İnqalipt sprey nə üçündür? tərkibi və qiyməti
İnqalipt sprey - Angina, faringit, laringit zamanı, ağız boşluğu xəstəlikləri zamanı, bakterial xəstəliklər zamanı, öskürək zamanı istifadə olunan preparatdır.

İnqalipt sprey haqqında məlumat
- İnqalipt sprey qiyməti
- Tərkibi
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Pediatriyada istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- İnqalipt sprey istifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Müalicəsi
- Buraxılış forması
- Saxlama şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi:
- İnqalipt sprey nə üçündür?
İnqalipt sprey qiyməti
İnqalipt qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İnqalipt sprey qiyməti 3 azn - 4 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İnqalipt n qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
İnqalipt-N ağız-boğaz üçün sprey
İNHALYPT-N
Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddələr: 1 balon da 0,75 q həll olan streptosid, 0,75 q sulfatiazol natrium heksahidrat var.
Köməkçi maddələr: timol, istiotlu nanə yağı, evkalipt yağı, qliserin, etanol 96%, polisorbat 80, saxaroza, təmizlənmiş su.
Təsviri
Ağrı-sarı rəngdən tünd-sarı rəngə qədər, şəffaf, spesifik qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Respirator sistemə təsir edən vasitə. Boğaz xəstəlikləri zamanı istifadə edilən preparatlar. Antiseptiklər. Müxtəlif antiseptiklər.
ATC kodu: R02AA20.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
İnqalipt-N antibakterial və iltihabəleyhinə təsir, eləcə də, sərinləşdirici və yayındırıcı təsir göstərir. Qeyd edilən farmakoloji xüsusiyyətlərin birləşməsi yuxarı tənəffüs yollarının və ağız-boğazın selikli qişasının iltihabi xəstəliklərinin kompleks patogenetik terapiyasını təmin edir. İnqalipt-N orqanizmə ulserogen və ümumi toksik təsir göstərmir.
Farmakokinetikası
İnqalipt-N yerli istifadə üçün nəzərdə tutulub və başlıca olaraq iltihab ocağında terapevtik konsentrasiya yaradır. Sistem qan dövranına qismən sulfanilamidler (həll olan streptosid və sulfatiazol natrium) sorulur ki, bu da, qan zülalları ilə geri dönən birləşir: həll olan streptosid 12-24%, sulfatiazol natrium 55%. Biotransformasiya prosesində sulfanilamidlərin asetilləşmiş formaları yaranır ki, bunlar da böyrəklər vasitəsilə xaric olur. Həll olan streptosidin yarı-müddət çıxarılma dövrü 10 saat, sulfatiazol natriumun isə 1,2 saat təşkil edir.
İstifadəsinə göstərişlər
LOR-orqanlarının və ağız-boğazın infeksion-iltihabi xəstəliklərinin (tonzillit, faringit, laringit, aftoz və xorax stomatit) yerli müalicəsi.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, anamnezdə sulfanilamidlərə qarşı allergik reaksiyaların olması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı istifadə etməzdən əvvəl allergiyaya meylli şəxslər həkimlə məsləhətləşməlidirlər. Həkim məsləhəti olmadan müəyyən edilmiş vaxtdan artıq istifadə etmək olmaz. Bu qrup preparatların istifadəsinə əvvəlki reaksiya barədə həkimə məlumat verilməlidir. Preparatın gözlərə düşməsindən çəkinmək lazımdır. İlk istifadədən əvvəl dispers əlamət yaranana qədər uçluğun üzərinə 7 dəfəyə qədər basmaq lazımdır. Əlamət yaranmadıqda, prosesi yenidən təkrar etmək olar. Preparatın istifadəsindən əvvəl ağız boğazını ilıq qaynanmış su ilə yaxalamaq məsləhət görülür. Ağız boğazının zədələnmiş nahiyəsindən (xora, eroziya) steril tamponun köməyi ilə nekrotik örtü təmizləmək lazımdır. Ağız boşluğuna preparatın püskürtülməsindən sonra 15-30 dəqiqə ərzində qida qəbulundan çəkinmək lazımdır. Preparatın istifadəsindən sonra boşaltıcı püskürtücünü çıxarmaq və onu ilıq su ilə yumaq lazımdır. Balonu, onun çirklənməsinin qarşısını almaq üçün qoruyucu qapaqla bağlamaq lazımdır. Preparatın uşaqlarda istifadəsi zamanı nəzərə almaq lazımdır ki, 1-2 püskürtməyə alınan bir dəfəli dozanın tərkibində 0,0076-0,0152 ml etanol (96%) vardır ki, bu da bir dəfəli istifadə təşkil edir: 3-5 yaş uşaqlarda (bədən çəkisi 15-21 kq) 0,0004-0,0013 ml/kq, 6-11 yaş uşaqlarda (bədən çəkisi 21-38 kq) 0,0002-0,0007 ml/kq. Dərman vasitəsinin tərkibində saxaroza vardır, fruktozaya qarşı nadir irsi dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası sindromu və ya saxaroza-izomaltaza çatışmazlığı olan pasiyentlərdə bu preparatdan istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyent hər hansı dərman vasitəsi qəbul etdiyi halda, preparatın sonrakı istifadəsinin mümkünlüyü ilə bağlı mütləq həkimlə məsləhətləşməlidir. Paraaminobenzoat turşusunun törəmələri ilə (novokain, anestezin, dikain) eyni vaxtda istifadəsi zamanı preparatın mikroblara qarşı təsirinin zəifləməsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız həkim nəzarəti altında və fayda/risk nisbəti qiymətləndirildikdən sonra dozalanma rejiminə ciddi riayət etməklə mümkündür.
Pediatriyada istifadəsi
Dərman vasitəsini 3 yaşa qədər uşaqlarda istifadə etmək olmaz. Tərkibində evkalipt və istiotlu nanənin efir yağlarının olması ilə əlaqədar olaraq, reflektor bronxos spazmının inkişafının mümkünlüyü ilə bağlı 3 yaşdan yuxarı uşaqlarda ehtiyatla istifadə etmək lazımdır. Uşaqların müalicəsi həkim nəzarəti altında aparılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat idarə etmək və digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq qabiliyyətinə təsir etmir, lakin avtoneqliyyat idarə edən şəxslər alkoqolun təsirini təhrif edə biləcəyini nəzərə almalıdırlar.
İnqalipt sprey istifadə qaydası və dozası
Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda ağız boşluğunun selikli qişasında və püskürtmək yolu ilə burun-udlaqda yerli istifadə edilir. Böyüklərə püskürtmə sutkada 3-4 dəfə təyin edilir. 3 yaşdan yuxarı uşaqlarda həkimin xüsusi göstərişi olmadıqda, püskürtmə sutkada 1-2 dəfə aparılır. Preparatın istifadəsinin müddəti xəstəliyin gedişatından asılıdır və adətən 3-10 sutka təşkil edir.
İstifadəsinin tezliyi və müddəti həkim tərəfindən fərdi təyin edilir və xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.
Balondan istifadə qaydası
Qoruyucu qapağı balondan çıxarmaq lazımdır.
Balona qutuya qablaşdırılan boşalıcı uçluğu (püskürdücünü) əvvəlcədən onun təmizliyinə əmin olmaqla, taxmaq lazımdır.
Balonu bir neçə dəfə çalxalayıb və dispers əlamət yaranana qədər 7 dəfəyə qədər püskürdücünün üzərinə basmaq lazımdır. Əlamət yaranmadıqda, prosesi yenidən təkrar etməyə icazə verilir.
Püskürdücünün sərbəst ucunu ağız boşluğuna yeritmək və balonu şaquli vəziyyətdə saxlayaraq, püskürdücünün üzərinə basmaq lazımdır. Bir seansa inhalipt-N-in 2-3 püskürtməsi həyata keçirilir.
Püskürtmə bitdikdən sonra püskürdücünü balonun ağzından çıxarmaq və çirklənmənin qarşısını almaq üçün balonu qoruyucu qapaqla bağlamaq lazımdır.
Püskürdücünü təmiz saxlamaq lazımdır, preparatın istifadəsindən sonra onu ilıq su ilə yumaq və isti yerdə qurutmaq lazımdır.
Əlavə təsirləri
İmmun sistemdə baş verən pozğunluqlar: angionevrotik ödem, bronxos spazm daxil olmaqla, allergik reaksiyalar.
Dəridə baş verən pozğunluqlar: səpgi, qaşınma, ödem.
Hazm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma, yerli effektlər (ağızda yanma, boğazda qıcıqlanma).
Digər: ümumi zəiflik, tənəffüsün çətinləşməsi. İstənilən əlavə təsirin və ya qeyri-adi reaksiyaların təzahürü zamanı preparatın sonrakı istifadəsi ilə bağlı həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeyd edilməyib. Əlavə təsirlərin effektinin güclənməsi mümkündür.
Müalicəsi
Preparatın ləğv edilməsi, ağız boğazının qaynanmış ilıq su ilə yaxalanması. Simptomatik terapiya.
Buraxılış forması
30 q məhlul, püskürdücü və qoruyucu qapaqlı balonda. 1 balon, təlimat vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlama şəraiti
25°C-dən yüksək olmayan temperaturda, oddan uzaq və uşaqların əlçatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi:
"Mikrofarm" MMC.
Ukrayna, 61013, Xarkov ş., Şevçenko k., 20.
İnqalipt sprey nə üçündür?
- Öskürək əleyhinə dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
- Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






