Genferon şam istifadə qaydası necədir?
Genferon şam - Bronxit, pnevmoniya zamanı, aşağı tənəffüs yollarının digər xəstəliklərində, böyrək və sidik yollarının iltihabında, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan preparatdır.

Genferon şam haqqında məlumat
Genferon şam qiyməti
Genferon şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Genferon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
- Alfa-2b-interferonu....500 000 BV: taurin.....0,01q: benzokain...0,055q Şam №10
- Alfa-2b-interferonu......1 000 000 BV taurin.....0,01q: benzokain...0,055q Şam №10
Farmakoloji xüsusiyyətləri:
GENFERON - təsiri tərkibinə daxil olan komponentlərdən asılı olan kompleks preparatdır. Yerli və sistem təsir göstərir. Genferon® preparatının tərkibinə Escherichia coli bakteriya ştammı tərəfindən ifraz olunan alfa 2-b rekombinant insan interferonu daxildir. Bu Escherichia coli bakteriya ştammına gen mühəndislik metodları ilə insan alfa 2-b interferon geni daxil edilmişdir. Alfa 2-b interferonu virus əleyhinə, immunomodulyasiya, antiproliferativ və antibakterial təsir göstərir. Virus əleyhinə təsiri virusun replikasiyasını inqibə edən bir sıra hüceyrədaxili fermentlərin aktivləşməsi ilə bağlıdır. Immunomodulyasiya təsiri ilk növbədə immun sisteminin hüceyrə reaksiyalarının güclənməsi ilə bağlıdır. Bu da viruslara, hüceyrədaxili parazitlərə və şiş transformasiyasına məruz qalmış hüceyrələrə qarşı immun cavabın effektivliyini artırır. Bu CD8+ T-kilerlərin, NK-hüceyrələrin (təbii kilerlərin) aktivləşməsi, B-limfositlərin və onların anticisimlərinin diferensiasiyasının güclənməsi, monositar – makrofaqal sistemin və faqositozun aktivləşməsi, eləcə də I tip histouyğunluğ kompleksinin molekullarının ekspressiyasının artması hesabına əldə olunur. Interferon təsiri altında bütün selikli qişa qatlarında olan leykositlərin aktivləşməsi onların patoloji ocaqlarının aradan qaldırılmasında aktiv iştirak etməsini təmin edir. Bundan başqa, interferonun təsiri hesabına A immunoqlobulinin sekretor hasilatının bərpası əldə olunur. Antibakterial effekt interferon təsiri altında artan immun sistemin reaksiyaları ilə bağlıdır. Taurin metabolik proseslərin normallaşmasına və toxumaların regenerasiyasına səbəb olur, membranı sabitləşdirən və immun modullaşdırıcı təsirə malikdir. Güclü antioksidant olaraq taurin patoloji proseslərin inkişafına səbəb olan artıq toplanmış oksigenin aktiv formaları ilə bilavasitə qarşılıqlı təsir edir. Taurin preparatın istifadəsinin terapevtik effektini artıraraq interferonun bioloji aktivliyinin qorunmasına səbəb olur. Benzokain yerli anestetikdir. Natrium ionları üçün toxuma membranının keçicilik qabiliyyətini azaldır, kalsium ionlarını membranın daxili səthində yerləşən reseptorlardan çıxardır, sinir impulsların ötürülməsini təcrid edir. Hissiyyat sinirlərin sonlarında ağrı impulslarının yaranmasına və onların sinir lifləri ilə ötürülməsinə mane olur. Yalnız yerli təsirə malikdir.
Farmakokinetika: Preparatın rektal qəbulu zamanı interferonun yüksək bioloji mənimsənməsi (80%-dən artıq) qeyd edilir, bunun nəticəsində həm yerli, həm də sistem immunomodulyasiya təsiri əldə olunur. Vaginal istifadə zamanı infeksiya ocağında yüksək konsentrasiya və selikli qişa hüceyrələrində cəmləşmə hesabına yerli virus əleyhinə, antiproliferativ və antibakterial effekt əldə olunur. Bununla yanaşı, uşaqlıq yolunun selikli qişasının aşağı sorulma qabiliyyəti hesabına sistem təsiri cüzidir. Qan zərdabında interferonun maksimal konsetrasiyası preparatı qəbul etdikdən 5 saat sonra əldə olunur. Alfa interferonun əsas xaric olma yolu böyrək katabolizmidir. Yarımatılma dövrü 12 saatdır, bu da preparatın gündə 2 dəfə istifadə edilmə zərurətini yaradır.
İstifadəsinə göstərişlər:
Kompleks terapiyanın tərkibində böyüklərdə sidik cinsiyyət sisteminin iltihabi-infeksion xəstəlikləri: genital herpes, xlamidiya və trixomonada etiologiyalı uretrit, xlamidiyalı prostatit, ureaplazmoz, mikoplazmoz, kəskin və xroniki salpingooforit, endometrit, residivləşən vaginal kandidoz, papilloma və genital herpes virusunun törətdiyi xroniki residivləşən xəstəlikləri; Sitomeqalovirus infeksiyası; Uşaqlığın mioması olan xəstələrdə cərrahi əməliyyatdan sonra reabilitasiya dövrü; Cərrahi əməliyyatdan sonra irinli-septik fəsadlar və onların profilaktikası (o cümlədən, onkoloji xəstələrdə).
İstifadə qaydaları və dozalar:
1.Qadınlarda sidik cinsi sisteminin infeksion – iltihabi xəstəlikləri.Vaginal və ya rektal olaraq (xəstəliyin xarakterindən asılı olaraq) gündə 2 dəfə 10 gün ərzində 1 şam (xəstəliyin ağırlığından asılı olaraq 500 000 BV və ya 1 000 000 BV). Sürəkli formalarda həftədə 3 dəfə günaşırı 1 şam 1-3 ay ərzində istifadə edilir. Uşaqlıq yolunda infeksion – iltihabi proses zamanı bir dəfə səhər 500 000 BV şam və gecə 1 000 000 BV şam (eyni zamanda uşaqlıq yoluna antibakterial/fungisid şam qoymaqla). 13-40 həftəlik hamilələrdə sidik cinsi sistemin infeksion – iltihabi xəstəliklərin müalicəsi zamanı yerli immunitetin normallaşması üçün vaginal olaraq 10 gün ərzində gündə 2 dəfə 250 000 BV 1 şam istifadə edilir. 2.Kişilərdə sidik cinsi sistemin infeksion – iltihabi xəstəlikləri. Rektal olaraq gündə 2 dəfə 10 gün ərzində 1 şam (xəstəliyin ağırlığından asılı olaraq 500 000 BV və ya 1 000 000 BV).
İstehsalçı:
“BİOKAD” Rusiya
Genferon şam nə üçündür?
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
- Prostatit zamanı istifadə olunan dərmanlar
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
- Virus infeksiyası əleyhinə dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






