrik şərbəti yalnız, ətraflı fayda/risk dəyərləndirməsindən sonra hamilələrdə istifadə edilə bilər, xüsusilə də hamiləliyin ilk üç aylığında.
Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı ambroksolun südə keçdiyi müşahidə edilmişdir.
İnsanlar üzərində müvafiq tədqiqatlar aparılmadığından Sekrazol® pediatrik şərbəti yalnız, ətraflı fayda/risk dəyərləndirməsindən sonra laktasiya zamanı istifadə edilə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Sürücülük və maşın (dəzgah) idarəetmə qabiliyyətinə təsiri yoxdur və ya cüzidir.
Sürücülük və maşın (dəzgah) idarəetmə qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Atropin və antimuskarin təsirli amantadin, trisiklik antidepressantlar, haloperidol, antihistaminlər, prokainamid kimi digər dərmanlar (ipratropium istisna olmaqla) kirpikciklərin hərəkətliyini və bəlğəmin ifraz olunma sürətini azaldaraq bəlğəmin toplanmasına səbəb ola bilər.
Sekrazol sirop istifadə qaydası və dozası
Həkim tərəfindən başqa bir şəkildə təyin olunmadığı təqdirdə;
Uşaqlara: 0-2 yaşadək uşaqlara gündə 2 dəfə 5 ml-lik ölçü qaşığı ilə 1/2 ölçü qaşığı (2,5 ml=7,5 mq ambroksol HCl).
2-5 yaşlı uşaqlara gündə 3 dəfə 5 ml-lik ölcü qaşığı ilə 1/2-1 ölçü qaşığı (2,5-5 ml=7,5-15 mq ambroksol HCl),
5-12 yaşlı uşaqlara isə gündə 2 dəfə 5 ml-lik ölçü qaşığı ilə 1-2 ölçü qaşığı (5-10 ml=15-30 mq ambroksol HCl) verilir.
Müalicə müddəti 8-10 gündür
GÖZLƏNİLMƏYƏN ƏLAVƏ TƏSİR OLDUQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Doza həddinin aşılması
Zəhərlənmə halları olmamışdır. Artıq dozaların qəbulu hallarında xəstənin mədəsi yuyulur.
Spesifik antidotu yoxdur. Dəstəkləyici və simptomatik müalicə aparılır.
Xüsusi əhali qrupu
Böyrək/qaraciyər çatışmazlığı
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə ambroksol təyin edərkən ehtiyatlı olmaq lazımdır.
Yaşlılar
Yaşlılara təyin edərkən doza uyğunlaşdırması tələb olunmur.
Buraxılış forması
100 ml şərbət, şüşə flakonlarda. 1 flakon, 5 ml-lik ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ºC-dən aşağı temperaturda, işıqdan qorumaqla, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Şərbətin qalan hissəsini 6 aydan sonra atmaq lazımdır
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 DÜZCE/TÜRKİYE
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
İnkılap Mah. Akçakoca Sok. №10
Ümraniye 34768 İSTANBUL/TÜRKİYE
Sekrazol sirop nə üçündür?
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Öskürək əleyhinə dərmanlar
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






