Farinqosept (Faringosept) nə üçündür?
Farinqosept - Angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.
![Farinqosept (Faringosept) nə üçündür?](https://doktorm.az/uploads/images/202409/image_870x_66f03a958de1d.webp)
Farinqosept haqqında məlumat
- Farinqosept qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Farinqosept nə üçündür?
Farinqosept qiyməti
Farinqosept qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Faringosept qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq ambazon monohidrat vardır.
Köməkçi maddələr:şəkər, laktoza monohidrat, kakao, povidon K 30, stearin turşusu, limon ətirləndiricisi.
Təsviri
Kənarları bütöv, qəhvəyi rəngdə piqmentli səthə malik, bir tərəfində "L" hərfi olan yastı, silindrik sıxılmış sorma tabletlərdir.
Farmakoterapevtik qrupu
Orofaringeal nahiyədə istifadə üçün dərman vasitələri. Antiseptiklər.
ATC kodu: R02AA01
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Ambazon xüsusilə streptokoklara və pnevmokoklara, ağız boşluğunun və yuxarı tənəffüs yollarının infeksiyalarının inkişafında xüsusilə əhəmiyyətli olan patogen mikroorqanizmlərə qarşı təsirli olan aktiv antiseptikdir.
Ambazon orta dərəcədə stafilokokk əleyhinə təsirə malikdir. Bu dərman vasitəsi həzm sistemində disbakterioza səbəb olmur.
Farmakokinetikası
Farinqosept limon 10 mq-lıq sorma tabletlərinin farmakokinetikası haqqında məlumat yoxdur. Klinikayaqədərki təhlükəsizlik məlumatları Birdəfəlik doza qəbulu zamanı toksikliyə dair qeyri-klinik tədqiqatlar göstərmişdir ki, ambazonun birdəfəlik peroral yolla qəbulundan sonra DLs 1000 mq/kq təşkil etmişdir.
Qeyri-klinik tədqiqatlar ambazonun sitotoksik, mutagen vǝ klastogen potensialının olmadığını göstərmişdir.
İstifadəsinə göstərişlər
Ağız boşluğunun və udlağın kəskin infeksion xəstəliklərinin (faringit, gingivit, angina), amiqda-loektomiyadan sonra böyüklərdə, yeniyetmələrdə və 14 yaşdan böyük uşaqlarda yanaşı müalicə üçün.
Əks göstərişlər
- Ambazon və hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq.
- 3 yaşınadək uşaqlarda istifadəsi.
- Qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və ya qlükozaqalaktoza malabsorbsiyası olan pasiyentlərdə istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Təhlükəsizlik haqqında məlumat kifayət qədər olmadığından, Farinqosept limon 10 mq-lıq sorma tabletlərinin 14 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur.
Fruktozaya qarşı irsi dözümsüzlük, qlükoza- qalaktoza malabsorbsiya sindromu, saxaraza-izo- maltaza çatışmazlığı olan pasiyentlər Farinqosept limon 10 mq-lıq sorma tabletlərinin tərkibində şəkər olduğu üçün istifadə etməməlidirlər.org Farinqosept limon 10 mq-lıq sorma tabletlərinin tərkibində laktoza olduğu üçün, qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Tərkibində şəkər olduğu üçün şəkərli diabet xəstələrinin bu dərman vasitəsini istifadə etməməsi tövsiyə olunur. Şəkərin enerji dəyəri laktoza ilə eynidir: 3,94 kkal/qram (16,5 KJ/qram).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farinqosept limon 10 mq-lıq sorma tabletlərinin digər dərman vasitələri ilə qarşılıqlı təsiri bildirilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamiləlik və ana südü ilə qidalandırma zamanı ambazonun istifadəsi ilə bağlı nəzarət edilən klinik tədqiqatlar mövcud deyil. Bununla belə, hamiləlik dövründə ambazonun istifadə olunduğu pasiyentlərdə heç bir arzuolunmaz reaksiya və ya dölə zərərli təsirlər bildirilməmişdir.
Farinqosept limon 10 mq-lıq sorma tabletləri hamiləlik dövründə yalnız terapevtik fayda döl üçün potensial riskdən daha yüksək olduqda təyin edilir.
Laktasiya dövrü
Ambazonun ana südü ilə xaric olub-olmaması məlum olmadığından, ana südü ilə qidalanma zamanı istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Yenidoğulmuşlar/körpələr üçün riski istisna etmək mümkün deyil. Ana südü ilə qidalanmanın dayandırılması və ya Farinqosept limon 10 mq-lıq sorma tabletləri ilə müalicənin dayandırılması barədə qərar, laktasiyanın və ana üçün müalicənin faydasını nəzərə almaqla qəbul edilməlidir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Farinqosept limonlu 10 mq sorma tabletləri nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Böyüklər
Farinqosept limon 10 mq-lıq sorma tabletlərin tövsiyə olunan dozası 3-4 gün müddətində gündə 3-5 tabletdir (30-50 mq ambazon)
Uşaqlar və yeniyetmələr
14-18 yaşlı yeniyetmələr tövsiyə olunan doza 3-4 gün müddətində gündə 3 dəfə 1 ədəd Farinqosept 10 mq-lıq sorma tabletidir (30 mq).
Dozanın artırılması terapevtik effekti artırmır. Qəbul qaydası
Farinqosept sorma tabletləri udulmamalıdır, yalnız ağız boşluğunda yavaş-yavaş tam sorulana qədər saxlanmalıdır. Farinqosept limon 10 mq-lıq sorma tabletləri yeməkdən sonra (15-30 dəq) qəbul olunur; qida, su və preparatın qəbulu arasında 2-3 saat interval saxlanmalıdır.
Əlavə təsirləri
Immun sistemi pozğunluqları
Postmarketinq təcrübəsindən angioödem, övrə, qaşınma, üz nahiyəsinin qızarması və yayılmış səpgilər daxil olmaqla yüksək həssaslıq reaksiyaları bildirilmişdir.
Mədə-bağırsaq pozğunluqları
Postmarketinq təcrübəsində ambazon qəbul edən bir pasiyentdə tüpürcəyin rənglənməsi halı bildirilmişdir.
Şübhəli əlavə təsirlər haqqında məlumat
Dərman preparatının qeydiyyatından sonra şübhəli əlavə təsirlər haqqında məlumat mühümdür. Pasiyentdə dərman vasitəsinə ciddi əlavə təsirin aşkar olunması və ya bu bölmədə təsvir olunmamış yeni əlavə təsirin yaranması zaman Milli Farmakoloji Nəzarət sistemi ilə müvafiq olaraq xəbər verməyinizi xahiş edirik. Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət şöbəsi AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., C.Cabbarlı küç., 34.
Faks: (+99412) 596-07-16
Tel.: (+99412) 596-05-20 daxili 169 Qaynar xətt (+99412) 596-07-12 Mob. Tel.: (+99450) 246-93-84 Elektron poçt: [email protected]
Doza həddinin aşılması
Faringosept 10 mq-lıq sorma tabletlərinin doza həddinin aşılması halı bildirilməmişdir.
Çox yüksək dozada Faringosept limon 10 mq-lıq sorma tabletləri qəbul edildikdə, qusma və (və ya) mədə yuyulması tövsiyə olunur.
Ambazon üçün heç bir antidot yoxdur.
Buraxılış forması
10 tablet Al/PVX-PE-PVDX şəffaf, rəngsiz və ya şəffaf qəhvəyi blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, original qablaşdırmada saxlayın.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi S.C. Terapia S.A.
Str. Fabricii nr. 124, Cluj-Napoca, Romania.
Farinqosept nə üçündür?
Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)