Nat-qara zirə kapsul nə üçündür?

Nat-qara zirə tərkibindəki çoxsaylı faydalı təbii komponentlər hesabına bir çox xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunan yüksək effektiv vasitədir. Kapsulun tərkibi efir yağları ilə zəngin olduğu üçün ağrıkəsici, antibakterial, göbələk və virusəleyhinə təsirlərə malikdir.

Sep 26, 2024 - 17:39
Sep 26, 2024 - 17:40
 0
Nat-qara zirə kapsul nə üçündür?
Nat-qara zirə

Nat-qara zirə haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Nat-qara zirə qiyməti

Nat-qara zirə qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nat-qara zirə qiyməti 9 azn - 11 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nat-qara zirə qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Bir kapsulun tərkibi:

Qurudulmuş qara zirə (Nigella sativa) toxumlarının tozu – 200 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 200 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:

Qidanı qara zirə toxumlarının tərkibində olan faydalı maddələrlə zənginləş­dirmək və immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BMFQƏ.

İstifadə qaydası və dozalanma:

Böyüklər: Gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur. Tövsiyə olunan qəbul müddəti 3 aydır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: 

Tərkibindəki komponentlərə qarşı yüksək həssas­lıq, hamiləlik və laktasiya dövrü. İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün onlarla birlikdə qəbulu tövsiyə olunmur.

Saxlanma şəraiti: 

25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Qara zirənin faydaları

Qara zirənin tərkibində prostat vəz xərçəngi, uşaqlıq, bağırsaq, mədəaltı vəz xərçəngi kimi xəstəliklərə faydalı olan timoquinon adlı maddə tapılmışdır. Qara zirədən daimi istifadə edənlərdə qan təzyiqi normadan yüksəlmir, onun qəbulu hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırır, qanda yüksək xolesterini aşağı salır, həmçinin epilepsiya tutmaları 3 dəfəyə qədər azalır. Qara zirənin həm daxilə, həm də xaricə istifadəsi zamanı, məsələn, yağını gündə 3 dəfə içdikdə və saç diblərini masaj etdikdə həm saçlar gurlaşır, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, saç dibində qaşınma və kəpəklənmə aradan qalxır. Miqren zamanı qara zirə yağı alına, qulaq diblərinə və burun içinə vurulub masaj edilir və eyni zamanda daxilə qəbul edilir.

Yararlılıq müddəti: 

2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 

400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Nat-qara zirə nə üçündür?

  1. Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar
  2. Köp əleyhinə dərmanlar
  3. Disbakterioz zamanı istifadə olunan dərmanlar
  4. Babasil (hemorroy) zamanı istifadə olunan dərmanlar
  5. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  6. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  7. Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar
  8. Allergik reaksiya zamanı istifadə olunan dərmanlar
  9. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  10. Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  11. Qan dövranının digər xəstəliklərində istifadə olunan dərmanlar
  12. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow