Tartefedrel N damcı nə üçündür?
Tartefedrel N - Öskürək zamanı, bronxit, pnevmoniya zamanı, allergik boğulmalar və bronxial astmada, angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.

Tartefedrel N haqqında məlumat
- Tartefedrel N qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman maddələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İdarəetmə qabiliyyətinə təsiri
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Tartefedrel N nə üçündür?
Tartefedrel N qiyməti
Tartefedrel N damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tartefedrel N qiyməti 12 azn - 14 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tartefedrel qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddələr: 100 q preparatın tərkibi: Kalium stibyltartari- cum D4 10,0 q; Atropa belladonna D4 10,0 q; Natrium sulfuricum D4 10,0 q; Arsenum iodatum D6 10,0 q; Blatta orientalis D6 5,0 q; Lobelia inflata D4 5,0 q; Psychotria ipecacuanha D4 5,0 q; Naphthalinum D6 5,0 q; Illicium verum D3 5,0 q.
Köməkçi maddələr: spirt 35%, təmizlənmiş su.
Təsviri
Şəffaf, rəngsizdən zəif sarı rəngə qədər dəyişən məhluldur.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitələri.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Tək təsiredici maddələrin kliniki təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman maddələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər.
Farmakokinetikası
Homeopatik dərman maddələrində adətən durulaşmış təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Bronxit, xüsusilə də astmatik mənşəli bronxit, bronxial astma, kəskin öskürək zamanı təyin edilir. Skrofulyozlu (sıraca xəstəliyi olan) uşaqlarda uzunmüddətli öskürək zamanı, kataral bronxit, müxtəlif növ kataral laringit, göyöskürəyin bəzi formalarında, tənəffüs yollarının bütün kataral zədələnmələrində təyin edilir.
Əks göstərişlər
Preparatın tərkibində olan bir və ya bir neçə komponentlərə qarşı allergik reaksiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər simptomlar davam edərsə və ya pisləşərsə həkimlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman maddələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.
İdarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir və homeopatik durulaşdırılmalar səbəbi ilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Digər təyinat yoxdursa:
Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): Ümumiyyətlə, 10 damcı gündə 3 dəfə; kəskin pozulmalarda əvvəlcə hər 15 dəqiqədən bir (2 saata qədər davam edən müddətdə) 10 damcı.
Pediatriya:
2 yaşa qədər: 3 damcı gündə 3 dəfə.
2-5 yaş: 5 damcı gündə 3 dəfə.
6-11 yaş: 7 damcı gündə 3 dəfə.
Kəskin pozulmalarda əvvəlcə müvafiq dozanı gündə maksimum 12 dəfəyə qədər hər yarım saatdan 1saata qədər davam edən müddətdə qəbul edin, sonra isə standart doza ilə davam edin. Qəbul qaydası
Bu preparat qida qəbuluna yaxın saatlarda qəbul edilməməlidir. Uşaqlar üçün damcıları az miqdar suya əlavə edin.
Əlavə təsirləri
Bütün dərman maddələri kimi bu homeopatik dərman maddəsinin də əlavə təsirlərinin olması mümkündür. Ayrı-ayrı hallarda qısamüddətli allergik reaksiyaların olması bildirilmişdir.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbi ilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Buraxılış forması
30 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda saxlayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Biologische Heilmittel Heel GmbH
Dr.-Reckeweg-Str. 2-4
76532 Baden-Baden, Germany
Azərbaycanda rəsmi distribyuter
Planeta PCC
Tartefedrel N nə üçündür?
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
- Öskürək əleyhinə dərmanlar
- Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
- Homeopatik vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






