Vomiklon dərmanı haqqında məlumat

Vomiklon dərmanı - Hamiləlik toksikozu zamanı, ürəkbulanma və qusma zamanı istifadə olunan preparatdır.

Sep 25, 2024 - 10:00
 0
Vomiklon dərmanı haqqında məlumat
Vomiklon dərmanı

Vomiklon dərmanı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vomiklon dərmanı qiyməti

Vomiklon qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Vomiklon dərmanı qiyməti 20 azn - 23 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vomiklon tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

1 tabletin tərkibində:

  • Meklizin hidroxlorid        12,5 mq
  • Piridoksin hidroxlorid         25 mq

 

Farmakoloji  təsiri:

Vomiklon mərkəzi M-xolinoblokator və H1- blokator aktivliyə malikdir. Vestibulyar aparatın sinir uclarının həssaslığını azaldır, beynin qusma mərkəzinə gedən impulsları blokada edir.

Vomiklon həmçinin uzunsov beyinin hemoreseptor triqqer zonasına təsir edir və bu da preparatın ürəkbulanması, yırğalanma xəstəliyi (nəqliyyatda yırğalanma zamanı), baş gicəllənməsi zamanı müsbət təsirini təmin edir.

Bundan başqa, preparatın tərkibində piridoksinin olması onu hamiləlik zamanı faydalı edir, belə ki, piridoksin eritrositlərdə zülalların, karbohidratların və yağların mənimsənilməsi ilə əlaqədar olan  müxtəlif mübadilə proseslərində koferment rolunu oynayan piridoksal fosfata çevrilir.

Göstərişləri:

  • Hamiləlik toksikozları zamanı ürəkbulanma və qusma
  • Yırğalanma xəstəliyi zamanı ürəkbulanmanın və  qusmanın başgicəllənmənin profilaktika və müalicəsi
  • Labirint və vestibülyar pozğunluqlarla əlaqədar olan ürəkbulanmanın və  qusmanın başgicəllənmənin profilaktika və müalicəsi (o cümlədən, kinetozlar, Menyer sindromu)
  • Cərrahi əməliyyatdan sonraki qusmanın profilaktikası
  • Şüa müalicəsi zamanı ürəkbulanma və qusma

 

Dozalanması:

  • Hamiləlik dövründə yaranan ürəkbulanma və qusma:
  • 1 tablet yatmazdan öncə, zərurət olduqda isə səhər daha 1 tablet qəbul edilir.
  • Adətən preparatın 7- 10 gün müddətində qəbulu simptomların aradan qalxmasına kifayət edir. Şikayətlər təkrarlandıqda və ya davam etdikdə, həkimə müraciət edilərək müalicə kursu yeni təyinata uyğun şəkildə davam etdirilə bilər.
  • Kəskin simptomlar zamanı, maksimal doza ardıcıl 2 gün olmaqla 4 tablet təşkil edir. Daha uzun müddətə qəbul üçün həkiminizə müraciət edin. Mümkün ən qısa müalicə müddəti gündəlik 2 tablet təşkil edir.
  • Cərrahi əməliyyatdan sonra yaranan  ürəkbulanma və qusma
  • 2 tablet qəbul olunur. Zərurət olduqda eyni qəbul qaydası təkrarlana bilər.
  • Gündəlik maksimal doza ardıcıl 2 gün olmaqla 4 tabletdir.
  • Rentgen çəkilişindən sonra yaranan ürəkbulanma və qusma:
  • Rentgen çəkilişindən bilavasitə öncə və ya dərhal sonra 2 tablet.
  • Gündəlik maksimal doza 4 tablet təşkil edir.
  • HAMİLƏLİK ZAMANI QƏBULU: VOMİKLON anaya və dölə mənfi təsir göstərmir.

 

Buraxılış forması:

10 tablet, PVX/Alüminium folqa blisterdə.  3 blister (30 tablet)  içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Vomiklon dərmanı nə üçündür?

  1. Ürəkbulanma və qusma zamanı istifadə olunan dərmanlar
  2. Hamiləlik toksikozu zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow