Propomiks sprey qiyməti və istifadə qaydası necədir?
Propomiks sprey - Angina, faringit, laringit zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Propomiks sprey haqqında məlumat
Propomiks sprey qiyməti
Propomiks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Propomiks sprey qiyməti 8 azn - 10 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Propomix sprey qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Propolisin suda məhlulu, adaçayı yarpağının quru ekstraktı, kəklikotu otunun quru ekstraktı, exinaseya otunun quru ekstraktı, evkalipt yarpağının quru ekstraktı. Pediatrik praktikada istifadə üçün nəzərdə tutulub.
Farmakoloji təsiri:
Propolisin suda məhlulu ağız boşluğu və boğaza yerli istifadə zamanı ağrıkəsici, anestetik, qızdırmasalıcı təsir göstərir, ağız boşluğu və boğazda olan bakteriya, virus və göbələklərin yayılmasının qarşısını alır. Selikli qişaların yerli müqavimətini möhkəmləndirir. Propolis iltihab əlamətlərini aradan qaldırır, regenerasiya prosesini sürətləndirir, xora və gec sağalan yaraların sağalmasını sürətləndirir.
Tərkibində olan adaçayı, kəklikotu, exinaseya və evkalipt ekstraktları ümumilikdə antibakterial, antifunqal, antiprotozoy təsir göstərir, leykositlərin faqositar aktivliyini artırmaqla mikrobların çoxalmasının qarşısını alır, selikli qişaların baryer funksiyasını gücləndirərək mikroorqanizmlərin selikli qişalara daxil olmasını ləngidir.
Göstərişlər:
- Uşaqlarda angina və müxtəlif mənşəli boğaz ağrıları
- Uşaqlarda kəskin və xroniki tonzillit
- Uşaqlarda stomatit, gingivit
- Soyuqdəymənin ümumi müalicəsi
- Herpetik səpgilər
- Zökəm və burun tutulması
- Adenoiditlər
Əks göstərişlər:
Arıçılıq məhsullarına qarşı fərdi allergik reaksiya.
İstifadə qaydası:
- Gündə 2-4 dəfə, hər dəfə 3 püskürtmə ağız boşluğuna və boğaza püskürdülür.
- İstifadədən sonra 30 dəqiqə ərzində qida qəbulu məsləhət görülmür.
- 1 yaşdan yuxarı uşaqlara istifadə olunur.
- İsitfadə müddəti 10 gündür.
- Gözlərə püskürtməkdən çəkinmək lazımdır.
- Təsadüfən gözlərin selikli qişasına düşərsə bol su ilə yumaq lazımdır.
Buraxılış forması:
Tünd rəngli şüşə flakonda, 30 ml, sprey-başlıqla birlikdə karton qutuda.
Propomiks sprey nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






